Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-811/2021 16.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən, X19, Ərizəçi oğli, X20 və X17 adına verilmiş JN-171F saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə X3na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən X9 ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə JN-171F saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə 0,63 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 onun anasıdır və ailə üzvləri ondan, yəni Ərizəçi, X10 və X15 ibarətdir. Paylı mülkiyyətçilərdən biri, eyni zamanda ailə başçısı X14 26 oktyabr 2014-cü ildə ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. JN-171F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə ailə başçısı kimi göstərilən X7 adında göstərilən “X19” adı ölüm haqqında şəhadətnamədə qeyd edilən adı ilə düz gəlmir. Belə ki, yuxarıda qeyd edilən torpaq sənədlərində adı X5 qeyd edilmişdir. Yuxarıda qeyd etdiyi kimi sənəddə verilən torpaq sahəsi paylı mülkiyyətdədir və payçıların hər birinin mülkiyyətlərinin ayrılıb onların özünə verilməsi və vərəsəlik hüququnun həyata keçirdikdən sonra adlarına “Çıxarış” alınmasında müəyyən problemlər yaranacaqdır. Çünki qeyd etdiyi kimi mərhum X13 adı torpaq sənədində göstərilən adı ilə düz gəlmir və sənədlərdə müxtəliflik vardır. Lakin torpaq sənədlərində göstərilən ad X3na məxsusdur. Göstərilən sənəd hüququmüəyyənedici sənəddir və bu baxımdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədə aydınlıq gətirilməsi zəruridir. Həmçinin 17.02.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsində maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin olunaraq, JN-171C və JN-171G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin X3na məxsus olması hüquqi faktı müəyyən edilmişdir. O, torpaq sənədinə dair “Çıxarış” almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Oradan ona rədd cavabı verilmiş və bildirilmiş ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-171F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 26.12.2002-ci il tarixli 17 nömrəli qərarına əsasən X19, Ərizəçi, X20 və X17 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndində 0,63 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Nohurqışlaq kənd İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş 03.11.2014-cü il tarixli, AZ-İ seriyalı, 693271 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 26.10.2014-cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.11.2014-cü ildə 11 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.02.2021-ci il tarixli, 56 №-li «Doğum haqqında» arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 15.06.1943-cü ildə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuşdur. X2, anası X4r. İşdə olan 28 aprel 1971-ci il tarixli, AЗБ seriyalı, 074279 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Qutqaşen rayonu Nohurqışlaq kəndində doğulmuşdur. X8, anası X12r. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli, 290 nömrəli arayışdan görünür ki, Ağayev X18 rayonu Nohurqışlaq kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli, 289 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum anası X7 adına Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı ilə verilmiş JN-171F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə sonuncunun soyadı, adı və atasının adı texniki səhv olaraq X6 qeyd edilmişdir. Mərhumun soyadı, adı və atasının adı həqiqətən də X1. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 06 iyul 2020-ci il tarixli **********25 nömrəli məktubundan görünür ki, JN-171F, JN-171G, JN- 171C nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş 28.03.2011-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuş, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən X19, Ərizəçi, X20 və X17 birgə mülkiyyətlərinə verilmiş JN-171F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X3nın adı səhvən «Nilufər», ata adı səhvən «Babək» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət, vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən X19, Ərizəçi, X20 və X17 birgə mülkiyyətlərinə verilmiş JN-171F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin digər payçılarda birlikdə X3na məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-811/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-811/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver