Məhkəmə qərarları › İş №2(025)-836/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-836/2023

21.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-836/2023 21.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Veyiszadə (Mİkayıllı) Aydan Elxan qızının maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi Veyı̇ szadə Aydan Elxan qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Veyı̇ szadə Aydan Elxan qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçi Veyiszadə (Mİkayıllı) Aydan Elxan qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən, Nümayəndə, X7, X12, X16 və X5 adma verilmiş JN - 078A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN - 078A nömrəli (kod:********) Dövlət Aktının mənə aid hissədə mənə, yəni Veyiszadə (Mikayıllı) Aydan Elxan qızma məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən, Nümayəndə, X7, X12, X16 və X8 Qəbələ rayonu, Mamaylı kəndində JN - 078A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0,65 ha və JN - 0078 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 3.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Lakin şəhadətnamədə və Dövlət Aktında o - ərizəçi X10 adı səhvən “X17” kimi göstərilmişdir. Lakin ona məxsus digər sənədlərdə soyadı, adı və ata adı X3 göstərilmişdir. Həmçinin qeyd etmək istəyir ki, o 17 noyabr 2019-cu ildə X21 ilə nikaha daxil olmuş və “Veyiszadə” soyadını qəbul etmişdir. Beləliklə, ona məxsus şəxsiyyət vəsiqəsində, doğum, nikah şəhadətnamələrində və digər sənədlərdə ad, soyad və ata adı Veyiszadə (Mikayıllı) Aydan Elxan qızı kimi qeyd edilmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirik. Şəhadətnamədə səhvlər olduğundan bu mümkün deyildir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə keçdiyindən aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdi, müvafiq xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-0003-00xx-xx/2023 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Yol verilmiş yalnışlığı başqa cür aradan qaldırmaq iqtidarında deyil, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi Veyiszadə (Mikayıllı) Aydan Elxan qızının, nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-078A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 saylı qərarına əsasən, Nümayəndə, X2, X6, X17 və X11 mülkiyyətinə 0.65 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, işdə olan JN-0078 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən, Nümayəndə, X2, X6 və X17 mülkiyyətinə 3.11 ha kənd təsərrüfatı məhsulları istehsalı ilə bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu, Hacallı kənd Ə.N-i tərəfindən verilmiş 21 dekabr 1995-ci il tarixli XİX-ЖГ № 364957 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X16 xx xxxxxx 1995-ci ildə Qəbələ rayonunda anadan olmuşdur, burada ərizəçi X10 tam adı “X16” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, İcra nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2019-cu il tarixli AZ-İİ № 335195 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 17 noyabr.2019cu il tarixdə X16 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Veyiszadə, arvada Veyiszadə soyadı verilmişdir. X1 tam adı “X23” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı, soyadı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RİH-nin Aydınqışlaq kənd İƏDN-yi tərəfindən 10 aprel 2023-cü il tarixdə verilmiş 5-59-51/2-125-2023 №-li arayışdan görünür ki, Ərizəçi Qəbələ rayon Aydınqışlaq kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Mamaylı Kənd İƏD-si tərəfindən 07 aprel 2023-cü il tarixdə verilmiş 53 №-li arayışdan görünür ki, Veyiszadə (Mikayıllı) Aydan Elxan qızının Torpağa Mülkiyyət Hüququna dair JN-0078 KOD 40604038 olan Dövlət Aktında səhvən X4 yazılmışdır. İş materiallarına əlavə olunmuş Qəbələ “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş № 05/09İS/094989-23 saylı arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Nümayəndə – doğum tarixi, xx.xx.1966, doğulduğu yer – Azərbaycan Respublikası, Qəbələ rayonu, Mamaylı kəndi. Əri (arvadı): X9 (xx.xx.1972) (vəfat edib-xx.xx.2017), Qızı: X18 (xx.xx.1993). Qızı: Ərizəçi (xx.xx.1995). Oğlu: X13 (xx.xx.1997). Oğlu ( X14 (xx.xx.1999). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvilərinin mülkiyyətinə 0.65 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-078A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və 3.11 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0078 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında yalnışlığa yol verilərək “Veyiszadə (Mikayıllı) Aydan Elxan qızı” əvəzinə “X15” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-078A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-0078 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçi Veyı̇ szadə (Mikayıllı) Aydan Elxan qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar