Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-845/2021 22.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Əlihüseyin qızının və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Əlihüseyin qızı və Ərizəçi4 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Əlihüseyin qızı və Ərizəçi4 qız məhkəməyə ərizə ilə müraciət edərək, JN-097F, KOD 40800038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-706, KOD 40800038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının mərhum X3 və onlara yəni- Ərizəçi1, Hacanmədova (Xəlilova) Əfsanə Əlihüseyin qızına, Hacanmədova (Ağasiyeva) Günel Əlihüseyin qızına və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, 28.10.1983-cü ildə X8 ilə nikaha daxil olaraq soyadını ’’Hacanmədova” kimi qeyd etdirmişdir. Həyat yoldaşı X8 28.04.2009cu il tarixində ağız suyu vəzisinin kanserindən vəfat etmişdir. Hacanmədova (Xəlilova) Əfsanə Əlihüseyin qızı xx.xx.1984-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Bum qəsəbəsində anadan olmuşdur. 28.03.2005-ci il tarixdə X20 ilə nikaha daxil olaraq soyadını “Xəlilova” kimi qeyd etdirmişdir. Hacanmədova (Ağasiyeva) Günel Əlihüseyin qızı xx.xx.1986-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Bum qəsəbəsində anadan olmuşdur. 24.11.2006-cı il tarixdə X21 ilə nikaha daxil olaraq soyadını “Ağasiyeva” kimi qeyd etdirmişdir. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə Qəbələ rayonu, Bum kənd sakinləri mərhum X3 və onlara yəni-Ərizəçi1 qızma, Hacanmədova (Xəlilova) Əfsanə Əlihüseyin qızına, Hacanmədova (Ağasiyeva) Günel Əlihüseyin qızma, Ərizəçi2 0,48 ha həyətyanı torpaq sahəsinə görə JN-097F, KOD 40800038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmçinin, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə mərhum X3 və olara yəni-Ərizəçi1, Hacanmədova (Xəlilova) Əfsanə Əlihüseyin qızına, Hacanmədova (Ağasiyeva) Günel Əlihüseyin qızına, Ərizəçi2 kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.75 ha torpaq sahəsinə görə JN-706, KOD 40800038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında sonradan onlara məlum olmuşdur ki, soyadlar səhvən “Hacəmmədov”, “Hacəmmədova”, mərhum X2 adı və ata adı səhvən “Əlhüseyn”,“İrzalı” ata adı səhvən “Əlhüseyn” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğüm, nikah və ölüm haqqında şəhadətnamələrdə və digər sənədlərdə X8, Ərizəçi1, X4, X6 və Ərizəçi2 kimi yazılır. Ailə başçısı X8 vəfat etdiyindən, hazırda ona məxsus torpaq sahələrinə notariat ofisində vərəsəlik işi açılaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmalıdır. Lakin Şəhadətnamədə və Dövlət Aktında soyadlar, ad və ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni və Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən həmin sənədlərdəki yanlışlıqları aradan qaldıra bilmirik. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət olunmuş, müvafiq olaraq 29 aprel 2021-ci il tarixli, **********71 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 Əlihüseyin qızı ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi4 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-706 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X14, X10, X11, X9 və X5 ümumi birgə mülkiyyətinə 0.72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-097F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X12, X10, X11, X9 və X5 ümumi birgə mülkiyyətinə 0.48 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Hacanmədova” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Bum kənd İ.Ə.N tərəfindən verilmiş 08 may 2021-ci il tarixli AZ-T № 164644 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 soyadı “Musayeva” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 mart 2021-ci il tarixli 91 saylı nikah haqqında arayışdan görünür ki, X17 ilə X8 arasında 28 oktyabr 1983-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Hacanmədov, arvada Hacanmədova soyadı verilmişdir. Həmçinin burada mərhum X2 tam adı “X8” olaraq qeyd olunmuşdur. İşdə olan Qəblə rayon Bum kənd İ.Ə.N tərəfindən verilmiş 06 mart 2021-ci il tarixli AZ-İİ № 138106 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 aprel 2009-cu il tarixdə vəfat etmişdir. Burada mərhumun tam adı “X8” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 Əlihüseyin qızının ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Əlihüseyin” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Bum qəsəbə İ.Ə.N tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli AZ-İV № 555640 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Xəlilova (Hacanmədova) Əfsanə Əlihüseyin qızının soyadı “Hacanmədova”, ata adı “Əlihüseyin” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli AZ-İİ № 376100 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X20 arasında 28 mart 2005-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. Burada Ərizəçi3 Əlihüseyin qızının soyadı “Hacanmədova”, ata adı “Əlihüseyin” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Əlihüseyin” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Bum qəsəbə İ.Ə.N tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli AZ-İV № 555632 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Ağasıyeva (Hacanmədova) Günel Əlihüseyin qızının soyadı “Hacanmədova”, ata adı “Əlihüseyin” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli AZ-İİ № 376099 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X22 arasında 24 noyabr 2006-cı il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Ağasıyev, arvada Ağasıyeva soyadı verilmişdir. Burada ərizəçi X1 “Hacanmədova”, ata adı “Əlihüseyin” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Əlihüseyin”, soyadı “Hacanmədov” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Bum qəsəbə İ.Ə.N tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli AZ-İV № 555641 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 soyadı “Hacanmədov”, ata adı “Əlihüseyin” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli AZ-İİ № 428413 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə X23 arasında 18 oktyabr 2010-cu il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Hacanmədov, arvada Hacanmədova soyadı verilmişdir. Burada Ərizəçi2 soyadı “Hacanmədov”, ata adı “Əlihüseyin” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 706 (Kod: ********) nömrəli « “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında və 0.48 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-097F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “X8” əvəzinə “X14” və “X12”, “Ərizəçi1” əvəzinə “X10” kimi, “X4” əvəzinə “X9” kimi, “X6” əvəzinə “X13” kimi və “Ərizəçi2” əvəzinə “X11” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-097F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-706 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Xəlilova (Hacanmədova) Əfsanə Əlihüseyin qızına, Ağasıyeva (Hacanmədova) Günel Əlihüseyin qızına və mərhum X3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-845/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-845/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver