Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-827/2022 27.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Nümayəndə, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi və digər Ərizəçi4 nümayəndəsi Nümayəndə, ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Nümayəndə, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Nümayəndə, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Aşağıda ərizəyə əlavə edilən sənədləri nəzərə alaraq, o və ailə üzvlərinin adına olan JN-1150F nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə Daşınmaz əmlakın Dövlət Reystri Xidmətinin 9-saylı Qəbələ Ərazi İdarəsindən ailəsinə məxsus daşınmaz əmlakın qeydiyyata alınması barədə sənəd almaq üçün JN-1150F nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-də səhv yazılmış adların həqiqətən səhv yazılması, təqdim edilən sənədlərdə olan adların doğruluğu və həqiqətən həmin sənədin onlara aid olması barədə qərar çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, JN-1150F nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə Daşınmaz əmlakın Dövlət Reystri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək ailəsinə məxsus daşınmaz əmlakın qeydiyyata alınmasıni xahiş etmişlər. Lakin Daşınmaz əmlakın Dövlət Reystri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsidən xx.xx.2021-ci il tarixində ərizəsinə cavab verilərək, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsini əsas gətirərək aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququmuz olduğu bildirildi. Belə ki, JN-1150F nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-də sənəd tərtib edilən zaman Ərizəçi1, səhv olaraq X2, Nümayəndə, səhv olaraq X3, Ərizəçi3, səhv olaraq Ərizəçi3 Hüseynağa oğlu kimi, Kərimova (Əliyeva) Şəbnəm Hüseynəli qızı isə səhv olaraq X1 yazılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi və digər Ərizəçi4 nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1150F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X5, X13, X6, Ərizəçi3 Hüseynağa oğlunun və X4 ümumi birgə mülkiyyətinə 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş 31 mart 1989-cu il tarixli XİV-JQ 279820 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Nümayəndə ata adı “Hüseynəli”, adı “Müsavər” olaraq qeyd olunmuşdur. Həmçinin ata qrafasında Ərizəçi1 adı “Hüseynəli”, ata adı “Müsavər” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli AZ-İİ 138775 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Nümayəndə ata adı “Hüseynəli”, adı “Müsavər” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Hüseynəli”, adı “Müsavər” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli AZ-İ 178257 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 adı “Hüseynəli”, ata adı “Müsavər” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ 040075 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 ğlunun adı “Hüseynəli”, ata adı “Müsavər” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı şəxsiyyəti təsdiq edən sənəddə “Hüseynəli”, ata adı “Müsavər” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş 14 oktyabr 1984-cü il tarixli X-JQ 327851 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi3 ata adı “Hüseynəli” qeyd olunmuşdur. Həmçinin ata qrafasında Ərizəçi1 adı “Hüseynəli”, ata adı “Müsavər” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ 446893 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi3 ata adı “Hüseynəli” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Hüseynəli” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli XVİİİ-JQ 425157 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Əliyeva (Kərimova) Şəbnəm Hüseynəli qızının ata adı “Hüseynəli”, adı “Şəbnəm” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 966721 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə X19 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Burada Ərizəçi4 ata adı “Hüseynəli”, adı “Şəbnəm” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Hüseynəli”, adı “Şəbnəm” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1150F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “Nümayəndə” əvəzinə “X10” kimi, “Ərizəçi1” əvəzinə “X11” kimi, “Ərizəçi3” əvəzinə “Ərizəçi3 Hüseynağa oğlu” kimi və “X12” əvəzinə “X7” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1150F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Nümayəndə, Ərizəçi1, Ərizəçi3 və Əliyeva (Kərimova) Şəbnəm Hüseynəli qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-827/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-827/2022
27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver