Məhkəmə qərarları › İş №2(025)-834/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-834/2023

08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-834/2023 08.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndələri Nümayəndə və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 15 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən X19, X26, X20, Nümayəndə, X23, X21, Ərizəçi3, X24, X25 adına verilmiş JN – 002A nömrəli (kod:********), JN – 002B nömrəli (kod:********) və JN – 002F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin onlara, yəni Ərizəçi1, Ərizəçi2, o cümlədən mərhumlar X10 və X9, həmçinin Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X25, X19, X29, X20, Nümayəndə, X23, X27, X24 adına verilmiş JN – 229 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3, o cümlədən mərhumlar X4 və X9 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-in 15 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən, X19, X26, X20, Nümayəndə, X23, X21, Ərizəçi3, X24, X25 adına Qəbələ rayonu, Yenikənd kəndində JN – 002A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,67 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin Qəbələ rayon AİK-in 15 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən, X19, X26, X20, Nümayəndə, X23, X21, Ərizəçi3, X24, X25 adına Qəbələ rayonu, Yenikənd kəndində JN – 002B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,87 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin Qəbələ rayon AİK-in 15 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən, X19, X26, X20, Nümayəndə, X23, X21, Ərizəçi3, X24, X25 adına Qəbələ rayonu, Yenikənd kəndində JN – 002F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,31 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamələrdə Ərizəçi1 adı səhvən “Gülzaman” kimi, Ərizəçi2 soyadı səhvən “Allahverdiyeva” kimi yazılmışdır. Həmçinin ailə üzvlərindən mərhum X3 ata adı səhvən “Süleyma”, mərhum X5 ata adı səhvən “Süleyma” kimi yazılmışdır. Həmçinin Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X25, X19, X29, X20, Nümayəndə, X23, X27, X24 adına Qəbələ rayonu, Yenikənd kəndində JN – 229 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə 3,64 ha kənd təsərrüfatı torpaq sahəsi verilmişdir. X35 Ərizəçi1 soyadı səhvən “Rəhimova” kimi Ərizəçi2 soyadı səhvən “Allahverdiyeva” kimi, Ərizəçi3 soyadı səhvən “Hacıyeva” kimi yazılmışdır. Həmçinin ailə üzvlərindən mərhum X3 ata adı səhvən “Süleyma”, mərhum X5 ata adı səhvən “Süleyma” kimi yazılmışdır. Lakin onlar məxsus şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdə və nikah haqqında şəhadətnamələrdə ad, soyad və ata adları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 kimi göstərilmişdir. Mərhum ailə üzvlərinə məxsus “ölüm haqqında şəhadətnamə”lərdə isə onların ad, soyad və ata adı X10 və X2 yazılmışdır. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrini vərəsəlik qaydasında adına keçirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamələrdə və Dövlət Aktında səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələri və Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki və dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılması xahiş edilmiş, müvafiq məktub ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Yol verilmiş yalnışlığı başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndələri Nümayəndə və Ərizəçi3 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndələri Nümayəndə və Ərizəçi3 dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 002A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən X19, X26, X20, Nümayəndə, X23, X21, Ərizəçi3, X24, X16 birgə mülkiyyətinə JN – 002A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,67 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 002B nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən X19, X26, X20, Nümayəndə, X23, X21, Ərizəçi3, X24, X16 birgə mülkiyyətinə JN – 002B nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,87 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 002F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 15 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən X19, X26, X20, Nümayəndə, X23, X21, Ərizəçi3, X24, X16 birgə mülkiyyətinə JN – 002F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,31 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 229 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X25, X19, X29, X20, Nümayəndə, X23, X27, X17 birgə mülkiyyətinə JN – 229 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 3,64 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 933218 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 159 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 065637 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 116 № ilə qeyd edilmişdir. İşdə olan 17 noyabr 1969-cu il tarixli, AЗ seriyalı, ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 ad, soyad və ata adı “X27” kimi qeyd edilmişdir. İşdə olan 17 avqust 1965-ci il tarixli, AЗ seriyalı, ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ad, soyad və ata adı “X29” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 3-16-5/7-142 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, Ərizəçi2 13 avqust 1989-cu ildə Qəbələ rayonunun Yenikənd kəndində anadan olmuşdur. Bu barədə 23 avqust 1989-cu il tarixdə Qəbələ rayon Zalam kənd icra nümayəndəliyi tərəfindən 68 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan 13 sentyabr 1988-ci il tarixli, İV-ЖГ seriyalı, 476560 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçi Allahverdiyeva (Rəhimova) Gülcamal Əliyar qızının nikaha daxil olduqdan sonra ad, soyad və ata adı “Ərizəçi1” kimi qeyd edilmişdir. İşdə olan 10 oktyabr 1992-ci il tarixli, Vİ-ЖГ seriyalı, 292374 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçi Allahverdiyeva (Hacıyeva) Səbirə Şahsoltan qızının nikaha daxil olduqdan sonra ad, soyad və ata adı “Ərizəçi3” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 3-16-5/7-143 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, Ərizəçi2 ilə X28 14 avqust 2015ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada İbrahimova soyadı verilmişdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 04 aprel 2023-cü il tarixli 3-21-3-42/2-17-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, JN – 002A, JN-002B və JN-002F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və JN-0229 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Yenikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 5-59-29/2-148-2023 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayonu Aqrar İslahat komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-229 kod 40607048 N-li torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş X6, X7 X8, X18 adı və soyadı texniki səhv olaraq yazılmışdır. Odur ki, AZ İİ № 065637 saylı 07 mart 2020-ci tarixdə verilmiş X31 əsasən yuxarıda göstərilən şəxsin soyadı, adı, atasının adı X1 və nümayəndəliyin 02-N-li təsərrüfatbaşına kitabın 49-cü səhifənin 133 saylı şəxsi hesabına əsasən yuxarıda göstərilən şəxsin soyadı, adı, atasının adı Ərizəçi2, AZ İ 933218 saylı 05 iyul 2018 -ci il tarixdə verilmiş X31 əsasən X11, nümayəndəliyin 01-N-li təsərrüfatbaşına kitabın 46-cü səhifənin 43 saylı şəxsi hesabına əsasən yuxarıda göstərilən şəxsin soyadı, adı, atasının adı Ərizəçi3 kimi oxunsun. İslahat gedən zaman və hal hazırda Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində X19, X12, X13 adında və X27 adında şəxs yaşamamışdır. İşdə olan Qəbələ rayon İHB-nın Yenikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 5-59-29/2-147-2023 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayonu Aqrar İslahat komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-229 kod 40607048 N-li torpağa mülkiyyət hüququna dair Dövlət aktında və Qəbələ rayonu Aqrar İslahat komissiyasının 15 noyabr 2001-ci il tarixli 15 saylı qərarı ilə verilmiş JN-002B kod 40807048 N-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, Qəbələ rayonu Aqrar İslahat komissiyasının 15 noyabr 2001-ci il tarixli 15 saylı qərarı ilə verilmiş JN-002F kod 40807048 N-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, Qəbələ rayonu Aqrar İslahat komissiyasının 15 noyabr 2001-ci il tarixli 15 saylı qərarı ilə verilmiş JN-002A kod 40807048 N-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş X19, X14, X12, X8 adı və soyadı texniki səhv olaraq yazılmışdır. Odur ki, AZ İİ № 065637 saylı 07 mart 2020-ci tarixdə verilmiş X31 əsasən yuxarıda göstərilən şəxsin soyadı, adı, atasının adı X1 və nümayəndəliyin 02-N-li təsərrüfatbaşına kitabın 49-cü səhifənin 133 saylı şəxsi hesabına əsasən yuxarıda göstərilən şəxsin soyadı, adı, atasının adı Ərizəçi1, nümayəndəliyin 02-N-li təsərrüfatbaşına kitabın 49-cü səhifənin 133 saylı şəxsi hesabına əsasən yuxarıda göstərilən şəxsin soyadı, adı, atasının adı Ərizəçi2, AZ İ 933218 saylı 05 iyul 2018 -ci il tarixdə verilmiş X31 əsasən X2 oxunsun. İslahat gedən zaman və hal hazırda Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində X19, X14, X12, X21 oglu adında şəxs yaşamamışdır. İşdə olan Qəbələ rayon İHB-nın Yenikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli arayışlardan görünür ki, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Qəbələ rayonu Yenikənd kəndində qeydiyyatdadırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 15 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən X19, X26, X20, Nümayəndə, X23, X21, Ərizəçi3, X24, X25 adına verilmiş JN – 002A nömrəli (kod:********), JN – 002B nömrəli (kod:********) və JN – 002F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi1 adı səhvən “Gülzaman” kimi, Ərizəçi2 soyadı səhvən “Allahverdiyeva” kimi, mərhumlar X3 və X5 ata adları səhvən “Süleyma” kimi qeyd olunmuşdur. Həmçinin Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X25, X19, X29, X20, Nümayəndə, X23, X27, X24 adına verilmiş JN – 229 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 soyadı səhvən “Rəhimova” kimi, Ərizəçi2 soyadı səhvən “Allahverdiyeva” kimi, Ərizəçi3 soyadı səhvən “Hacıyeva” kimi, mərhumlar X3 və X5 ata adları səhvən “Süleyma” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktında yalnışlıq aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr və dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 15 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən X19, X26, X20, Nümayəndə, X23, X21, Ərizəçi3, X24, X25 adına verilmiş JN – 002A nömrəli (kod:********), JN – 002B nömrəli (kod:********) və JN – 002F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi1, Ərizəçi2, həmçinin mərhumlar X4 və X9 aid hissədə Ərizəçi1, Ərizəçi2, mərhumlar X4 və X9; Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X25, X19, X29, X20, Nümayəndə, X23, X27, X24 adına verilmiş JN – 229 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3, həmçinin mərhumlar X4 və X9 aid hissədə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3, mərhumlar X4 və X9 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar