Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-840/2020 20.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 598 F saylı, KOD 40601004 nömrəli şəhadətnamədə göstərilmiş Qədirova Nahidə Vəkil qızının – Ərizəçi olduğu və həmin şəhadətnamənin Ərizəçi, yəni ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonunda Aqrar İslahat aparılarkən Qəbələ rayonu X4 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0,07 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətinə verilməsinə dair JN-598 F saylı, kod 40601004 nömrəli şəhadətnamədə texniki səhv olaraq adı səhv getmişdir. Belə ki, onun adı Ərizəçi olduğu halda Qədirova Nahidə Vəkil qızı kimi qeyd olunmuşdur. Əslində isə adı iş materiallarına əlavə etdiyi şəxsiyyət vəsiqəsində olduğu kimidir. O, xx xxxxxx 1978-ci il tarixdə Qəbələ şəhər sakini X1 ilə evlənmişdir və ərinin soyadı olan İsmayılova soyadını qəbul etmişdir. Qədirova soyadı onun qızlıq soyadıdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni verən orqan texniki səhv edərək onun adını səhv qeyd etdirmişlər. Bu məsələni o, həmin sözügedən şəhadətnaməyə əsasən “Çıxarış” almaq istəyərkən bilmişdir. Adının səhv olması səbəbindən isə JN-598 F saylı, kod 40601004 nömrəli şəhadətnamə üzrə “Çıxarış” ala bilmir. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN – 589F nömrəli (kod:40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X1, Qədirova Nahidə Vəkil qızı, X7 və X2 birgə mülkiyyətinə mülkiyyətinə Qəbələ şəhərində 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 1962-ci il tarixli, AЭ seriyalı, 289169 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Qədirova Mahidə Vəkil qızı xx.xx.1959-cu ildə Qutqaşen rayonunda doğulmuşdur. İşdə olan xx.xx.1978-ci il tarixli, İ-ЖГ seriyalı, 467852 №-li «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, X1 ilə Qədirova Mahidə Vəkil qızının xx xxxxxx 1978-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 36 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, AZ-l seriyalı, 863642 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X1 xx.xx.2017-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir və bu barədə 18 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********80 nömrəli məktubundan görünür ki, JN- 589F nömrəli “«Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1176 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu X4 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN – 589F nömrəli (kod:40601004) torpaq şəhadətnaməsində adı Mahidə əvəzinə səhvən “Nahidə” kimi yazılmışdır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X1, Qədirova Nahidə Vəkil qızı, X7 və X2 birgə mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 589F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi adı səhvən «Nahidə», soyadı səhvən «İsmayılova» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni həmin hissədə əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Lakin ərizədə JN – 589F nömrəli (kod:40601004) ««Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə adları qeyd olunan hüquq sahiblərindən X1, X7 və X3 da məxsusluğu barədə tələb qoyulmadığından məhkəmə hesab edir ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarı ilə verilmiş JN – 589F nömrəli (kod:40601004)«Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid olan hissəsinin Ərizəçi məxsus olmasına dair hüquqi faktı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə ərizəni həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Qalan hissədə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X1, Qədirova Nahidə Vəkil qızı, X7 və X2 birgə mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 589F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-840/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-840/2020
20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver