Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-86/2024 18.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçıın cavabdeh Qəbələ regional Cavabdehndə Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu müddəti və vərəsələr üzrə miras payının müəyyən edilməsi mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ regional Cavabdehndə Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı cavabdeh Qəbələ regional Cavabdehndə Notariat ofisinə qarşı “miras qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0.12 hektar torpaq sahəsi ilə bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı ilə JN-402F KOD 40604018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Qəbələ rayonu, Hacıalılı kəndində 0.12 hektar torpaq sahəsi X2nın mülkiyyətində olmuşdur. X8 13 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra miras əmlaka faktiki olaraq sahiblik etməyə başlamışdır, əməli idarəçiliyə qəbul etmişdir və mirası faktiki olaraq qəbul etmişdir. X1 miras qalmış torpaq sahəsinə dair vərəsəlik işi açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Qəbələ regional Azan Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmişdir, ona verilmiş cavabda mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətin ötürülməsinə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi göstərilmişdir. O X8 vəfat etdikdən sonra miras əmlaka sahiblik etməyə başlamışdır və mirası faktiki olaraq qəbul etmişdir. Lakin hüquqlarını bilmədiyindən vaxtında notariat kantoruna müraciət etməmişdir və bu müddət üzürlü səbəbdən ötmüşdür. Bu əsasla da məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir.. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qəbələ regional Cavabdehndə Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixdə məktub göndərərək mülki işə onların nümayəndəsinin iştrakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Plenumunun Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhər Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 16 noyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 091847 nömrəli “ölüm haqqında şəhadətnamə”nin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan Qəbələ rayon Hacallı kənd İ.Ə.N-yi tərəfindən 18 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İV №601954 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxxx 1962-ci il tarixdə Qəbələ rayonu, Ovcullu kəndində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 104 nömrə ilə qeyd aparılmışdır. X2, atası X11r. İşdə olan Bakı nikah evi tə tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş AZ-T № 038477 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 sentyabr 1981-ci il tarixdə X10 ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4255 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılov soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı 15 aprel 2005-ci il tarixdən Bakı şəhəri Müşfiqabad qəsəbəsi ev 5B, mənzil 77-də qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X16 Xidmət Mərkəzi Notariat ofisi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli 1905 nömrəli məktubdan görünür ki, İddiaçı X2ndan miras qalmış əmlakı qəbul etmək üçün nəzərdə tutulmuş müddəti buraxdığı üçün notariat ofisinə ünvanladığı ərizəsinin təmin ediməsi mümkün deyil, buna görə də məhkəməyə müraciət etmək hüququ ona tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinin X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli 159 saylı arayışdan görünür ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra qızı İddiaçı vərəsəsi olaraq qalmışdır. İşdə olan Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı ilə JN-402F KOD 40604018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Qəbələ rayonu, Hacallı kəndində 0.12 hektar torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı ilə JN-402F KOD 40604018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Qəbələ rayonu, Hacıalılı kəndində 0.12 hektar torpaq sahəsi iddiaçının X2nın mülkiyyətinə verilmişdir. X8 xx.xx.1958-ci il tarixdə X13 ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.1962-ci il tarixdə X10 anadan olmuşdur. X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Miras qoyan X5 ölümündən sonra onun yeganə vərəsəsi, yəni hazırki iş üzrə İddiaçı qalmışdır. İddiaçı X2ndan miras qalmış əmlakı qəbul etmək üçün xx.xx.2022-ci il tarixdə X16 Xidmət Mərkəzi Notariat ofisinə müraciət etmiş, müddəti buraxdığı üçün imtina edilmiş, məhkəməyə müraciət etmək hüququ ona tövsiyyə olunmuşdur. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərsə də, heç kəs miras qalmış torpağa münasibətdə bu faktı mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, miras açıldığı andan vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağrılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hər bir şəxsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzürlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin, Mülki Məcəllənin 1248.1ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında düzünə göstəriş yoxdur. Məhkəmənin qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Digər tərəfdən isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Plenumunun Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş anası – X4 miras qalmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən (Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə torpağın mülkiyyət hüququna dair JN-402F saylı şəhadətnamə ilə verilmiş) 0.12 ha torpaq sahəsinə dair mirasın qəbul edilməsi vaxtı (müddəti) uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş anası – X4 miras qalmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən (Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə torpağın mülkiyyət hüququna dair JN-402F saylı şəhadətnamə ilə verilmiş) 0.12 ha torpaq sahəsinə dair mirasın qəbul edilməsi vaxtı (müddəti) uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-86/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-86/2024
18.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver