Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-848/2020 28.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-120A, KOD 40604028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-125, KOD 40604028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının həmçinin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1953-cü ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuşdur. Qəbələ rayonu X3 xx xxxxxx 1997-ci il tarixli, 19 saylı qərarı ilə ona və digər ailə üzvləri Gözəlova Raziyə İsməddin qızı, Gözəlov Bayram Hüsaməddin oğlu, Gözəlova Şəhanə Hüsaməddin qızı və Gözəlova Nuranə Hüsaməddin qızına Qəbələ rayonu, Böyük Əmilli kəndi ərazisində 0,17 ha torpaq sahəsi verilmiş və bu barədə onlara JN-120A, KOD 40604028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Eyni zamanda Qəbələ Rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 19 saylı qərarı ilə ona və digər ailə üzvləri Gözəlova Raziyə İsməddin qızı, Gözəlov Bayram Hüsaməddin oğlu, Gözəlova Şəhanə Hüsaməddin qızı və Gözəlova Nuranə Hüsaməddin qızına Qəbələ rayonu Böyük Əmilli kəndi ərazisində 2,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə JN-125, KOD 40604028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Qeyd olunan hər iki torpaq sənədində onun ata adı səhvən “Xasməmməd” kimi qeyd edilmişdir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X5 ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq xx xxxx 2020-ci il tarixli, **********16 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-120A (Kod:40604028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 19 nömrəli qərarına əsasən Ərizəçi Xasməmməd oğlu, Gözəlova Raziyə İsməddin qızı, Gözəlov Bayram Hüsaməddin oğlu, Gözəlova Şəhanə Hüsaməddin qızı və Gözəlova Nuranə Hüsaməddin qızının ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 0,17 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-125 (Kod: 40604028) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 19 nömrəli qərarına əsasən Ərizəçi Xasməmməd, Gözəlova Raziyə İsməddin qızı, Gözəlov Bayram Hüsaməddin oğlu, Gözəlova Şəhanə Hüsaməddin qızı və Gözəlova Nuranə Hüsaməddin qızının ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 2,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxx 1983-cü il tarixli, İİİ-ЖГ seriyalı, 267360 nömrəli «nikah haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X1 xx xxxxx 1983-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 8 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Gözəlov, arvada Gözəlova soyadı verilmişdir. İş materiallarında olan xx xxxxxx 1984-cü il tarixli, X-ЖГ seriyalı, 327259 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gözəlov Bayram Hüsaməddin oğlu xx xxxx 1984-cü ildə Qutqaşen rayonu Böyük Əmilli doğulmuşdur. Atası Ərizəçi, anası Gözəlova Raziyə İsməddin qızıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********16 nömrəli məktubundan görünür ki, JN-120A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-125 nömrəli nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Böyük Əmilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 300 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Böyük Əmilli kəndində yaşayır. İşdə olan Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə Qəbələ rayonu Xırxatala kəndində doğulmuş, Qəbələ rayonu Xırxatala kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 19 saylı qərarlarına əsasən Ərizəçi Xasməmməd, Gözəlova Raziyə İsməddin qızı, Gözəlov Bayram Hüsaməddin oğlu, Gözəlova Şəhanə Hüsaməddin qızı və Gözəlova Nuranə Hüsaməddin qızının birgə mülkiyyətlərinə verilmiş JN-120A nömrəli (kod:40604028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-125 nömrəli (kod:40604028) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi ata adı səhvən “Xasməmməd” kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında və şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 19 saylı qərarına əsasən Ərizəçi Xasməmməd oğlu, Gözəlova Raziyə İsməddin qızı, Gözəlov Bayram Hüsaməddin oğlu, Gözəlova Şəhanə Hüsaməddin qızı və Gözəlova Nuranə Hüsaməddin qızının birgə mülkiyyətlərinə verilmiş JN-120A nömrəli (kod:40604028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin, JN- 125 nömrəli (kod:40604028) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının digər payçılarda birlikdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-848/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-848/2020
28.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver