Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-867/2020 15.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, Ərizəçi4 və Ərizəçi4 vəkili X1 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-324 saylı dövlət aktı üzrə, torpağın mülkiyyətə verilməsinə dair JN-324G saylı və torpağın mülkiyyətə verilməsinə dair JN-324F saylı şəhadətnamə üzrə X9, Ərizəçi2 Arşavirovna, X8, X7 və X3 adına verilmiş torpaq sənədlərinin onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon X6 xx xxxxxx 1999-cu il tarixli, 03 saylı qərarına əsasən onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 paylı mülkiyyət hüququ əsasında mülkiyyətlərinə pay torpağı və həyət torpağı verilmişdir. Onlara ailə üzvləri ilə birlikdə verilmiş torpaq sahəsinə dair JN-324 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı, JN-324G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-324F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də verilmişdir. Həmçinin həm JN-324 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında, həm də JN-324G saylı torpağın mülkiyyətə verilməsinə dair və JN-324F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə soyadları, ata adları və Ərizəçi5 həm də adı şəxsiyyət vəsiqəsində qeyd edilən soyadı, krestinanın adı və ata adları ilə düz gəlmir. Belə ki, yuxarıda qeyd edilən torpaq sənədlərində Ərizəçi1 inisialları X9, Ərizəçi2 ata adı Arşavirovna, Ərizəçi4 soyadı Koçaryan, ata adı Razmikovna, Ərizəçi3 soyadı Koçaryan, ata adı Razmikovna və Ərizəçi5 soyadı Koçaryan, adı Kristina isə Razmikovna kimi qeyd edilmişdir. Hər üç sənəddə verilən torpaq sahəsi paylı mülkiyyətdir və payçıların hər birinin mülkiyyətlərinin ayrılıb onların özünə verilməsi və sonra adlarına “Çıxarış” almasında müəyyən problemlər yaranacaqdır. Çünki, onların soyadı, ata adı və adları ilə torpaq sənədində göstərilən soyad, ata adı və adlarda müxtəliflik vardır. Həmçinin payçılarda Ərizəçi3 ərə getmiş və o, ərinin soyadını – Şabanova soyadını qəbul etmişdir. Bu səbəbdən şəxsiyyət vəsiqəsində soyadı Şabanova kimi qeyd edilmişdir. Adlarına çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11 müraciət etmişlər. Lakin oradan onlara xx xxxx 2020-ci il tarixli. **********78 saylı məktubla cavab verilmişdir ki, məhkəməyə müraciət edilməlidir. Bu səbəbdən məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Lakin torpaq sənədlərində göstərilən soyadları ata adı və adları müvafiq qaydada onlara məxsusdur. Adları göstərilən sənədlər hüquqmüəyyənedici sənədlərdir və bu səbəbdən həmin sənədlər mühüm əhəmiyyətə malikdir. Ona görə də həmin sənədlərə aydınlıq gətirilməsi zəruridir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Ərizəçi4 vəkili X2 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri, ərizəçinin vəkilini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-324G (Kod: 40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X9, Ərizəçi2 Arşavirovna, X8, X7 və X3 birgə mülkiyyətinə JN-324G (Kod: 40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qəbələ rayonu Nic kəndində 0,45 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-324F (Kod: 40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X9, Ərizəçi2 Arşavirovna, X8, X7 və X3 birgə mülkiyyətinə JN-324G (Kod: 40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qəbələ rayonu Nic kəndində 0,55 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-324 (Kod: 40600068) nömrəli «Torpağ mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X9, Ərizəçi2 Arşavirovna, X8, X7 və X3 birgə mülkiyyətinə JN- 324 (Kod: 40600068) nömrəli «Torpağa mülkiyyət hüquqna dair» dövlət aktı ilə Qəbələ rayonu Nic kəndində 4,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx xxxxxx 1995-ci il tarixli, XİX-JQ seriyalı, 364717 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxxxx 1980-ci ildə Qəbələ rayonu Nic kəndində doğulmuşdur. İş materiallarında olan xx xxxxxx 1995-ci il tarixli, XİX-JQ seriyalı, 364720 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1939-cu ildə Qəbələ rayonu Nic kəndində doğulmuşdur. İş materiallarında olan xx xxxxxx 1995-ci il tarixli, XİX-JQ seriyalı, 364719 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi5 xx xxxxxx 1987-ci ildə Qəbələ rayonu Nic kəndində doğulmuşdur. İş materiallarında olan xx xxxxx 1960-ci il tarixli, İ-İE seriyalı, 988929 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx xxx 1955-ci ildə Qutqaşen rayonu Nic kəndində doğulmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, AZ-T seriyalı, 123306 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi4 Razmikovna xx xxx 1982-ci ildə Qəbələ rayonu Nİc kəndində doğulmuşdur. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli «nikah haqqında» çıxarışdan görünür ki, X13 ilə X4 xx xxx 2003-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 06 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şabanov, arvada Şabanova soyadı verilmişdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********78 nömrəli məktubundan görünür ki, JN-324F, JN- 324G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-324 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X9, Ərizəçi2 Arşavirovna, X8, X7 və X3 birgə mülkiyyətlərinə verilmiş JN-324G nömrəli (kod:40600068) və JN-324F nömrəli (kod:40600068) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə, JN-324 nömrəli (kod:40600068) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 soyadı səhvən «Koçaryan», ata adı «Levonoviç», Ərizəçi2 ata adı səhvən «Arşavirovna», Ərizəçi3 soyadı səhvən «Koçaryan», ata adı səhvən «Razmikovna», Ərizəçi5 soyadı səhvən «Koçaryan», adı səhvən «Kristina», ata adı səhvən «Razmikovna», Ərizəçi4 soyadı səhvən «Koçaryan», ata adı səhvən «Razmikovna» kimi qeyd olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Ərizəçi3 nikaha daxil olduqdan sonra «Şabanova» soyadını qəbul etmişdir. Qeyd olunan dövlət aktında və şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X9, Ərizəçi2 Arşavirovna, X8, X7 və X3 birgə mülkiyyətlərinə verilmiş JN-324G nömrəli (kod:40600068) və JN- 324F nömrəli (kod:40600068) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin, JN-324 nömrəli (kod:40600068) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-867/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-867/2020
15.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver