Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-863/2020 04.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçi (anası) Ərizəçi, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs X12 və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakları ilə Ərizəçi maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ MRX-nın polikilinika şöbəsində “orta dərəcəli əqli gerilik. Nitq qüsuru” diaqnozu ilə psixiatrik kabinetində qeydiyyatda olan X3nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qəbələ rayon Mıxlıqovaq kənd sakini X12 onun doğma oğludur və o, xx xxxx 2000-ci il tarixdə Mıxlıqovaq kəndində anadan olmuşdur. Oğlunun bütün ehtiyaclarını o qarşılayır. Lakin o, psixi qüsuruna (xəstəliyinə) görə hüquqlarını həyata keçirmək qabiliyyətini tamamilə itirmişdir. O, əlil olduğuna görə pensiya almışdır. Lakin, 18 yaşı tamam olduqdan sonra pensiyası kəsilmişdir. Bununla əlaqədar olaraq o, Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X15 Qəbələ rayon şöbəsinə müraciət etmişdir. Oradan ona xx xxxxxx 2019-cu il tarixli, **********0 saylı məktubla cavab verilmişdir ki, oğlunun əmək pensiyası almaq hüququ yarandığından ona əliliyə görə sosial müavinət ödənişi dayandırılmışdır. X3 işləmək qabiliyyətində deyil. Çünki, ruhi xəstədir və bu səbəbdən ona mütləq qaydada qəyyum lazımdır. Ona görə də ona qəyyum və ya himayəçi təyin edilmədən onun hüquqlarını həyata keçirmək mümkün deyildir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Çünki oğlunun ondan başqa etibar edə biləcəyi yaxın adamı yoxdur. Qəbələ rayon Mərkəzi xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 224 saylı məktubu ilə təsdiq olunmuşdur ki, X3 “Orta dərəcəli əqli gerilik, Nitq qüsuru ilə” diaqnozu ilə Qəbələ RMX RMŞ-nin poliklinaka şöbəsinin psixiatrik kabinetində qeydiyyatdadır. O, X4 doğma anasıdır və bu səbəbdən onun fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair məhkəməyə müraciət etmək hüququ vardır. Həmçinin indiyə qədər oğlunun bütün maddi və digər təminatlarını da o qarşılamışdır. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qəbələ rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, İ-AZ seriyalı, 198220 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12xx.xx.2000-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2000-ci ildə 159 № ilə qeyd edilmişdir. X1, anası Ərizəçidır. İş materiallarında olan 6 saylı X8 4544 nömrəli xəstəlik tarixindən çıxarışından məlum olur ki, X12 "anadangəlmə bipotireoz. Ensefalopatiya, psixi, fiziki inkişafın ləngiməsi ilə. Xayalıq-qasrq yırtığı iki tərəfli" diaqnozu ilə xx.xx.2011-cİ il tarixdən xx.xx.2011-ci il tarixədək müalicədə olmuşdur. İş materiallarında olan akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xəstəxanadan çıxanın statistik kartından məlum olur ki, X12 “Anadangəlmə hipotireoz, Ensefalopatiya, psixi, fiziki inkişafın ləngiməsi ilə. Xayalıq-qasıq yırtığı iki tərəfli1’ diaqnozu ilə həmin xəstəxananın məsləhət poliklinikasında müalicə olunmuşdur. İş materiallarında olan “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 224 nömrəli arayışdan görünür ki, X2 Rayon Mərkəzi Xəstəxanası PHŞ-i Konsultativ Poliklinika şöbəsində Psixiatrik kabinetdə “Orta dərəcəli əqli gerilik. Nitq qüsuru ilə” diaqnozuyla qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X15 Qəbələ rayon şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********0 nömrəli məktubdan görünür ki, X4 xx.xx.2019-cu il tarixdən əmək pensiyası almaq hüququ yarandığından, ona əlilliyə görə sosial müavinət ödənişi dayandırılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-863/2020 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X12 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X4 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin xx.xx.2020-ci il tarixli, 2003 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur. Yoxlanılan şəxs X12 xx.xx.2000-ci ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olmuşdur. İrsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb. Körpəlikdən psixi və fiziki inkişafda geri qalıb. Anadangəlmə bipotireoz qeyd olunub, Mülki işdə olan 6 saylı X8 4544 nömrəli xəstəlik tarixindən çıxarışından məlum olur ki, X12 "anadangəlmə bipotireoz. Ensefalopatiya, psixi, fiziki inkişafın ləngiməsi ilə. Xayalıq-qasrq yırtığı iki tərəfli" diaqnozu ilə xx.xx.2011-cİ il tarixdən xx.xx.2011-ci il tarixədək müalicədə olmuşdur. Mülki işdə olan akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xəstəxanadan çıxanın statistik kartından məlum olur ki, X12 “Anadangəlmə hipotireoz, Ensefalopatiya, psixi, fiziki inkişafın ləngiməsi ilə. Xayalıq-qasıq yırtığı iki tərəfli1’ diaqnozu ilə həmin xəstəxananın məsləhət poliklinikasında müalicə olunur. Mülki işdə olan Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 224 nömrəli arayışında göstərilir ki, X12 “Orta dərəcəli əqli gerilik nitq qüsuru ilə” diaqnozu İlə həmin xəstəxananın konsultativ poliklinika şöbəsində psixiatrik kabinetdə qeydiyyatdadır. Yoxlanılan şəxs əqli geriliklə əlaqədar orta təhsil almayıb. Yardımçı məktəb proqramı üzrə bir neçə il təhsil alsa da, elementar biliklərə yiyələnə bilməyib.Ambulator məhkəmə-psixiatrik ekspertizasının təyini haqqındakı qərardan məlum olur ki, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni tədqiq edərək, iş materiallarım araşdıraraq hesab edir ki, mülki işin obyektiv, ədalətli həlli üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi zəruridir. Yoxlanılan şəxsin obyektiv müayinəsi. Yoxlanılan şəxsin obyektiv müayinəsi onun vəziyyətinin somatik, nevroloji və psixi cəhətdən qiymətləndirilməsindən ibarətdir. Şikayətləri: Səhhətindən şikayət təqdim edə bilmir. Somatik vəziyyəti: Daxili orqanlar tərəfindən hipotireoza xas olan əlamətlər aşkar edilir. Nevroloji status: Bəbəklərin işığa, reaksiyası normaldır, Mərkəzi sinir sistemi tərəfindən kobud üzvi əlamətlər qeyd edilir. Psixi status: Zahirən passivdir. Bələdliyi özünə görə saxlanılıb, Zamana və məkana görə bələdliyi tam deyil. Ünsiyyətə çox çətin daxil olur. Nitqi çətin anlaşılandır. Müraciətlərə zəif reaksiya verir. Sualların əksəriyyətini başa düşmür. Söz ehtiyatı kasaddır. Diqqətini cəmləşdirə bilmir. Təfəkkürü konkretdir. Abstrakt!aşdırma və ümumiləşdirmə-ayırma funksiyaları inkişaf etməmişdir. Davranışı şəraitə qeyri-adekvatdır. Yaddaş və intellekt funksiyaları aşağıdır. Bilik ehtiyatı kasaddır. Sadə hesablama əməliyyatlarını yerinə yetirə bilmir. Saymaq təklif olunduqda tanıdığı rəqəmləriqeyri-ardıcıl sadalamağa başlayır. Maraq dairəsi məhduddur. Keçirilən ekspertizanın məqsədini dərk etmir, öz vəziyyətinə qarşı tənqidi yoxdur. Beləliklə, X6 AĞİR KƏMAĞİLLLİQ (İMBESİLLİK DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından endokrin patologiya (hipotireoz) qeyd olunması, bununlaəlaqədar psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta təhsil ala bilməməsi, yardımçı məkfəb proqramı üzrə təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, 8 saylı X9 stasionar müalicə alması akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Qəbələ MRX-də ambulator müşahidədə olması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyriadekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Buna görə də X12 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin xx.xx.2020-ci il tarixli, 2003 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X4 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2000-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2000-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-863/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-863/2020
04.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver