Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-833/2021 07.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş yaşayış evinin sökülməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə mülkiyyətində olan 0.14 ha həyatyanı torpaq sahəsində özbaşına inşa edilmiş yaşayış evinin cavabdehlərin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 İyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə vülkiyyətində olan 0.14 ha həyat yani torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini 18 ıart 2005-ci il tarixdə mərhum atası X2 iş üzrə cavabdeh olan Cavabdeh1 1200 ABŞ dollarına satmışdır. Lakin aralarında sadə yazılı formada tərtib olunmuş akt olmuş olsa da alqı-satqı predmeti olan torpaq sahəsi Cavabdeh1 adına rəsmləşdirilməmişdir. Mərhum atası ilə cavabdeh arasında alqı-satqı olan zaman onun həmin torpaq sahəsi üzərində yaşayış evi inşa etdirmək üçün yaşayış evinin kürsüsü qoyulmuş, lakin maddi imkanı olmamışdır ki, evin tikintisini başa çatdırsın. Ona görə də qazanıb evin tikintisini başa çatdırmaq üçün işləməyə Respublikadan kənar getmişdi. Fürsətdən istifadə edən mərhum atası yuxarıda qeyd etdiyi kimi onun mülkiyyətində olan torpağı cavabdehə satmışdır. İş üzrə cavabdeh olan Cavabdeh1 onun qoyduğu və kürsüsünü qaldırdığı evin kürsüsü üzərində inşaat işlərini davam etdirərək orada özünə ışayış evi inşa etdirmişdir və hazırda digər Cavabdeh2 ilə orada yaşayır. O, cavabdehlərin və onlarla birlikdə yaşayan digər ailə üzvlərinin onun mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılmasına dair Qəbələ rayon Məhkəməsində iddia qaldırdı. Qəbələ rayon Məhkəməsinin 03.07.2018-ci il tarixli, 1(025)-108/2018 saylı qətnaməsi ilə iddiası təmin edildi. Cavabdeh1 həmin qətnamədən Apellyasiya şikayəti verdi. Şəki Apellyasiya Məhkəməsinin 31.10. İJİ8-Cİ il tarixli 2(107)-2313/2018 saylı qətnaməsinə əsasən Apellyasiya şikayəti təmin edilmədi və Qəbələ rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanıldı, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.05.2019-cu il lirixli, 2(102)-1586/2019-saylı qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Bundan sonra qətnamənin icra olunması mərhələsi başlamış və Qəbələ rayon icra və Probasiya şöbəsinə icra vərəqi göndərilmişdir. Qəbələ rayon icra və Probasiya şöbəsində icra işı apanlarkən Nurşad Kamal oğlu və Cavabdeh2 orada iltizam verdi ki, evin yeləşdiyi iorpaq sahəsi istisna olmaqla qalan torpaq sahəsini onlara qaytarmağa razıdır. Hətta bu barədə akt tərtib edildi və hər iki cavabdeh iltizam verdi ki, guya torpaq ona qaytarıldı. O zaman tərtib olunmuş akt və verilmiş iltizamlar formal xarakter daşıyır, çünki cavabdehlər yenə də mülkiyyətində olan torpaq sahəsini boşaltmadılar və ondan istifadə etməkdə davam etdilər. O, başa düşdü ki, cavabdehlər həm onları, həmdə icra və probasiya şöbəsini aldatmışlar. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz və özbaşına inşa etdirdiyi tikintinin pulunu da ondan tələb etdi. Onun bu cür hərəkətləri ona qarşı olan bu iddiası nəticəsində belə qərara gəldi ki, cavabdehə hər hansı bir güzəşt etmək lazım deyil və ona görədə o, evin altındakı torpaq da daxil olmaqla cavabdehlərə heç bir güzəştə getmir və evin onların öz hesablarına sökülməsini və cavabdehlərin məcburi qaydada bütün torpaq sahəsindən çıxarılmalarını tələb edir. Mərhum atası ilə Cavabdeh1 arasında onun mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısma dair bağlanmış əqd qanunların tələbinə ziddir. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmişlər və yuxarıda qeyd etdiyi kimi onun inşa etdirdiyi kürsü üzərində qanunsuz yaşayış evi inşa etdirmişlər. Həm də həmin tikilinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətimdədir. Həmin tikilinin, yəni yaşayış evinin onun mülkiyyətində olan torpaq sahəsində inşa etdirilməsi onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır. Tikintinin yerləşdiyi torpaq sahəsi tikintini inşa edən şəxsin deyil, başqa şəxsin mülkiyyətində olarsa, tikintini inşa edən şəxsin həmin tikiliyə mülkiyyət hüququ o halda anına bilər ki, torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada tikintini inşa edən şəxsin mülkiyyətinə keçsin. Cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində və onun inşa etdirdiyi kürsü üzərində özbaşına yaşayış evi inşa edilməsi qeyd etdiyi kimi mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Çünki, o, mülkiyyətində olan əmlaka faktiki sahiblik edə bilmir, ondan istifadə edə bilmir və həmin torpaq sahəsində qanunsuz tikili olduğuna görə onun üzərində sərbəst sərəncam verə bilmir. Beləki, cavabdeh həmin torpaq sahəsinə faktiki sahiblik edir və ondan istifadə edir. Cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində yaşayış evi inşa etdirməsi, və cavabdehin ailə üzvləri ilə orada yaşaması torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması və ondan istifadə etməsi onun mülkiyyət hüququmun həyata keçirilməsinə qəti şəkildə mane olur. Ona görə də öz başına tikili cavabdehlərin vəsaiti hesabina sökülməli və cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsində məcburi qaydada çıxarılmalıdırlar .Onların torpaq sahəsindən məcburi çıxarılmasına dair qüvvədə olan məhkəmə qətnamələri və qərarı vardır və həmin məhkəmə qətnamələri icra olunmalıdır. Bu barədə cavabdehlə dəfələrlə söhbət etmişlər və heç bir nəticəsi olmayıb. İcra və probasiya şöbəsində onlar öhdəlik belə götürmüşlər ki, torpaq sahəsini boşaldacaqlar, lakin öhdəliklərinə nəinki əməl etməmiş əksinə məhkəmədə iddia qaldıraraq ondan pul tələb etmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, 18.03.2005-ci il tarixində iddiaçının atası X1 1200 ABŞ dolları qarşılığında 0.14 ha torpaq sahəsini almışdır. İddiaçının atasından aldığı torpaq sahəsində sonradan öz hesabına 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi inşa etmişdir. İddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, alqı-satqı zamanı etdiyi səhlənkarlıq nəticəsində buraxdığı qanun boşluğundan, iddiaçı istifadə edərək, həmin torpaq sahəsini ondan məhkəmə qaydasında geri almağa çalışır. Həmin torpaq sahəsinin ətrafına 70 metr uzunluğunda 220 sm hündürlüyündə mişar daşından qala çəkmiş, bundan əlavə olaraq həmin torpaq sahəsinə 150 azn dəyərində əl darvazası, 36 topa fındıq ağacı və 12 ədəd müxtəlif meyvə ağacları əkmişdir. İddiaçı bu gün ona qarşı iddia qaldıraraq inşa etdiyi fərdi yaşayış evinin sökülməsini tələb edir. Aparılmış məhkəmə işlərinin hallarına baxarkən aydın olur ki, zərər çəkən özüdür. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, Cavabdeh1 izahatına uyğun izahat verib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-201A saylı, kod 40602018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən Qəbələ rayonu Böyük Pirəli kəndində İddiaçı mülkiyyətinə 0.14 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(025)-108/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları – 21.08.2002-ci il təvəllüdlü X4 və 25.10.2006-cı il təvəllüdlü X3 ilə birlikdə JN-201A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiyası Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(107)- 2313/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(025)-108/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Ali Məhkəmənin Mülki Kollegiyasının 13 may 2019-cu il tarixli, 2(102)-1586/2019 nömrəli qərarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiyası Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(107)-2313/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(025)- 892/2019 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı Cavabdeh1 tərəfindən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 32.000 (otuz iki min) manat məbləğində pul cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh1 verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiyası Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(107)-2985/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(025)-892/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “tikintiyə xərclənmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,14 ha torpaq sahəsi JN-201A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı tam mülkiyyətindədir. Cavabdehlər qeyd olunan ərazini zəbt etmişdir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Qeyd olunan torpaq sahəsi ilə bağlı tərəflər arasında daha öncə də mübahisə olmuş, Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(025)- 108/2018 nömrəli qətnaməsi ilə, İddiaçı iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları – 21.08.2002-ci il təvəllüdlü X4 və 25.10.2006-cı il təvəllüdlü X3 ilə birlikdə JN-201A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Qeyd olunan birinci instansiyası məhkəməsinin qətnaməsi yuxarı instansiyası məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019cu il tarixli 2(025)-892/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 tərəfindən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 32.000 (otuz iki min) manat məbləğində pul cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Şəki Apellyasiyası Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(107)-2985/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(025)-892/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “tikintiyə xərclənmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 İyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-201A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mülkiyyətində olan 0.14 ha həyatyanı torpaq sahəsində özbaşına inşa edilmiş yaşayış evinin cavabdehlərin hesabına sökülməsini tələb edir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən, qanuni şəkildə əldə etsə də, cavabdehlər tərəfindən yaradılmış maneələrə görə mülkiyyət hüquqlarından sərbəst şəkildə həyata keçirə bilmir, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən fərdi yaşayış evinin tikilməsi üçün lazımi icazələrin olması barədə məlumatlar, fərdi yaşayış evə dair hər hansı bir hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli və JN-201A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən İddiaçı tam mülkiyyətində olan 0,14 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən özbaşına inşa edilmiş fərdi yaşayış evi onların hesabına sökülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. JN-201A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən İddiaçı tam mülkiyyətində olan 0,14 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən özbaşına inşa edilmiş fərdi yaşayış evi onların hesabına sökülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-833/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-833/2021
07.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver