Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-886/2021 23.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən Gorenje markalı Aspirator, BOSCH markalı Plitə, HOFFMANN markalı Mini soba üçün 1005.6 (min beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 298.4 (iki yüz doxsan səkkiz manat qırx qəpik) manat dəbbə. 2. 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Sony TV üçün 2212.2 (iki min iki yüz on iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 475.8 (dörd yüz yetmiş beş manat səksən qəpik) manat dəbbə; 3. Ümumilikdə 3992 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 07.03.2020-ci il və 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Gorenje markalı Aspirator, BOSCH markalı Plitə, HOFFMANN markalı Mini soba, Sony TV almış və nəticədə 3992 (üç min doqquz yüz doxsan iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nşticədə 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1005.6 (min beş manat altmış qəpik) manat (12 ay x 83.8 manat + 0 manat ilkin ödəniş) olan Gorenje markalı Aspirator, BOSCH markalı Plitə, HOFFMANN markalı Mini soba üçün ümumilikdə, 1304 (min üç yüz dörd) manat olmaqla ondan, 1005.6 (min beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 298.4 (iki yüz doxsan səkkiz manat qırx qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2212.2 (iki min iki yüz on iki manat iyirmi qəpik) manat (18 ay x 122.9 manat + 0 manat ilkin ödəniş) olan Sony TV üçün ümumilikdə, 2688 (iki min altı yüz səəksən səkkiz) manat olmaqla ondan, 2212.2 (iki min iki yüz on iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 475.8 (dörd yüz yetmiş beş manat səksən qəpik) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020ci il tarixli 20152517 №-li müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən ümumi qiyməti 1005.6 manat dəyərində olan Gorenje markalı Aspirator, BOSCH markalı Plitə, HOFFMANN markalı Mini soba, almış bank almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.03.2020-ci il tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 83.8 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli 20152369 №-li müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən ümumi qiyməti 2212.2 manat dəyərində olan Sony TV almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.03.2020-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 112.9 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Maliyyə və ödəniş cədvəlin”dən görünür ki, Cavabdeh ödənişləri gecikdərməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 07.03.2020-ci il tarixli 20152517 saylı müqavilə üzrə 1005.6 manat ödənilməmiş hissə, 298.4 manat dəbbə; 07.03.2020-ci il tarixli 20152369 saylı müqavilə üzrə 2212.2 manat ödənilməmiş hissə, 475.8 manat dəbbə hesablanmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən borclu Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, borcunun tam olaraq qısa bir zamanda ödəməyi təklif etmişlər, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehdən “xxxx” MMC-nin xeyrinə 07.03.2020-ci il tarixli 20152369 №-li müqavilə üzrə 2212 manat 20 qəpik, 07.03.2020-ci il tarixli 20152517 №-li müqavilə üzrə 1005 manat 60 qəpik ödənilməmiş əsas borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 07.03.2020-ci il tarixli 20152517 saylı müqavilə üzrə 298.4 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 20 manata endirilməli, 07.03.2020-ci il tarixli 20152369 №-li müqavilə üzrə 475.8 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 100 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 07.03.2020-ci il tarixli 20152517 saylı müqavilə üzrə 1005 manat 60 qəpik əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 1025 manat 60 qəpik borc; 07.03.2020-ci il tarixli 20152369 saylı müqavilə üzrə 2212 manat 20 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 2312 manat 20 qəpik borc olmaqla ümumilikdə 3337.8 (üç min üç yüz otuz yeddi manat səksən qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07.03.2020-ci il tarixli 20152517 saylı müqavilə üzrə 1005 manat 60 qəpik əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 1025 manat 60 qəpik borc; 07.03.2020-ci il tarixli 20152369 saylı müqavilə üzrə 2212 manat 20 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 2312 manat 20 qəpik borc olmaqla ümumilikdə 3337.8 (üç min üç yüz otuz yeddi manat səksən qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-886/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-886/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver