Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-820/2025 08.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X8, İddiaçı cavabdehlər, X5 və qeyrilərinə qarşı daşınmaz əmlak obyektinin özgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, vərəsəlik üzrə mirasın bölünməsi və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər, X5 və qeyrilərinə qarşı daşınmaz əmlak obyektinin ösgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, vərəsəlik üzrə mirasın bölünməsi və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə iddia iddia qaldıraraq xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsi 1-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 130,3 kv/m,yaşayış sahəsi 74,3 kv/m, köməkçi sahəsi 56,0 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin X3 bağışlanmasına dair Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-1957 saylı müqavilənin və "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsə kimi vərəsəlik hüququnun tanınması və mirasdan ona düşən pay üzərində mülkiyyət hüququnun tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. AR Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əssən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etuibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Məhkəmə hesab edir ki, iddia ərizəsində xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsi 1-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 130,3 kv/m,yaşayış sahəsi 74,3 kv/m, köməkçi sahəsi 56,0 kv/m olan 4 otaqlı fərdi yaşayış evindən qanun üzrə vərəsəlik üzrə payının müəyyən edilməsi və həmin hissə üzərində mülkiyyət hüququnun tanınması tələb olunduğu halda X2 mübahisə predmetini təşkil edən həmin daşınmaz əmlak obyekti üzərində əmlak hüquqlarını təsdiq edən heç bir sənəd iddia ərizəsinə əlavə edilməmiş, o cümlədən mübahisə predmetini təşkil edən daşınmaz əmlak obyektinin ösgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin biri-biri ilə əlaqəsi və etibarsızlığı əsasları (qanunda nəzərdə tutulmuş hansı şərtləri pozmaqla bağlanması) göstərilməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilir. . Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsinə mübahisə predmetini təşkil edən Qəbələ şəhəri, Bakıxanov küçəsi 1-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 130,3 kv/m,yaşayış sahəsi 74,3 kv/m, köməkçi sahəsi 56,0 kv/m olan 4 otaqlı fərdi yaşayış evi üzərində X2 əmlak hüquqlarını təsdiq edən sənəd əlavə edilmədiyindən, o cümlədən mübahisə predmetini təşkil edən tərəflərinə və predmetinə görə fərqli olan daşınmaz əmlak obyektinin ösgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin biri-biri ilə əlaqəsi və etibarsızlığı əsasları göstərilmədiyindən İddiaçı cavabdehlər, X5 və qeyrilərinə qarşı daşınmaz əmlak obyektinin ösgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, vərəsəlik üzrə mirasın bölünməsi və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər, X5 və qeyrilərinə qarşı daşınmaz əmlak obyektinin ösgəninkiləşdirilməsinə və ipotekasına dair müqavilələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, vərəsəlik üzrə mirasın bölünməsi və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən X4 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(025)-820/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-820/2025
08.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver