Məhkəmə qərarları › İş №2(025)-868/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-868/2020

08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-868/2020 08.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X7, X4, X5, X3 birgə mülkiyyətinə verilmiş JN – 527F nömrəli (kod:40800038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin onlara aid hissədə onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edib göstərdilər ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə verilmiş JN-527F saylı, kodu 40800038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin adlarının siyahısında 3-cü sırada texniki səhv olaraq ad və soyad Dadaşov Ümüdvar, 4-cü sırada isə soyad texniki səhv olaraq “Dadaşov” kimi qeyd edilmişdir. Ailə üzvlərinin mülkiyyətində olan 0,34 ha torpaq sahəsindən paylarının müəyyən edilməsi və hər bir payçının adına rəsmiləşdirmə aparmaq istəyərkən müəyyən edilmişdir ki, hüquq sahiblərinin adlarının siyahısında 3-cü sırada texniki səhv olaraq ad və soyad Dadaşov Ümüdvar, 4-cü sırada isə soyad texniki səhv olaraq “Dadaşov” kimi qeyd edilmişdir. Yəni, JN-527F saylı, kodu 40800038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin adlarının siyahısında 3-cü sırada Ərizəçi1 münasibətdə soyad və ad Ərizəçi1 əvəzində texniki səhv olaraq X1 qeyd edilmişdir. 4-cü sırada isə Ərizəçi2 münasibətdə soyadı Ərizəçi2 əvəzində texniki səhv olaraq X2 qeyd edilmişdir. Onların həqiqi soyadları, adları və ata adları Ərizəçi1 və Ərizəçi2 kimidir. 29.031983-cü il tarixdə İX- ЖГ № 324408 nömrə ilə Bum kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə adı Ərizəçi1 kimi qeyd edilmişdir. xx.xx.1984-cü il tarixdə X-ЖГ № 327597 nömrə ilə Bum kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə adı Ərizəçi2 kimi qeyd edilmişdir. Onlara məxsus AZE № ******** və AA******* saylı şəxsiyyət vəsiqələrində soyadları və adları Ərizəçi1 və Ərizəçi2 kimi göstərilməklə düzgün qeyd edilmişdir. JN-527F saylı, kodu 40800038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən texniki səhvlər məhkəmə qaydasında düzəliş edilərək həmin şəhadətnamədə hüquq sahiblərinin adlarının siyahısında 3-cü sırada qeyd edilmiş X5 adının Ərizəçi1, 4-cü sırada qeyd olunmuş X8 adının Ərizəçi2 məxsus olması müəyyən olunmalıdır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-527F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X7, X4, X5 və X3 birgə mülkiyyətinə JN-527F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,34 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qutqaşen rayonu Bum kənd soveti tərəfindən verilmiş xx xxxx 1983-cü il tarixli, İX-ЖГ seriyalı, 324408 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1982-ci ildə Qutqaşen rayonu Bum kəndində doğulmuşdur. İş materiallarında olan Qutqaşen rayonu Bum kənd soveti tərəfindən verilmiş xx xxxxxxxx 1984-cü il tarixli, X-ЖГ seriyalı, 327597 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1982-ci ildə Qutqaşen rayonu Bum kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********24 nömrəli məktubundan görünür ki, JN-527F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Bum qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 867 nömrəli arayışdan görünür ki, Ərizəçi2 Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Bum qəsəbəsində yaşayır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Bum qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 866 nömrəli arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Bum qəsəbəsində yaşayır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1982-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində doğulmuş, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi2 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, onun adı, soyadı və ata adı Ərizəçi2 kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X7, X4, X5 və X3 birgə mülkiyyətinə 0,34 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN-527F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 soyadı səhvən «Dadaşov», adı səhvən «Ümüdvar», Ərizəçi2 soyadı səhvən «Dadaşov» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına X7, X4, X5 və X3 birgə mülkiyyətinə verilmiş JN-527F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair»şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 aid hissədə Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar