Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-895/2022 23.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X3 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: cərimənin silinməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçıcavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X3 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X3 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dairməhkəməyə iddia ərizəsi ilə müraciət edərək,"xxxx" ASC-nin X4 və Satışı İdarəsi vəzifəli şəxsinin 12 may 2022-ci il tarixli aktı əsasında barəmdə hesablanmış 341,91 manat cərimənin silinməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yuxarıda qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmçinin bildirirəm ki, mənə məxsus Qəbələ şəhərində ev vardır ki, həmin evdə də yaşayış yoxdur. 12 may 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları yaşayış olmayan ünvana gələrək sayğaca baxış keçirmiş və sayğacın alt qapaq möhürünün qırılaraq sayğacın giriş yuvalarının altından giriş xəttinin zədələnərək sayğacdan kənar xəttdən istifadə edildiyi üçün 167274 saylı qüsur aktı tərtib edilmiş, 3881 kVt.s əlavə sərfiyyat hesablanaraq onun hesabına işlənmişdir. Əlavə sərfiyyatın dəyəri olaraq 341,91 manat məbləğində cərimə olunmuşdur.Giriş xəttinin zədələnərək elektrik sayğacından kənar xəttdən istifadə edilməmişdir. O, ümumiyətlə həmin ünvanda yaşamır. Belə olan halda, onsuz da yaşayış olmayan evdə kənar xəttdən istifadə etməsi ağlabatan deyildir. Həmçinin istifadə edilmiş enerji dəyərinin 341,91 manat hesablanması da düzgün deyildir. Sayğacın giriş xəttinin zədələnərək elektrik sayğacından kənar xəttdən istifadə edilməsi ilə onun və ailə üzvlərinin heç bir əlaqəsi yoxdur. Düşünür ki, cavabdeh tərəfindən tərtib olunmuş akt və hesablanmış cərimə tamamilə əsassızdır və ləğv olunmalıdır. Onu da qeyd edir ki, elektrik sayğacı evdən kənarda, yolda yerləşdiyi üçün onların sayğaca nəzarət etmək imkanları yoxdur. Sayğacın evdən kənarda, yolda yerləşməsi ona nəzarəti mümkünsüz etdiyindən baş verən pozuntunun cavadeh təşkilatın bu hadisənin o və ya ailə üzvlərinin tərəfindən törədildiyini iddia etməsi tamamilə gülünc və əsassızdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə işıq paylayıcısı olan cavabdeh daşıdığından həmin sayğaca müdaxilə edilməyinə görə barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda aktdan göründüyü kimi baxış zamanı sayğacın “giriş xəttinin zədələnərək elektrik sayğacından kənar xəttdən istifadə edilməsi” də, həmin pozultunun məhz onun səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Bu səbəbdən İşıq sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində işıq sərfiyyatıma görə iddia edilən məbləğ ondan tələb edilə bilməz.Bundan əlavə qeyd edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 ünlanmış 26 aprel 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2020-ci il tarixində isə ETM-in komissiyası tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) 8.32-ci bəndinin tələbləri pozularaq sayğac sonuncu baxışın (qoşulma sxeminin yoxlanması) tarixi nəzərə alınmadan 5 A cərəyan yükünə uyğun 210 gün üçün hesabat aparılmış və 3881 kvt.st elektrik enerjisinə uyğun 341,91 manat borc enerji hesabatınıza daxil edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixindən akt tərtib edilən tarixə qədər ETM-in nümayəndələri tərəfindən 11 dəfə həmin sayğaca baxış keçirilmiş. (sonuncu baxış xx.xx.2020-ci il tarixində keçirilib) və evdə elektrik enerjisindən istifadə edilmədiyi məlum olmuşdur. Bu isə onu deməyə əsas verir ki, xx.xx.2020-ci il tarixə qədər həmin sayğacda hər hansı bir qüsur və sayğacdan kənar qoşulma halı olmamışdır. Beləliklə, aktda qeyd olunan pozuntunların tərəflərindən törədildiyi öz təsdiqini tapsaydı belə Qaydaların 8.32-ci bəndinə əsasən maksimum 10 gün nəzərə alınmaqla hesabat aparılmalı idi. Məlumat üçün bildiririk ki, Qaydaların 7.11-ci bəndinə əsasən həyətdən kənarda (çöldə) quraşdırılmış hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır.” Göründüyü kimi ona ünvanlanmış məktubda da ona düzgün cərimə hesablanmadığı qeyd edilmişdir.Həmçinin 12 may 2022-ci il tarixli 167274 saylı qüsur aktı tərtib olunarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Buna görə də aktın əsassız hesab olunması tamamilə qanunidir. Tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış 341,91 manat məbləğində cəriməni qəbul etmir. Buna görə də üzləşdiyi problemin hüquq müstəvisində həllinə nail olmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, o, uzun illərdir elektrik enerjisinin istehlakçısıdır, heç vaxt elektrik sayğacına və ya elektrik xətlərinə müdaxilə etməmişdir. İddiaya Etiraz: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 15 iyul 2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ şəhərində (alma bağı) yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********03524 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları Ş.Seyidli, V.Cəlilov, X.hacıbabayev və X.Abdullayev tərəfindən Qəbələ şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın alt qapaq möhürünü qıraraq sayğacın giriş yuvalarının altından giriş xəttini zədələməklə kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2020-ci il tarixli, R167274 saylı akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, R167274 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 210 gün üçün 0,07 manatla 2100 kvt.s (dəyəri 147,00 manat) və 0,11 manatla 1781 kvt.s (dəyəri 195,91 manat) toplamda 341,91 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçı “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci və 8.33-cü bəndinə istinad etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nən 8.32-ci və 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Qəbələ şəhərində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R167274 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, İddiaçı "xxxx" ASC və "xxxx" ASC-nin Şimal-qərb RETSİ-nə qarşı “akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçıqeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçınıvə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə edilmiş 12 may 2020-ci il tarixli, R167274 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, abonentin sayğacın alt qapaq möhürünü qıraraq sayğacın giriş yuvalarının altından giriş xəttini zədələməklə kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. İş materillarına əlavə edilmiş R167274 nömrəli akt əsasında tərtib olunmuş 15 may 2020-ci il tarixli icra vərəqindən görünür ki, sayğaca baxış zamanı abonent sayğacdan kənar xəttdən istifadə etdiyi üçün enerji sərfiyyatı göstərilən qaydada hesablanmaqla - Witr=5A x 0,22 kVx24s x 0,7 x 150 gün=2772 kVt.s, dəyəri 1500 kVt.s x 0,07 manat = 105 manat, dəyəri 1272 kVt.s x 0,11 manat = 139,92 manat, cəmi 244,92 manatmüəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X5 Filialından İddiaçı ünlanmış 26 aprel 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2020-ci il tarixində isə ETM-in komissiyası tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) 8.32-ci bəndinin tələbləri pozularaq sayğac sonuncu baxışın (qoşulma sxeminin yoxlanması) tarixi nəzərə alınmadan 5 A cərəyan yükünə uyğun 210 gün üçün hesabat aparılmış və 3881 kvt.st elektrik enerjisinə uyğun 341,91 manat borc enerji hesabatınıza daxil edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixindən akt tərtib edilən tarixə qədər ETM-in nümayəndələri tərəfindən 11 dəfə həmin sayğaca baxış keçirilmiş. (sonuncu baxış xx.xx.2020-ci il tarixində keçirilib) və evdə elektrik enerjisindən istifadə edilmədiyi məlum olmuşdur. Bu isə onu deməyə əsas verir ki, xx.xx.2020-ci il tarixə qədər həmin sayğacda hər hansı bir qüsur və sayğacdan kənar qoşulma halı olmamışdır. Beləliklə, aktda qeyd olunan pozuntunların tərəfinizdən törədildiyi öz təsdiqini tapsaydı belə Qaydaların 8.32-ci bəndinə əsasən maksimum 10 gün nəzərə alınmaqla hesabat aparılmalı idi. Məlumat üçün bildiririk ki, Qaydaların 7.11-ci bəndinə əsasən həyətdən kənarda (çöldə) quraşdırılmış hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır.” Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Qəbələ şəhərində (alma bağı) yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********03524 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları Ş.Seyidli, V.Cəlilov, X.hacıbabayev və X.Abdullayev tərəfindən Qəbələ şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın alt qapaq möhürünü qıraraq sayğacın giriş yuvalarının altından giriş xəttini zədələməklə kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2020-ci il tarixli, R167274 saylı akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, R167274 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 210 gün üçün 0,07 manatla 2100 kvt.s (dəyəri 147,00 manat) və 0,11 manatla 1781 kvt.s (dəyəri 195,91 manat) toplamda 341,91 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə belə hesab edir ki, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi məhkəmə zamanı sübuta yetirilməmiş, bununla bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə İddiaçısayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərdiyi hallar, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi etiraz ərizəsində ehtimallara əsaslanaraq iddiaçının cavabdehə maddi ziyan vurması qeyd etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu tərəflərə aid edilməli və buna görə də cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Qəbələ Rayon Məhkəməsinin hesabınaödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qə t e t d i: İddia tələbi təmin edilsin. "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 12 may 2022-ci il tarixli akt əsasında İddiaçı barəsində hesablanmış 341,91 (üç yüz qırx bir manat doxsan bir qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Qəbələ rayon məhkəməsinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-895/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-895/2022
23.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver