Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-885/2021 23.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. 01.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********00736 olan Xiaomi Redmi 8 markalı telefon, Hoffmann LED TV, Mikrodalğalı soba Panasonic, Soyuducu Samsung, Tikiş maşını Toyota, Fen Philips, Şirəçəkən Braun üçün 2340 (iki min üç yüz qırx) manat ödənilməmiş hissə, 708 (yeddi yüz səkkiz) manat dəbbə. 2. 01.03.2020-ci il tarixli müqavilə üzrə Mitsubishi kondisioner üçün ümumilikdə, 1560 (min beş yüz altmış) manat olmaqla ondan, 1200 (min iki yüz) manat ödənilməmiş hissə, 360 (üç yüz altmış) manat dəbbə. 3. 03.03.2020-ci il tarixli müqavilə üzrə Soyuducu Samsung üçün 1190.4 (min yüz doxsan, qırx qəp) manat ödənilməmiş hissə, 356 (üç yüz əlli altı) manat dəbbə. 4. Ümumilikdə 6154.4 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 01.03.2020-ci il və 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********00736 olan Xiaomi Redmi 8 markalı telefon, Hoffmann LED TV, Mikrodalğalı soba Panasonic, Soyuducu Samsung, Tikiş maşını Toyota, Fen Philips, Şirəçəkən Braun, Mitsubishi kondisioner, Soyuducu Samsung almış və nəticədə 6154.4 (altı min yüz əlli dörd, qırx qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3540 (üç min beş yüz qırx) manat (12 ay x 295 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********00736 olan Xiaomi Redmi 8 markalı telefon, Hoffmann LED TV, Mikrodalğalı soba Panasonic, Soyuducu Samsung, Tikiş maşını Toyota, Fen Philips, Şirəçəkən Braun üçün ümumilikdə, 3048 (üç min qırx səkkiz) manat olmaqla ondan, 2340 (iki min üç yüz qırx) manat ödənilməmiş hissə, 708 (yeddi yüz səkkiz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1200 (min iki yüz) manat (12 ay x 100 manat + 0 manat ilkin ödəniş) Mitsubishi kondisioner üçün ümumilikdə, 1560 (min beş yüz altmış) manat olmaqla ondan, 1200 (min iki yüz) manat ödənilməmiş hissə, 360 (üç yüz altmış) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1190.4 (min yüz doxsan, qırx qəp) manat (12 ay x 99.2 manat + 0 manat ilkin ödəniş) Soyuducu Samsung üçün ümumilikdə, 1546.4 (min beş yüz qırx altı, qırx qəp) manat olmaqla ondan, 1190.4 (min yüz doxsan, qırx qəp) manat ödənilməmiş hissə, 356 (üç yüz əlli altı) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1200 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən dənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Cavabdeh 01.03.2020-ci il və 03.03.2020-ci il tarixlərdə “xxxx” MMC-dən aldığı avadanlıqların dəyərini tam şəkildə ödəyə bilməmişdir. Buna səbəb isə pandemiya dövründə onların maddi vəziyyətinin pisləşməsi olmuşdur. müqavilələr üzrə qalıq borcu Cavabdeh yalnız hissə-hissə ödəyə bilər. Odur ki iddia tələbinin qismən təmin olunması barədə qəətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 01.03.2020ci il tarixli 20137344 №-li müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən ümumi qiyməti 4500.4 manat dəyərində olan İMEİ Kodu **********00736 olan Xiaomi Redmi 8 markalı telefon, Hoffmann LED TV, Mikrodalğalı soba Panasonic, Soyuducu Samsung, Tikiş maşını Toyota, Fen Philips, Şirəçəkən Braun almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01.03.2020-ci il tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 295 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 01.03.2020-ci il tarixli 20137498 №-li müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən ümumi qiyməti 1200 manat dəyərində olan Mitsubishi kondisioner almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01.03.2020-ci il tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 100 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli 20142170 №-li müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən ümumi qiyməti 1190.4 manat dəyərində olan Soyuducu Samsung almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03.03.2020-ci il tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 99.2 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Maliyyə və ödəniş cədvəlin”dən görünür ki, Cavabdeh ödənişləri gecikdərməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 01.03.2020-ci il tarixli 20137344 saylı müqavilə üzrə 2340 manat ödənilməmiş hissə, 708 manat dəbbə; 01.03.2020-ci il tarixli 20137498 saylı müqavilə üzrə 1200 manat ödənilməmiş hissə, 360 manat dəbbə; 03.03.2020-ci il tarixli 20142170 saylı müqavilə üzrə 1190.4 manat ödənilməmiş hissə, 356 manat dəbbə hesablanmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən borclu Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, borcunun tam olaraq qısa bir zamanda ödəməyi təklif etmişlər, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehdən “xxxx” MMC-nin xeyrinə 01.03.2020-ci il tarixli 20137344 №-li müqavilə üzrə 2340 manat, 01.03.2020-ci il tarixli 20137498 №-li müqavilə üzrə 1200 manat, 03.03.2020-ci il tarixli 20142170 saylı müqavilə üzrə 1190.4 manat, ödənilməmiş əsas borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 01.03.2020-ci il tarixli 20137344 saylı müqavilə üzrə 708 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 150 manata endirilməli, 01.03.2020-ci il tarixli 20137498 №-li müqavilə üzrə 360 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 manata endirilməli, 03.03.2020-ci il tarixli 20142170 saylı müqavilə üzrə 356 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 30 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01.03.2020-ci il tarixli 20137344 saylı müqavilə üzrə 2340 manat əsas borc, 150 manat cərimə borcu olmaqla, cəmi 2490 manat borc; 01.03.2020-ci il tarixli 20137498 saylı müqavilə üzrə 1200 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1250 manat borc; 03.03.2020-ci il tarixli 20142170 saylı müqavilə üzrə 1190 manat 40 qəpik əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 1220 manat 40 qəpik borc olmaqla ümumilikdə 4960.4 (dörd min doqquz yüz altmış manat qırx qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01.03.2020-ci il tarixli 20137344 saylı müqavilə üzrə 2340 manat əsas borc, 150 manat cərimə borcu olmaqla, cəmi 2490 manat borc; 01.03.2020-ci il tarixli 20137498 saylı müqavilə üzrə 1200 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1250 manat borc; 03.03.2020-ci il tarixli 20142170 saylı müqavilə üzrə 1190 manat 40 qəpik əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 1220 manat 40 qəpik borc olmaqla ümumilikdə 4960.4 (dörd min doqquz yüz altmış manat qırx qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-885/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-885/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver