Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-900/2020 11.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-184, KOD 40604028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının və JN-179F, KOD 40604028 saylı Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum X9 və mərhum X10 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu X19 xx xxxxxx 1997-ci il tarixli, 19 saylı qərarı ilə valideynləri – X9 və X6 mülkiyyətinə Qəbələ rayonu, Böyük Əmilli kəndi ərazisindən 0,84 ha torpaq sahəsi verilmiş və bu barədə onlara JN-184, KOD 40604028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmiş, həmçinin onlara eyni tarixli qərarla mülkiyyətinə Qəbələ rayonu, Böyük Əmilli kəndi ərazisindən 0,84 ha torpaq sahəsi verilmiş və bu barədə onlara JN-179F, KOD 40604028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Anası – X14 xx xxxxxx 2000-ci ildə, atası – X9 xx xxxx 2000-ci il tarixdə vəfat etmişdir. Bəhs olunan torpaq sahələri ilə bağlı sənədləşmə işləri aparan zaman məlum olmuşdur ki, JN- 184, KOD 40604028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında X9 əvəzinə səhvən “X11”, X3 səhvən “X15” kimi yazılmışdır. Həmçinin, JN-179F, KOD 40604028 saylı Torpağın mülkiyyətə verilməsinə dair X8 Talverdi oğlu əvəzinə səhvən “X12”, X14 əvəzinə səhvən “X16” kimi yazılmışdır. Dövlət aktını və Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, dövlət aktındakı və şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X26 ərizə ilə torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq xx xxxx 2020-ci il tarixli, **********73 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-179F (Kod:40604028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X12 və X7 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 0,36 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-184 (Kod: 40604028) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X12 və X7 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-c il tarixli, AZ-İİ seriyalı, 101041 №-li «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X14 “Beyinə qansızma” xəstəliyindən xx.xx.2000-ci il tarixdə Qəbələ rayonu Böyük Əmilli kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci ildə 03 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-c il tarixli, AZ-İİ seriyalı, 101042 №-li «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X9 “Ü.İ.X Aterosklerotik kardioskleroz” xəstəliyindən xx.xx.2000-ci il tarixdə Qəbələ rayonu Böyük Əmilli kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci ildə 55 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2000-ci il tarixli, 151 nömrəli «nikah haqqında» çıxarışdan görünür ki, X9 ilə X4 xx xxxx 1953-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Fəhradov, arvada Fəhradova soyadı verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, AZ-İV seriyalı, 404547 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü ildə Qəbələ rayonu Böyük Əmilli doğulmuşdur. Atası X9, anası X13r. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********73 nömrəli məktubundan görünür ki, JN-185 nömrəli nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 19 saylı qərarlarına əsasən X12 və X7 birgə mülkiyyətlərinə verilmiş JN-179F nömrəli (kod:40604028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN- 184 nömrəli (kod:40604028) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçinin mərhum atası X1 səhvən “Fərhadov”, ata adı səhvən “Tarverdi”, ərizəçinin mərhum anası X2 səhvən “Fərhadova”, adı səhvən “Gülnarə” kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında və şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 19 saylı qərarına əsasən X12 və X7 birgə mülkiyyətlərinə verilmiş JN-179F nömrəli (kod:40604028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin, JN-184 nömrəli (kod:40604028) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının mərhum X9 və mərhum X10 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-900/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-900/2020
11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver