Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-861/2020 25.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon X3 xx xxx 1998-ci il tarixli 09 saylı qərarı ilə JN-0007 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN-007F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin digər payçılarla birlikdə mərhum X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon X3 xx xxx 1998-ci il tarixli 09 saylı qərarına əsasən onlara ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında mülkiyyətlərinə 1,52 ha kənd təsərrüfatı təyinatlı və 0,67 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ailə üzvləri o, mərhum əri X10, X8, X7, Eyvazova Könül Qüdrət qızı və X2r. Ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair JN-0007 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı və JN-007F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də təqdim edilmişdir. Həmçinin JN-0007 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı və JN-007F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum ərinin ata adı Eyvaz kimi qeyd olunmuşdur. Lakin ölüm şəhadətnaməsində və doğum haqqında şəhadətnamədə ata adı İbad kimi qeyd olunmuşdur ki, bu da ona müəyyən problemlər yaratmışdır. Bu səbəbdən paylarının bölünərək hər birinin adına “Çıxarış” alınması və paylarının üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsi mümkünsüz olmuşdur. Hər iki sənəddə ata adı kimi göstərilən Eyvaz adı mərhum ərinin soyadı olmuşdur, yəni torpaq sənədlərində X4 adına verilən torpaq sahəsi həqiqətən X6 aiddir. Sözügedən sənədlər hüquqmüəyyənedici sənədlərdir və bu baxımdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədə aydınlıq gətirilməsi zəruridir. Bununla əlaqədar olaraq adlarına “Çıxarış” almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X13 müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11 “Çıxarış” verməkdən imtina etmiş və xx xxxx 2020-ci il tarixli **********86 saylı məktubla bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-007F (Kod:40613038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X9, Ərizəçi, X8, X7, Eyvazova Könül Qüdrət qızı və X1 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu İmamlı kəndində 0,67 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0007 (Kod: 40613038) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X9, Ərizəçi, X8, X7, Eyvazova Könül Qüdrət qızı və X1 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Savalan kəndində 1,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı, 059399 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 02 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 140 №li «Nikah haqqında» çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 ilə Mursalıyeva Zənfirə Məmmədsöyün qızının xx xxxxxx 1966-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 13 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Eyvazov, arvada Eyvazova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********86 nömrəli məktubundan görünür ki, JN-007F nömrəli (kod:40613038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-007 nömrəli (kod:40613038) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın İmamlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 34 nömrəli arayışdan görünür ki, Ərizəçi əri X10 vəfat etdiyi xx xxxxxx 2004-cü il tarixədək Qəbələ rayonu İmamlı kəndində yaşamışdır. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə Qəbələ rayonu İmamlı kəndində doğulmuş, Qəbələ rayonu İmamlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli, 09 saylı qərarına əsasən X9, Ərizəçi, X8, X7, Eyvazova Könül Qüdrət qızı və X1 birgə mülkiyyətlərinə verilmiş JN-007F nömrəli (kod:40613038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-007 nömrəli (kod:40613038) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi mərhum əri X5 ata adı səhvən “Eyvaz” kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında və şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 15may 1998-ci il tarixli, 09 saylı qərarına əsasən X9, Ərizəçi, X8, X7, Eyvazova Könül Qüdrət qızı və X1 birgə mülkiyyətlərinə verilmiş JN-007F nömrəli (kod:40613038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin, JN-007 nömrəli (kod:40613038) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının digər payçılarda birlikdə mərhum X6 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-861/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-861/2020
25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver