Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-896/2022 23.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X4, X3,X2, X1, X6 və Nümayəndə adına verilmiş, JN- 0010 saylı, kodu 40602028 olan “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktının və JN- 010 saylı kodu 40602028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi münasibətdə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-0010 saylı kodu, 40602028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-010 G saylı, kodu 40602026 olan “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında, 2-ci sırada Ərizəçi adında texniki səhv olaraq adı Zəmiylə əvəzinə “Zəminə” kimi qeyd edilmişdir. Qeyd edilən JN- 0010 saylı dövlət aktında və JN-010 G saylı şəhadətnamədə göstərilən texniki səhvlər DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə payların müəyyən edilməsi məqsədilə müraciət edərkən müəyyən edilmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunan texniki səhvin düzəldilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Mülkiyyət sənədlərindəki texniki səhvə görə əməliyyat aparılması mümkün olmamışdır. AA № ******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi adı düzgün olaraq “Zəminə” kimi yox Zəmiylə kimi qeyd edilmişdir. AA № 502868 saylı doğum şəhadətnaməsində Zəmiylə Məhəmməd qızının № 05/135 saylı nikah haqqında xx.xx.1970-ci il tarixli 02№-li akt qeydi barədə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda da Zəmiylə Məhəmməd qızının adı düzgün olaraq “Zəminə kimi yox Zəmiylə kimi” qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 010G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X4, X3, X2, X1, X6 və Nümayəndə birgə mülkiyyətinə Qəbələ rayonu Kiçik Pirəlli kəndində 0,69 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 0010 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X4, X3, X2, X1, X6 və Nümayəndə birgə mülkiyyətinə Qəbələ rayonu Kiçik Pirəlli kəndində 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 03 iyun 1947-ci il tarixli “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 05/135 №-li «Nikah haqqında» arayışdan görünür ki, X7 ilə X5 11 fevral 1970-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əzəmmədov, arvada Əzəmmədova soyadı verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Kiçik Pirəlli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli, 78 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayon Böyük Əmilli kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 04 aprel 2022-ci il tarixli **********48 nömrəli məktubundan görünür ki, JN – 010G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN – 0010 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarlarına əsasən X4, X3, X2, X1, X6 və Nümayəndə birgə mülkiyyətinə verilmiş JN – 010G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN – 0010 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi adı səhvən «Zəminə» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə və dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarlarına əsasən X4, X3, X2, X1, X6 və Nümayəndə birgə mülkiyyətinə verilmiş JN – 010G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və JN – 0010 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-896/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-896/2022
23.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver