Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-901/2021 30.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-i Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********41449 və **********56092 olan Nokia 105 və Huawei Y5 Lite markalı telefon, 2 ədəd X5, Dect Panasonic üçün 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə, 135 (bir yüz otuz beş) manat dəbbə; 16.03.2020-ci il tarixli müqaviləyə əsasən Kombi X1 üçün 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə; 22.03.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV üçün 674 (altı yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 191 (bir yüz doxsan bir) manat dəbbə; 19.03.2020-ci il tarixli müqaviləyə əsasən Kombi İmmergas üçün 1868 (min səkkiz yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 441 (dörd yüz qırx bir) manat dəbbə, ümumilikdə 4016 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 08.03.2020-ci il, 16.03.2020ci il, 22.03.2020-ci il və 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41449 və **********56092 olan Nokia 105 və Huawei Y5 Lite markalı telefon, 2 ədəd X5, Dect Panasonic, 2 ədəd Kombi İmmergas, Fritoz Delonghi, HOFFMANN LED TV almış və nəticədə 4016 (dörd min on altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 495,6 (dörd yüz doxsan beş manat atlmış qəpik) manat (12 ay x 41,3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********41449 və **********56092 olan Nokia 105 və Huawei Y5 Lite markalı telefon, 2 ədəd X5, Dect Panasonic üçün ümumilikdə, 604 (altı yüz dörd) manat olmaqla ondan, 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə;cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1800 (min səkkiz yüz) manat (18 ay x 100 manat + 0 manat ilkin ödəniş) Kombi İmmergas, Fritoz Delonghi üçün ümumilikdə 238 (iki yüz otuz səkkiz) manat olmaqla ondan, 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 700,8 (yeddi yüz manat səksən qəpik) manat (12 ay x 58,4 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED TV üçün ümumilikdə 865 (səkkiz yüz altmış beş) manat almaqla ondan 674 (altı yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 191 (yüz doxsan bir) manat dəbbə; avabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1895,4 (min səkkiz yüz doxsan beş manat dörd qəpik) manat (18 ay x 105,3 manat + 0 manat ilkin ödəniş) Kombi İmmergas üçün ümumilikdə 2309 (iki min üç yüz doqquz) manat olmaqla ondan 1868 (min səkkiz yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 441 (dörd yüz qırx bir) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödəddiyi məbləğ 1642,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini, imkanı olduqca borcunu ödəyəcəyini və ədalətli qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 20156041 nömrəli 08.03.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Nokia 105 dual, X4 2 il; Huawei Y5 Lite markalı telefon, X4 2 il; 2 ədəd X5; Dect Panasonic İş materiallarında olan 20156041 nömrəli 08.03.2020-ci il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 495,6 manat məbləği aylıq 41,3 manat annuitetlə 12 aya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20181100 nömrəli 16.03.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Kombi İmmergas, Fritoz Delonghi. İş materiallarında olan 20181100 nömrəli 16.03.2020-ci il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 1.800 manat məbləği aylıq 100 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20194962 nömrəli 22.03.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: HOFFMANN LED TV İş materiallarında olan 20194962 nömrəli 22.03.2020-ci il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 700,8 manat məbləği aylıq 58,4 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20187514 nömrəli 19.03.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Kombi İmmergas İş materiallarında olan 20187514 nömrəli 19.03.2020-ci il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 1895,4 manat məbləği aylıq 105,3 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış 03.10.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1995-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş Cavabdeh Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 20156041 nömrəli 08.03.2020-ci il tarixli, 20181100 nömrəli 16.03.2020-ci il tarixli, 20187514 nömrəli 19.03.2020-ci il tarixli və 20181100 nömrəli 16.03.2020-ci il tarixli müqavilənin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin 20156041 nömrəli 08.03.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 469 manat, 20181100 nömrəli 16.03.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 238 manat, 20194962 nömrəli 22.03.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 674 manat və 20187514 nömrəli 19.03.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 1868 manat təşkil edir. Bu səbəbdən məhkəmə cavabdehdən 20156041 nömrəli 08.03.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 469 manat, 20181100 nömrəli 16.03.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 238 manat, 20194962 nömrəli 22.03.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 674 manat və 20187514 nömrəli 19.03.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1868 manat tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 20156041 nömrəli 08.03.2020-ci il tarixli müqavilə üzrə 469 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 135 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 45 manata endirilməli; 20194962 nömrəli 22.03.2020-ci il tarixli müqavilə üzrə 674 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 191 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 65 manata endirilməli; 20187514 nömrəli 19.03.2020-ci il tarixli müqavilə üzrə 1868 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 441 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 180 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 08.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********41449 və **********56092 olan Nokia 105 və Huawei Y5 Lite markalı telefon, 2 ədəd X5, Dect Panasonic üçün 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat dəbbə pulu; 16.03.2020-ci il tarixli müqaviləyə əsasən kombi X1 üçün 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə; 22.03.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV üçün 674 (altı yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə pulu; 19.03.2020-ci il tarixli müqaviləyə əsasən Kombi İmmergas üçün 1868 (min səkkiz yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 180 (bir yüz səksən) manat dəbbə pulu, ümumilikdə 3539 (üç min beş yüz otuz doqquz) manat və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 08.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********41449 və **********56092 olan Nokia 105 və Huawei Y5 Lite markalı telefon, 2 ədəd X5, Dect Panasonic üçün 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat dəbbə pulu; 16.03.2020-ci il tarixli müqaviləyə əsasən kombi X1 üçün 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə; 22.03.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV üçün 674 (altı yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə pulu; 19.03.2020-ci il tarixli müqaviləyə əsasən Kombi İmmergas üçün 1868 (min səkkiz yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 180 (bir yüz səksən) manat dəbbə pulu, ümumilikdə 3539 (üç min beş yüz otuz doqquz) manat və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-901/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-901/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver