Məhkəmə qərarları › İş №2(025)-886/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-886/2020

15.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-886/2020 15.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi və digər ərizəçinin nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu X7 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarına əsasən, X5, X1, Ərizəçi2 Fəxriyyə qızı və X2 adına verilmiş JN-470A nömrəli 40600048 kodlu və JN-470F nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrin onlara aid hissədə, yəni Ərizəçi1 və X3 məxsus olması və Qəbələ rayonu X7 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarına əsasən, X5, X1, Ərizəçi2 Fəxriyyə qızı və X2 adına verilmiş JN-830 nömrəli 40600048 kodlu Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının ona aid hissədə, yəni Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi və digər ərizəçinin nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu X7 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə, ona və ailə üzvülərinin mülkiyyətinə JN-470A nömrəli 40600048 kodlu və JN-470F nömrəli 40600048 kodlu Şəhadətnamə əsasında, 0.12 ha və 0.13 ha və JN-830 nömrəli 40600048 kodlu Dövlət Aktına əsasən isə 1.05 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Dövlət Aktında səhv olaraq soyadı Feyzulılayev, Feyzullayeva Çiçəkdə ata adında Cavid və Dövlət Aktında həyat yoldaşının ata adı isə Fəxriyyə yazılmışdır. Soyadının Feyzullayev əvəzinə Feyzulılayev, X6 əvəzinə X5 və həyat yoldaşının ata adının Fəxriyar əvəzinə Fəxriyyə yazılmasının səbəbi ona aydın deyil bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Şəhadətnamədə və Dövlət Aktında səhv yazıldığına diqqət etməmişdir və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin sənədlərini hazırlayıb Çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Dövlət Aktında soyadının və həyat yoldaşının ata adının səhv yazıldığından müvafiq sənədləşdirməni aparmağı mümkün olmamışdır. Onlara məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnamədə onların ad soyad və ata adlarının necə olması yazılmışdır. Bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədlərin onlara məxsus olması müəyyən edilməlidir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-470A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X5, X1, Ərizəçi2 və X2ümumi birgə mülkiyyətinə 0,12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-470F (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X5, X1, Ərizəçi2 və X2ümumi birgə mülkiyyətinə 0,13 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-380 (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X6, Ərizəçi1, Ərizəçi2 Fəxriyyə qızı və X2ümumi birgə mülkiyyətinə 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 1968-ci il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx xxxxxxx 1968-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Feyzullayev Novruz, ana qrafasında Feyzullayeva Böyükxanım Vahab qızı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-cı il tarixdə 3528 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli İV-ЖГ № 406518 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx xxxxxxx 1976-cı il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, ata qrafasında X8, ana qrafasında X10 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixdə 135 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə inzibati ərazisi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli AZ-T № 020120 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X4 arasında xx xxxxxx 1994-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 36 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Feyzullayev, arvada Feyzullayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1976-cı il tarixdə Qəbələ şəhərində anadan olmuşdur və Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə inzibati ərazisi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli AZ-İ № 059214 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxxxx 2003-cü il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü ildə tarixdə 41 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0,12 ha və 0,13 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN- 470A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində və JN- 470F (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X1” və “X6” əvəzinə “X5” kimi səhv olaraq göstərilmişdir. Bundan başqa həmin torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 830 (Kod: 40600048) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi2” əvəzinə “Ərizəçi2 Fəxriyyə qızı” kimi səhv olaraq göstərilmişdir Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-470A (Kod:40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-470F (Kod:40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi1 və X3 aid olan hissədə, JN-830 (Kod:40600048) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar