Məhkəmə qərarları › İş №2(025)-893/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-893/2020

15.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-893/2020 15.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçilər Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-262, KOD 40600018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının mərhum X7 və X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu X10 xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarı ilə valideynləri - X7 və X5 müıkiyyətinə Qəbələ rayonu, Əmirvan kəndi ərazisindən 0,95 ha torpaq sahəsi verilmiş və bu baradə onlara JN-262, KOD 40600018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Atası - X7 xx xxxx 2010-cu il tarixdə, anası - X12 xx xxxx 2011-ci ildə vəfat etmişdir. Bəhs olunan torpaq sahəsi ilə bağlı sənədləşmə işləri aparan zaman məlum olmuşdur ki, JN-262, KOD 40600018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında X1 səhvən “Yaqubov”, X2 səhvən “Yaqubova” kimi yazılmışdır. Dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, Dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmirik. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlara aidiyyatı üzrə xidmətin 9 saylı X18 ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq xx xxxx 2020-ci il tarixli, **********27 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-262 (Kod: 40600018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən, X6 və X4 mülkiyyətinə 0,95 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Əmirvan kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-İl 055366 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Qəbələ rayonu Əmirvan kəndində vəfat etmişdir və bu barədə Qəbələ rayonu Əmirvan kənd İ.Ə.N-də 03 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Qəbələ rayonu Əmirvan kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-İl 055384 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X12 xx.xx.2011-ci il tarixdə Qəbələ rayonu Əmirvan kəndində vəfat etmişdir və bu barədə Qəbələ rayonu Əmirvan kənd İ.Ə.N-də 07 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Qutqaşen rayonu Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1954-cü il tarixli ИЖ№ 024208 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1954-cü ildə Qəbələ rayonunda doğulmuşdur. Atası X7, anası X9r. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin mərhum valideynlərinin mülkiyyətinə 0,95 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-262 (Kod: 40600018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “X7” əvəzinə “X6” və “X12” əvəzinə “X11” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-262 (Kod: 40600018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının mərhum X7 və X8 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar