Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-829/2022 19.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X16, X11, X17, X12 və X3 adına verilmiş JN – 1397A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadənamənin, həmçinin Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X16, X11, X17, X12 və X18 oğlunun adına verilmiş JN – 635 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının onlara aid hissədə onlara, yəni Sadıqova (Abbasəlizadə) Səadət Qüdrət qızına və Ərizəçi1 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X8, X5, X9, X6 və X7 Qəbələ rayonu, Vəndam qəsəbəsində JN – 1397A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0,80 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X8, X5, X9, X6 və X4 Qəbələ rayonu, Vəndam qəsəbəsində JN – 635 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin JN –1397A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə və JN – 635 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» X26 (Abbasəlizadə) Səadət Qüdrət qızının soyadı səhvən “Abbasəliyeva” kimi göstərilmişdir. Həmçinin JN–1397A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Ərizəçi1 soyadı səhvən “Abbasəliyev” kimi və JN – 635 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında isə “Abbasəliyeva” kimi göstərilmişdir. Hazırda torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydə aldırmaq istəyirlər, ancaq dövlət aktında adı səhv qeyd olunduğundan bu mümkün deyildir. Onlar uzun illər buna əhəmiyyət verməmişdir, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 07 fevral 2022-ci il tarixli, **********42 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olması tövsiyyə olunmuşdur. Şəxsiyyətlərini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamə”lərdə adları, soyadları və ata adı düzgün qeyd edilmişdir. Yol verilmiş yalnışlığı onlar başqa çür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN-1397A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X16, X11, X13, X12 və X3 birgə mülkiyyətinə JN-1397A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,80 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-635 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X16, X11, X13, X12 və X3 birgə mülkiyyətinə JN-635 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,90 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 08 iyul 1991-ci il tarixli, XVİ-ЖГ seriyalı, 268036 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 ad, soyad və ata adı “Ərizəçi2” kimi qeyd edilmişdir. İşdə olan 15 sentyabr 1993-cü il tarixli, XVİİ-ЖГ seriyalı, 360404 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 oğlunun ad, soyad və ata adı “Ərizəçi1 oğlu” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyul 2014-cü il tarixli, AZ-İ seriyalı, 936749 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 ad, soyad və ata adı “X14” kimi qeyd edilmişdir. İşdə olan B 725527 nömrəli “Orta Təhsil Haqqında Attestat”ın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 oğlunun ad, soyad və ata adı “Ərizəçi1 oğlu” kimi qeyd edilmişdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi2 və Ərizəçi1. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 fevral 2022-ci il tarixli **********42 nömrəli məktubundan görünür ki, JN-1397A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-635 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 544 nömrəli arayışda göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-1397 A kod 40600048-də qeyd olunmuş X1 Səadət Qüdrət qızı kimi, X15 isə Ərizəçi1 kimi oxunmalıdır. Qəbələ rayon Vəndam qəsəbəsində X12 və X15 adlı şəxs qeydiyyatda olmamış və hal-hazırda yaşamır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 543 nömrəli arayışda göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı JN-635 kod 40600048-də qeyd olunmuş X1 Səadət Qüdrət qızı kimi, X15 isə Ərizəçi1 kimi oxunmalıdır. Qəbələ rayon Vəndam qəsəbəsində X12 və X15 adlı şəxs qeydiyyatda olmamış və hal-hazırda yaşamır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarlarına əsasən X16, X11, X13, X12 və X3 birgə mülkiyyətlərinə verilmiş JN-1397A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-635 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 soyadı səhvən “Abbasəliyev”, Ərizəçi2 soyadı səhvən “Abbasəliyeva” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə və dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi2 soyadının əvvəlcə Abbasəlizadə, nikaha daxil olduğdan sonra Sadıqova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Sadıqova (Abbasəlizadə) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarlarına əsasən X16, X11, X13, X12 və X3 birgə mülkiyyətlərinə verilmiş JN-1397A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və JN-635 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1 və Sadıqova (Abbasəlizadə) Səadət Qüdrət qızına aid hissədə Ərizəçi1 və Sadıqova (Abbasəlizadə) Səadət Qüdrət qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-829/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-829/2022
19.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver