Məhkəmə qərarları › İş №2(025)-833/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-833/2023

20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-833/2023 20.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi2 Ramı̇ k oğlunun və İbrahı̇ mov Ramı̇ k Bahadur oğlunun (eyni zamanda İbrahı̇ mova Səbı̇ nə Ramı̇ k qızının nümayəndəsi) iştirakları ilə, Ərizəçilər İbrahı̇ mov Ramı̇ k Bahadur oğlunun, Ərizəçi2 Ramı̇ k oğlunun və İbrahı̇ mova Səbı̇ nə Ramı̇ k qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər İbrahı̇ mov Ramı̇ k Bahadur oğlu, Ərizəçi2 Ramı̇ k oğlu və İbrahı̇ mova Səbı̇ nə Ramı̇ k qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X18, X4, X9, X10, adına verilmiş JN -1965A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin bizə aid hissədə bizə, yəni Nümayəndə, İbrahimova (Bahadurzadə) Şəbinə Ramik qızına və Ərizəçi2, həmçinin ailə üzvümüz mərhum X8, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X18, X4, X9, X10 adına verilmiş JN - 354 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının bizə aid hissədə bizə, yəni Nümayəndə, İbrahimova (Bahadurzadə) Şəbinə Ramik qızına və Ərizəçi2, həmçinin ailə üzvümüz mərhum X8 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, onlara - Nümayəndə, Ərizəçi2, X22,, eyni zamanda mərhum X8 JN -1965A nömrəli (kod:********) kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə ərizəçi Nümayəndə adı səhvən "Kamil", Ərizəçi2 soyadı səhvən "Bahadurzadə" ata adı səhvən "Namiq", kimi, ərizəçi X19 ata adı səhvən "Namiq"və mərhum X1 səhvən "Məmmədova" adı səhvən "Tehranə", kimi göstərilmişdir. Eyni zamanda Qəbələ rayon AİKin 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, onlara - Nümayəndə, Ərizəçi2, X22, mərhum X8 JN -354 nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» dövlət aktı ilə 1,31 ha çöl torpaq sahəsi verilmişdir. Lakin dövlət aktında ərizəçi Nümayəndə adı səhvən "Ramiq", Ərizəçi2 soyadı səhvən "Bahadurzadə" ata adı səhvən "Namiq" kimi, ərizəçi X29mn ata adı səhvərı "Namiq və mərhum X1 səhvən "Məmmədova" adı səhvən "Tehranə", kimi göstərilmişdir. Qeyd edirlər ki, X29 19 mart 2017 ci-il tarixdə nikaha daxil olduqdan sonra "İbrahimova" soyadını qəbul etmişdir. Həmçinin mərhum ailə üzvləri X11 xx.xx.2022-ci il tarixdə "siqmavari baırsağın bədxasssəli yenitörəməsi" diaqnozundan vəfat etmişdir. Beləliklə, şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə ad, soyad və ata adımız Nümayəndə, Ərizəçi2, X29 və mərhum X3 qeyd edilmişdir. Eyni zamanda bu hal Qəbələ rayon İcra Hakimiyyəti Vəndam qəsəbəsi İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş arayışlar ilə də təsdiq olunur. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamələrdə və dövlət aktında səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni və torpağa mülkiyyət hüququna dair dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamələrdəki və dövlət aktında yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən mən, Nümayəndə aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə və torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlıqların aradan qaldırılmasını xahiş etmişd, müvafiq 17 mart 2023-ci il tarixli, məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşdılar. Yol verilmiş yalnışlığı biz başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi İbrahı̇ mov Ramı̇ k Bahadur oğlu ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçil Ərizəçi2 Ramı̇ k oğlu ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-354 (Kod: ********) nömrəli “Torpağ mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 aylı qərarına əsasən, X20, X6, X12 və X13 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Vəndam kəndində 1.31 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1965A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nin 28 oktyabr 1998-ci il tarxli, DİSPLAY19 saylı qərarına əsasən X23, X4, X14 və X10 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Vəndam kəndində 0.12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon İHB-nin Vəndam kənd İƏN-yi tərəfindən verilmiş 09 avqust 1993-cü il tarixli XVİİ-ЖГ № 360194 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 soyadı, adı və ata adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nin Vəndam kənd İƏN-yi tərəfindən verilmiş 25 aprel 1992-ci il tarixli XVİ-ЖГ № 479658 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada X2, adı və ata adı “X24” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu, Vəndam kənd soveti tərəfindən verilmiş 14 sentyabr 1961-ci il tarixli İİ-HE № 090764 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada İbrahı̇ mov Ramı̇ k Bahadur oğlunun soyadı, adı və ata adı “İbrahı̇ mov Ramı̇ k Bahadur oğlu” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28 sentyabr 1990-cı il tarixli V- ЖГ № 285830 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahı̇ mov Ramı̇ k Bahadur oğlu 28 sentyabr 1990-cı il tarixdə X21 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. Burada İbrahı̇ mov Ramı̇ k Bahadur oğlunun soyadı, adı ata adl “İbrahı̇ mov Ramı̇ k Bahadur oğlu” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 mart 2017-ci il tarixli AZ-İİ № 169283 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx xxxxx 1992-ci il tarixdə X24 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. Burada İbrahı̇ mova Səbı̇ nə Ramı̇ k qızının soyadı, adı ata adl “X24” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi şöbəsi tərəfindən verilmiş 27 avqust 2022-ci il tarixli AZ-İİ № 375376 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, “X5” qızının tam adı “X11” olaraq qeyd olunmuşdur İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbrahı̇ mov Ramı̇ k Bahadur oğlunun soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Nümayəndə” olaraq qeyd olunmuşdur İş materiallarına əlavə olunmuş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbrahı̇ mova Səbı̇ nə Ramı̇ k qızının soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “İbrahı̇ mova Səbı̇ nə Ramı̇ k qızı” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Asan-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 Ramı̇ k oğlunun soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2 Ramı̇ k oğlu” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu, Vəndam qəsəbə İƏDN-si tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 376 saylı arayışdan görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1965A (Kod: ********)-də qeyd olunmuş, X31 – Nümayəndə kimi, X16 – X3, X25 – X7, X26 – Ərizəçi2 kimi oxumalıdır. Vətəndaşın şəxsiyyət vəsiqəsi, Vətəndaşın ölüm haqqında şəhadatnaməsi və vətəndaşın doğum haqqında şəhadatnaməsi. Qəbələ rayon Vəndam qəsəbəsində X31, X16, X25 və X26 adlı şəxs qeydiyyatda olmayıb və hal-hazırda yaşanır. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu, Vəndam qəsəbə İƏDN-si tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 396 saylı arayışdan görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-354 (Kod: ********)-də qeyd olunmuş, X31 – Nümayəndə kimi, X17 – X3, X27 – X7, X26 – Ərizəçi2 kimi oxumalıdır. Vətəndaşın şəxsiyyət vəsiqəsi, Vətəndaşın ölüm haqqında şəhadatnaməsi və vətəndaşın doğum haqqında şəhadatnaməsi. Qəbələ rayon Vəndam qəsəbəsində X31, X17, X27 və X28 adlı şəxs qeydiyyatda olmayıb və hal-hazırda yaşanır. İş materiallarına əlavə olunmuş Qəbələ “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş № 05/09İS/083780-23 saylı arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Nümayəndə – doğum tarixi, xx.xx.1961, doğulduğu yer – Azərbaycan Respublikası, Qəbələ rayon, Vəndam qəsəbəsi. Əri (arvadı): X11 (xx.xx.1961) (xx.xx.2022-ci ildə vəfat edib), Qızı: Ərizəçi3 (xx.xx.1992). Oğlu: Ərizəçi2 (xx.xx.1993). Oğlu: X37 (xx.xx.1998) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1965A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə, 1.31 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-354 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnamədə, 1.31 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq Dövlət aktında yalnışlığa yol verilərək “Nümayəndə” əvəzinə “X31” kimi, “Ərizəçi2” əvəzinə “X26” kimi, “Ərizəçi3” əvəzinə “X25” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1965A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-354 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər İbrahı̇ mov Ramı̇ k Bahadur oğluna, Ərizəçi2 Ramı̇ k oğluna, İbrahı̇ mova (Bahadurzadə) Səbı̇ nə Ramı̇ k qızına və mərhum – İbrahı̇ mova Ehranə Əbdürəhim qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar