Məhkəmə qərarları › İş №2(025)-823/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-823/2020

21.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-823/2020 21.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi1 (eyni zamanda ərizəçi Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızının etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli 03 saylı qərarı ilə X20, X3, X9 və Ərizəçi1 qızının birgə mülkiyyətinə verilmiş JN-0064 saylı kodu 40608018 olan Dövlət aktının X11, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il və 26 saylı qərarı ilə X16, X2, X13 və X14 adına verilmiş JN-041F saylı, kodu 40608018 olan şəhadətnamənin X21 və X17 aid hissədə Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızına və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizəçilər tələblərini onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli 03 saylı qərarına əsasən verilmiş JN-9964 saylı kodu 40608018 Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 3-cü sırada texniki səhv olaraq X18 əvəzinə X7 qeyd edilmişdir. Bundan əlavə Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 20 saylı qərarı ilə verilmiş JN-041F saylı kodu 40608018 olan şəhadətnamədə isə hüquq sahiblərinin adları siyahısında 3-cü və 4-cü sırada texniki səhv olaraq X18 və Ərizəçi1 əvəzinə X21 və X8 qeyd edilmişdir. Qeyd olunan mülkiyyət sənədləri üzrə olan torpaq sahələrinin bir hissəsini özgəninkiləşdirmək məqsədilə maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən onlara məlum olmuşdur ki, qeyd olunan dövlət aktı və şəhadətnamədə soyad, ad və ata adında texniki səhvə yol verilmiş, JN-0064 saylı Dövlət aktında hüquq subyektləri siyahısında 3-cü sırada X18 əvəzinə X19, JN-041F saylı şəhadətnamədə isə hüquq subyektləri siyahısında 3-cü və 4-cü sırada soyadları X18 və Ərizəçi1 əvəzinə X21 və X8 qeyd edilmişdir. Mülkiyyət sənədlərindəki texniki səhvlərə görə əməliyyat aparmaq mümkün olmamışdır. Ərizəçi1 adına verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsində soyadı düzgün olaraq “Səmədov” kimi yox Mayılzadə kimi qeyd edilmişdir. XVİİ-ЖГ № 462764 saylı doğum haqqında şəhadətnamədə də Ərizəçi1 soyadı düzgün olaraq Mayılzadə kimi qeyd edilmişdir. X10 adına verilmiş XVİİ-ЖГ № 322648 saylı doğum haqqında şəhadətnamədə X1 düzgün olaraq Mayılzadə kimi qeyd edilmişdir. xx.xx.2014-cü il tarixdə Zarağan kənd inzibati ərazi nümayəndəliyində bağlanmış AZ-İ № 984252 saylı nikah haqqında şəhadətnamədə də X1 düzgün olaraq Mayılzadə kimi göstərilmişdir. Bu səbəbdən JN- 0064 saylı kodu 40608018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında və JN-041F saylı kodu 40608018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan texniki səhvlərə düzəlişlər məhkəmə qaydasında edilməlidir. Göründüyü kimi dövlət aktı və şəhadətnamədə göstərilən səhvləri aradan qaldırmadan mülkiyyət hüquqlarını həyata keçirmək mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi1 (eyni zamanda ərizəçi Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızının etibarnamə üzrə nümayəndəsi) oğlu ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini (eyni zamanda ərizəçinin etibarnamə üzrə nümayəndəsini) dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-041F (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X25, X6, X21 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0064 (Kod: 40608018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli 03 nömrəli qərarına əsasən X25, X6, X19 və Ərizəçi1 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 1,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.1994-cü il tarixli, XVİİ-ЖГ seriyalı, 462764 №-li «Doğum haqqında» şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1993-cü ildə Qəbələ rayonu Zarağan kəndində doğulmuşdur, atası X25, anası X4r. İşdə olan xx.xx.1992-ci il tarixli, XVİİ-ЖГ seriyalı, 322648 №-li «Doğum haqqında» şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.1992-ci ildə Qəbələ rayonu Zarağan kəndində doğulmuşdur, atası X25, anası X4r. İşdə olan xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı, 984252 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 ilə X10 xx xxxxxxxx 2014-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 31 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********28 nömrəli məktubundan görünür ki, JN-0064 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-041F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 100 nömrəli arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır və hal-hazırda Zarağan kəndində yaşayır. İşdə olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 99 nömrəli arayışdan görünür ki, X5 rayonu Zarağan kəndində qeydiyyatdadır. İşdə olan Ərizəçi1 məxsus şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin soyadı Mayılzadə olaraq göstərilmişdir. İşdə olan ərizəçi Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızına məxsus şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı Gülsel, soyadı Abdullayeva, ata adı Mahir olaraq göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxx 2002-ci il tarixli, 03 saylı qərarına əsasən X25, X6, X19 və Ərizəçi1 birgə mülkiyyətlərinə verilmiş JN-0064 nömrəli (kod:40608018) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçi Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızının adı səhvən «Nərgiz», ata adı səhvən «Elşən», Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarına əsasən X25, X6, X21 və X14 birgə mülkiyyətlərinə verilmiş JN-041F nömrəli (kod:40608018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 soyadı səhvən «Səmədov», ərizəçi Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızının soyadı səhvən «Səmədova» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında və şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxx 2002-ci il tarixli, 03 saylı qərarına əsasən X25, X6, X19 və Ərizəçi1 birgə mülkiyyətlərinə verilmiş JN-0064 nömrəli (kod:40608018) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızına aid hissədə Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızına, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarına əsasən X25, X6, X21 və X14 birgə mülkiyyətlərinə verilmiş JN-041F nömrəli (kod:40608018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1 və Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızına aid hissədə Ərizəçi1 və Abdullayeva (Mayılzadə) Gülsel Mahir qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar