Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-902/2020 08.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, X4 qəyyumu İddiaçı, İddiaçı vəkili Vəkil1, Cavabdeh1 (həm də iş üzrə Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə X4 qəyyumu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədiyə qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 qəyyumu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədiyə qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəyyumu olduğu X17 atası mərhum X8 miras qalmış torpaq sahəsinin payına düşən hissəsindən imtinaya dair notarait kontoruna qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması üçün onun adından verilmiş xx xxxxxx 2017-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon X21 xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarı ilə mərhum X11, Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında JN-395F saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» üzrə 0,41 ha və JN-396G saylı şəhadətnamə ilə 0,44 ha torpaq sahələri verilmişdir. X14 xx xxxxxxx 2016-cı il tarixdə vəfat etmiş və o vəfat edən zaman onun aşağıda adlarını göstərdiyi vərəsələri qalmışdır: 1. Cavabdeh2 Məhəmmədiyə qızı, 2. Cavabdeh1, 3. X23, 4. Cavabdeh3, 5. Cavabdeh4 və 6. Cavabdeh5. Qeyd edir ki, vərəsələrdən biri olan X23 onun əridir və o, 2016-cı ildən ruhi xəstədir. Belə ki, Şahin Məsimov xx xxxxxx 2016-cı il tarixdə həkimlərə müraciət etmiş və həmin tarixdən davamlı olaraq akademik M.Ə.Mirqasımov adına Respublika klinik xəstəxanasında müalicə olunmuşdur. Lakin heç bir nəticəsi olmamışdır. Hətta o, yeriyə bilmir, fikrini ifadə etmək qabiliyytində deyildir. Əlinə karandaş belə almaq qabiliyyəti yoxdur. Bu səbəbdən onun hüquqlarını həyata keçirmək üçün fəaliyyət qabiliyyətsiz hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsinə əsasən o, fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2020-ci il tarixli sərəncamı ilə X23 onun qəyyumluğuna verilmişdir. O, Şahin Məsimovun qəyyumu kimi vərəsəlik şəhadətnaməsi almaq üçün Qəbələ regional «Asan xidmət» mərkəzinin notariat ofisinə müraciət etmişdir. Bu zaman ona məlum olmuşdur ki, xx xxxx 2017-ci il tarixdə cavabdeh həmin notariat ofisinə müraciət etmiş və bütün mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmçinin guya bütün vərəsələr, o cümlədən qəyyumu olduğu Şahin Məsimov da öz payından Cavabdeh1 xeyrinə imtina etmişdir. Vəkili vasitəsi ilə DƏDRX Qəbələ ərazi İdarəsinə müraciət etmşdir ki, X8 miras qalmış əmlaka (torpaq sahəsinə) dair vərəsəlik hüququ əsasında Cavabdeh1 və qeyrilərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdirmi və həmin işlə əlaqədar miras əmlak kimin adına rəsmiləşdirilmişdir. DƏDRX-nin X33 xx xxxx 2020-ci il tarixli **********13 saylı məktubu ilə cavab verilmişdir ki, X9 adına olmuş miras əmlakın hər hansı bir şəxsin adına qeydiyyata alınması aşkar edilməmişdir. Miras əmlakdan digər vərəsələrin, o cümlədən qəyyumu olduğu Şahin Məsimovun imtina etməsi və bu səbəbdən Şahin Məsimovun mirasdan məhrum olması onu şübhələndirmişdir. Ona görə də vəkili vasitəsi ilə notariat ofisinə müraciət edib imtina ilə bağlı sənədləri istəmişdir. Notariat ofisinin xx xxxx 2019-ci il tarixli 793 saylı məktubu ilə sənədlər onlara göndərilmişdir. Həmin sənədlərdən aydın olmuşdur ki, guya bütün vərəsələr, o cümlədən də qəyyumu olduğu Şahin Məsimov miras əmlak barədə ərizə vermişdir. Yuxarıda qeyd etdiyi kimi Şahin Məsimov 2016-cı ildən ruhi xəstədir və onun nitq qabiliyyəti, ümumiyyətlə hərəkət etmək qabiliyyəti yoxdur, əlinə karandaş belə ala bilmir, hərəkətələrinin mənasını başa düşmək iqtidarında deyildir. Ümumiyyətlə o, notariat ofisinə getməmiş və aparılmamışdır. Notariat ofisinə getmiş olsaydı belə onun imza etmək iqtidarı yoxdur. Onun adından ərizəyə vərəsələrdən hansısa biri imza etmişdir. Ona görə də hesab edir ki, Şahin Məsimov adından xx xxxxxx 2017-ci il tarixdə notariat ofisinə ona çatası paydan imtina etməsi, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmamasına dair ərizəsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında X4 qəyyumu İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, göstərmişdir ki, X18 Qəbələ regional «Asan xidmət» mərkəzinin notariat ofisinə aparmışlar. Lakin o, hara və nə üçün getdiyini bilməmişdir. Şahin Məsimov 2017-ci ildə ərizəyə imza çəkmək iqtidarında olmamışdır. Bütün bunlardan onun 2019-cu ilin mart ayında xəbəri olmuşdur. 0,41 ha torpaq sahəsi satılan zaman isə qaynatası sağ olmuşdur. Şahin Məsimov 2016-cı ildən 1-ci qrup əlildir. O, 2016-cı ildən müalicə alır və müalicə sayəsində bu gün gəzə, danışa bilsə də hərəkətlərinin mahiyyətini dərk etmir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 qeyd olunanlara uyğun izahat verib göstərmişdir ki, ötən məhkəmə iclası zamanı Cavabdeh4 notariat kontorunda vərəsəlik işi ilə əlaqədar ərizələrə ilk öncə Cavabdeh1, sonra Şahin Məsimov və daha sonra isə özünün imza etdiyini bildirmişdir. Necə ola bilər ki, Cavabdeh4 ərizəyə notariat ofisində, Şahin Məsimov isə «Asan xidmət» mərkəzinin önündə avtomobildə imza etdiyi halda imza edilmiş ərizələr arasında sadəcə 1 dəqiqə zaman məsafəsi olsun. Buradan da belə nəticəyə gəlmək olur ki, xx xxxxxx 2017-ci tarixli, Şahin Məsimov tərəfindən və yaxud onun adından imzalanmış ərizə etibarsız hesab edilməlidir. Buna görə də iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. X12 xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Qəbələ rayon X21 xx xxxxxx 1997-ci il tarixli 25 saylı qərarı ilə atası X11 anası Cavabdeh2 Məhəmmədiyə qızına paylı mülkiyyət hüququ əsasında JN-395F saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» üzrə 0,41 ha və JN-395 G şəhadətnamə əsasında 0,44 ha torpaq sahələri verilmişdir. Atası xx xxxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. O, vəfat edən zaman 7 nəfər vərəsəsi qalmışdır. Vərəsələrdən biri, X38 2016-cı ilin yanvar ayından xəstədir. O, 2016-cı ildə insult keçirmişdir. Buna görə də danışa bilmirdi. Təxminən bir ay sonra yavaş-yavaş danışmağa başlamışdır. Lakin iddiaçı qeyd edir ki, qardaşı ruhi xəstədir. Qardaşı fiziki cəhətdən narahat olsa da, əqli cəhətdən sağlamdır və o, ruhi xəstə deyildir. Təxmini 2017-ci ilin yay aylarında bacısı Cavabdeh4 və X38 vərəsəlik işi açdırmaq üçün Qəbələ regional «Asan xidmət» mərkəzinin Notariat Ofisinə getmişdir. Qardaşını aparıb gedən zaman həyat yoldaşı hara və nə üçün getdiklərindən məlumatlı olmuşdur. Hətta qardaşının şəxsiyyət vəsiqəsini və doğum haqqında şəhadətnaməsini də onun özü təqdim etmişdir. Qardaşı narahat olduğu üçün onu evlərinin qarşsından maşına mindirmiş və notariat ofisinə gətirmişdir. Qardaşının 1-ci qrup əlil olduğu barədə «Asan xidmət»in əməkdaşlarını əvvəlcədən məlumatlandırmış, qardaşının narahat olduğunu bildirmişdir. Ofisin əməkdaşları Şahin Məsimova əziyyət verməmək üçün birinci mərtəbəyə düşmüşlər. Orada ona hər şeyi ətraflı izah etmişlər. Ondan sonra qardaşı şəxsən özü imza çəkmiş və onlar evə geri qayıtmışlar. O gündən sonra qardaşının ailəsi və onların ailəsi arasında vərəsəliklə bağlı problem olmamışdır. Qardaşının həyat yoldaşı onlara hər hansı bir narazılıq bildirməmişdir. Əlavə olaraq onu qeyd edir ki, iddia ərizəsində 0,41 və 0,44 ha torpaq sahəsi qeyd edilmişdir. Lakin 0,41 ha torpaq sahəsi atasının sağlığında satılmış və hazırda ondan sadəcə 0,03 ha hissəsi qalmışdır. Məhkəməyə təqdim etdiyi diskdən müəyyən olunur ki, Şahin Məsimov sərbəst gəzə və danışa bilir. Onun fiziki cəhətdən problemi olsa da, əqli cəhətdən heç bir problemi yoxdur və o, əqli cəhətdən tam sağlamdır. Buna görə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh1 vəkili Vəkil2 xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh2 Məhəmmədiyə qızına, Cavabdeh4 və Cavabdeh6nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5, Cavabdeh2 Məhəmmədiyə qızı, Cavabdeh4 və Cavabdeh6 nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə cavabdehlər Cavabdeh5, Cavabdeh2 Məhəmmədiyə qızının, Cavabdeh4 və Cavabdeh6 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh Qəbələ Regional Cavabdeh6rait Ofisinin notariusu Saday Osmanlı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə 1497 saylı məktubla müraciət edərək xx.xx.2020-ci il tarixdə təyin olunmuş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, Qəbələ rayon X21 xx xxxxxx 1997-ci il tarixli 25 saylı qərarı ilə atası Daşdəmir Məsimova və anası Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında JN- 395 F saylı şəhadətnamə üzrə 0,41 ha və JN-395 G saylı şəhadətnamə üzrə 0,44 ha torpaq sahələri verilmişdir. Daşdəmir Məsimov xx xxxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. Vəfat edən zaman onun 7 nəfər vərəsəsi qalmışdır. Vərəsələrdən biri olan Şahin Məsimov 2016-cı ilin yanvar ayından xəstədir. Lakin o, əqli cəhətdən sağlamdır. Şahin Məsimov, Cavabdeh1 və bacısı Cavabdeh4 ilə birgə «Asan xidmət» mərkəzinə getmiş və burada Şahin mirasdan imtinaya aid ərizəyə özü imza etmişdir. O, gedəndə maşına özü minmişdir. Şahin Məsimov insult keçirmiş olsa da normal olaraq həyatına davam edir. Əqli cəhətdən hər hansı bir probleminin olması ilə bağlı məlumatı yoxdur. Buna görə də məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, o, qardaşı Cavabdeh1la və digər X38la birlikdə mirasdan payından imtina olunması üçün Qəbələ regional «Asan xidmət» mərkəzindəki notariat kontoruna getmişdir. X38 ərizəyə özü imza etmişdir. Oların həmin mərkəzə getməsindən Şahin Məsimovun həyat yoldaşının xəbəri olmuşdur. Hətta geri qayıdanda həyat yoldaşı Şahinin özünün imza çəkə bildiyini soruşub xəbər almışdır. Qardaşını bir ilə yaxındır ki, görmür. «Asan xidmət» mərkəzində Şahin Məsimov yuxarı mərtəbəyə qaxmamış, maşında əyləşmişdir. Xidmətin əməkdaşları qardaşının yanına gələrək ərizəyə imza çəkdirmişlər. İddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh6 nümayəndəsi X30 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, vətəndaş müraciət etdikdə binaya qalxa bilmirsə əməkdaşların birini onun yanına göndərirlər. Həmin işdə də belə olmuşdur. Nümayəndə göndərmiş və nümayəndə bildirmişdir ki, Şahin Məsimov soyadını yaza bilmir, ancaq fikirlərini aydın ifadə edə və imza edə bilir. Ərizədə də iki dəfə imza etmişdir. Lakin soyadını yazmamışdır. Qol çəkdirməyə onun işçisinin səlahiyyəti vardır. İş yükü çox olduğundan imza etdirmək üçün əməkdaş göndərilir. İş üzrə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Vəkil1 xx.xx.2019-cu il tarixli məktubla üvanladığı JN-395 F, kod 40608018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon X21 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə X9 və Cavabdeh2 Məhəmmədiyə qızının mülkiyyətinə ünvan 2i ərazisində 0,41 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 mülkiyyətinə ünvan 2ində 0,41 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.3 kv.m yaşayış, 74.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə verilməklə adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan JN-395 G, kod 40608018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon X21 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə X9 və Cavabdeh2 Məhəmmədiyə qızının mülkiyyətinə ünvan 2i ərazisində 0,44 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Cavabdeh6 xx xxxxxx 2020-ci il tarixli, 1201 sayl məktubla (məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sorğusu əsasında) məhkəməyə təqdim etdiyi və xx.xx.2017-ci il tarixdə açılmış V- 196 reyestr nömrəli vərəsəlik işindəki, Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016cı il tarixdə verilmiş AZ-İ 826121 nömrəli «ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X14 xx xxxxxxx 2016-cı il tarixdə «ürək çatmamazlığı, mikrokardın infarktı»ndan vəfat etmişdir. İşdə olan Qəbələ rayonu İHB-nın Zarağan kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2017-ci il tarixdə X24 verdiyi 726 saylı arayışında göstərilmişdir ki, mərhum X1 qeydiyyatda olub xx.xx.2016-cı il tarixdə vəfat edənə kimi həmin kəntdə yaşamış və vəfat edən zaman onun :
1. Cavabdeh2 Məhəmmədiyə qızı (həyat yoldaşı), 2. Cavabdeh3 (qızı), 3. Şahin Məsimov (oğlu)
4. Cavabdeh4 (qızı), 5. Cavabdeh5 (oğlu), 6. Nurəngiz Məsimova (qızı) və 7. Cavabdeh1 (oğlu) vərəsələr olaraq qarlımşıdr. Mərhum vəfat edənə kimi Zarağan kəndində həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh1 ilə birgə yaşamışdır İşdə olan Qəbələ regional «Asan xidmət» mərkəzində Qeydiyyat şöbəsinin xx xxxxxx 2017-ci il tarixli, 268 nömrəli arayışında xx.xx.1943-cü ildə Qəbələ rayonu Soltannuxa kəndində anadan olmuş Cavabdeh2 Məhəmmədiyə qızı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları»nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2017-ci ilədək aparıldığı və aşağıdakı məlumatların aşkar edildiyi qeyd edilmişdir. 1.əri- X14 (xx.xx.2016-cı ildə vəfat edib), 2.oğlu- Şahin Daşdəmirov (xx.xx.1963-cü il),
3. qızı- Cavabdeh3 (xx.xx.1966-cı il), 4. oğlu Cavabdeh5 (xx.xx.1967-ci il), 5. qızı Cavabdeh4 (xx.xx.1969-cu il). 6. oğlu Faiq Məsimov (xx.xx.1971-ci il, xx.xx.1971-ci ildə vəfat edib), 7. qızı- Nurəngiz Məsimova (xx.xx.1972-ci il), 8. oğlu Cavabdeh1 (xx.xx.1976-cı il). Arayışın qeyd hissəsində Daşdəmir Məsimovun xx.xx.1961-ci il tarixdə Ruqiyyə Daşdəmirova ilə nikaha daxil olduğu, vəfat etmiş şəxsin göstərilənlərdən başqa övladının və nikahının aşkar olunmadığı göstərilmişdir. İşdə olan X27 Məsimovanın xx.xx.2017-ci il tarixdə yazdığı ərizədə xx.xx.2016-cı il tarixdə əri Daşdəmir Məsimovun vəfat etdiyi, miras əmlak olaraq fərdi yaşayış evinin və torpaq sahəsinin olduğu, özündən başqa - Şahin Məsimov, Cavabdeh3 , Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 kimi vərəsələrinin olduğu qeyd olunmuşdur. İşdə olan Qəbələ (keçmiş Qutqaşen) rayon VVADQ şöbəsinin xx xxxxxx 1961-ci il tarixdə verdiyi İ-İE 310163 nömrəli «evlənmək haqqında şəhadətnamə»nin surətindən görünür ki, X14 ilə X15 arasında xx xxxxxx 1961-ci il tarixdə nikah qeydə alınmış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə 30 nömrəli qeyd aparılmışdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixdə Cavabdeh2 Məhəmmədiyə qızına verdiyi 548 nömrəli arayışda onun xx.xx.1943-cü ildə Qəbələ rayonu Soltannuxa kəndində anadan olduğu, onun və övladlarının sənədlərində səhv olaraq Ruqiyyə, Ruhiyyə və ya Ruhiyə, Ruqiyə kimi yazıldığı, aparılan araşdırma nəticəsində həqiqətən övladlarının sənədlərində və öz sənədlərində göstərilən həmin adların eyni adama məxsus olduğu və bunun akt qeydini tərtib edən əməkdaşların etdikləri texniki səhv olduğu qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixdə Cavabdeh2 Məhəmmədiyə qızına verdiyi 549 nömrəli arayışda onun xx.xx.1943-cü ildə Qəbələ rayonu Soltannuxa kəndində anadan olduğu, onun və övladlarının sənədlərində ata adı səhv olaraq Məhəmmədiyə, Məmədiyə, Məhəmmədiyyə kimi yazıldığı, aparılan araşdırma nəticəsində həqiqətən övladlarının sənədlərində və öz sənədlərində göstərilən həmin adların eyni adama məxsus olduğu, bunun akt qeydini tərtib edən əməkdaşların etdikləri texniki səhv olduğu qeyd olunmuşdur. İşdə olan X34 Məsimovun xx.xx.2017-ci il tarixdə yazdığı ərizədə xx.xx.2016-cı il tarixdə atası Daşdəmir Məsimovun vəfat etdiyi, miras əmlak olaraq fərdi yaşayış evinin və torpaq sahəsinin olduğu, özündən başqa - Cavabdeh2, Şahin Məsimov, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kimi vərəsələrinin olduğu qeyd olunmuşdur. İşdə olan ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh3 Qəbələ regional Cavabdeh6riat kontorunun xüsusi notariusu X31 tərəfindən imzasının həqiqiliyi təsdiq olunmaqla xx xxxxxx 2017ci il tarixdə 7E-14707 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, xx.xx.2016-cı il tarixdə atası X9 vəfat etdiyni, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını qeyd etmişdir. İşdə olan ünvan 2i ünvanda qeydiyyatda olan Cavabdeh4 Qəbələ regional Cavabdeh6riat kontorunun xüsusi notariusu X31 tərəfindən imzasının həqiqiliyi təsdiq olunmaqla xx xxxxxx 2017ci il tarixdə 7E-15052 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, xx.xx.2016-cı il tarixdə atası X9 vəfat etdiyni, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, miras qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını qeyd etmişdir. İşdə olan ünvan 2i ünvanda qeydiyyatda olan Cavabdeh5 Qəbələ regional Cavabdeh6riat kontorunun xüsusi notariusu X31 tərəfindən imzasının həqiqiliyi təsdiq olunmaqla xx xxxxxx 2017ci il tarixdə 7E-14938 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, xx.xx.2016-cı il tarixdə atası X9 vəfat etdiyni, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, miras qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını qeyd etmişdir. İşdə olan ünvan 3 mənzil 38 ünvanda qeydiyyatda olan X10 Qəbələ regional Cavabdeh6riat kontorunun xüsusi notariusu X31 tərəfindən imzasının həqiqiliyi təsdiq olunmaqla xx xxxxxx 2017ci il tarixdə 7E-15053 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, xx.xx.2016-cı il tarixdə atası X9 vəfat etdiyni, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, miras qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını qeyd etmişdir. İşdə olan Qəbələ rayonu VVADQ şöbəsinin xx xxxxxxx 2003-cü il tarixdə verdiyi AZ-İ 073811 nömrəli «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X25 və X16 arasında xx xxxxxx 1995-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 27 nömrəli qeyd aparılmışdır. Nikahdan sonra arvada «Cabbarova» soyadı verilmişdir. İşdə olan ünvan 2i ünvanda qeydiyyatda olan X17 Qəbələ regional Cavabdeh6riat kontorunun xüsusi notariusu X31 tərəfindən imzasının həqiqiliyi təsdiq olunmaqla xx xxxxxx 2017ci il tarixdə 7E-15051 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, xx.xx.2016-cı il tarixdə atası X9 vəfat etdiyni, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, miras qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını qeyd etmişdir. İşdə olan Cavabdeh6 Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə xx xxxxxx 2017-ci il tarixdə ünvanladığı 1210 saylı məktubunda X8 qalmış miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair mərkəzin notariat kontoruna müraciət daxil olduğu, xx xxxxxxx 2016-cı ildə vəfat etmiş Daşdəmir Məsimovun adına mərkəzdə xx.xx.2017-ci il tarixdə açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsələr Cavabdeh2 və Cavabdeh1 olduğu qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsinin xx xxxx 1985-ci il tarixdə verdiyi İİİ-JQ 485011 nömrəli «Nikahın bağlanması haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 ilə X32 arasında həmin tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 nömrəli qeyd aparılmışdır. Nikahdan sonra arvada «Məsimova» soyadı verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əri X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə onun ərizəsi təmin edilmiş və xx.xx.1963-cü il təvəllüdlü X23 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İşdə olan Qəbələ Rayon İcra hakimiyyəti başçısının xx xxxx 2020-ci il tarixli, 35 saylı sərəncamının surətindən görünür ki, həmin sərəncamla X6 Xatirə Əsədi qızının qəyyumluğuna verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından xx.xx.2016-cı il tarixdə X19 verilmiş XT 1272 saylı erikrizdə ona «hipertoniya xəstəliyi İİİ, sol orta beyin arteriya hövzəsində işimik insult” klinik diaqnozu müəyyən edilmişdir. İşdə olan Dövlət X43 Qəbələ rayon Şöbəsinin xx.xx.2019-cu il tarixdə X19 verdiyi 027374 nömrəli vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ona həmin tarixdən müddətsiz olaraq İ qrup əlillik verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, JN-395 F, kod 40608018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» və Qəbələ rayon X21 xx xxxxxx 1997ci il tarixli 26 saylı qərarı ilə X9, Cavabdeh2 Məhəmmədiyə qızının mülkiyyətinə ünvan 2i ərazisində 0,41 ha, JN-395 G saylı şəhadətnamə ilə isə 0,44 ha həyətyanı torpaq sahələri verilmişdir. 0,41 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.3 kv.m yaşayış, 74.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. X14 xx xxxxxxx 2016-cı il tarixdə «ürək çatmamazlığı, mikrokardın infarktı»ndan vəfat etmiş və bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə AZ-İ 826121 nömrəli «ölüm haqqında şəhadətnamə» verilmişdir. Bundan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müraciətlərinə görə Qəbələ regional «Asan xidmət» mərkəzinin Notariat Ofisində xx.xx.20170-ci il tarixdə, V-196 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Cavabdeh6 Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə xx xxxxxx 2017-ci il tarixdə 1210 saylı məktub ünvanlayaraq X8 qalmış miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair mərkəzin notariat kontoruna müraciətin daxil olduğunu, xx xxxxxxx 2016-cı ildə vəfat etmiş Daşdəmir Məsimovun adına mərkəzdə xx.xx.2017ci il tarixdə açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsələrin Cavabdeh2 və Cavabdeh1 olduğunu göstərmişdir. Vərəsələrin dairəsi barədə Qəbələ rayon İHB-nın Zarağan kənd Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli 726 nömrəli və həmin mərkəzdə Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli 268 saylı arayışları əsasında miras əmlakda payları olan vərəsələr notariat orqanına dəvət olunmuşlar. Digər vərəsələr kimi mirasdan pay hüquqlu X23 xx.xx.2017-ci il tarixdə notariat ofiinə gələrək könüllü iradə ifadəsi olaraq ərizə yazmış, ərizəsində xx.xx.2017-ci il tarixdə vəfat etmiş atası Daşdəmir Məsimovdan qalmış miras əmlakdan ona çatası (torpaq) payını faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını bildirmişdir. Notariat kontorunda Şahin Məsimovun imzasının həqiqiliyi təsdiq olunmaqla 7E-15051 reyestr nömrəsi ilə qeydə alınmışdır. Şahin Məsimovun həyat yoldaşı İddiaçı 2020-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək əri X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş və xx.xx.1963-cü il təvəllüdlü X23 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Qəbələ Rayon İcra hakimiyyəti başçısının xx xxxx 2020-ci il tarixli, 35 saylı sərəncamı ilə X6 Xatirə Əsədi qızının qəyyumluğuna verilmişdir. X4 qəyyumu İddiaçı Arif qızı iddia ərizəsində, vəkili Vəkil1 isə mülki işin məhkəmə araşdırılması zamanı iddia tələbinin əsası olaraq Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsi ilə Şahin Məsimovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2020-ci il tarixli 35 saylı sərancamı ilə Şahin Məsimova İddiaçı qəyyum təyin edilməsinə istinad edərək Şahin Məsimovun miras payından imtinaya dair xx.xx.2017-ci il tarixli ərizəyə imza edən zaman sonuncunun öz hərəkətlərinin mənasını başa düşmək və karandaş belə tutmaq iqtidarında olmadığını göstərirlər. Bununla da onlar həmin ərizəni mübahisələndirərək ərizənin etibarsız hesab edilməsinin təmin olunmasını məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, mülki işin məhkəmə araşdırılması zamanı təqdim olunmuş xx xxxxxx 2016-cı il tarixli akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasından Şahin Məsimova verilən XT 1272 saylı epikrizdən görünüyü kimi o, 2016-cı ildə insult keçirmişdir. İşin qeyd olunan halı Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. O, işin bu halını təsdiq etməklə iddia tələbinə etirazının əsası olaraq qeyd etmişdir ki, Şahin Məsimov keçirdiyi insult nəticəsində fiziki cəhətdən müəyyən qədər narahat olsad da əqli cəhətdən sağlam olmuşdur. Heç də iddiada qeyd olunan kimi ruhi xəstə olmamışdır. O, notarait kontoruna gedən zaman mirasdan payına düşən hissəsindən imtina etməsinə dair ərizə ilə müraciət etməyə getdiyini bilmiş, bir sözlə hərəkətlərinin mənasını dərk edərək belə qərar qəbul etmişdir. Buna görə də torpaq payından digər vərəsələrin xeyrinə imtinasına könüllü razılığını notariat orqanında yazdığı ərizəsi ilə ifadə etməklə bildirmişdir. Bundan başqa, Şahin Məsimovun birinci qrup əlil olmasını, fiziki hərəkətində çətinliklərinin və ya müəyyən qədər məhdudiyyətlərin, narahatlığının olmasını (bununla belə cavabdehlərin izahatları ilə müəyyən edilmişdir ki, Şahin Məsimov notariat ofisinə gedən zaman maşına sərbəst olaraq özü oturmuşdur) olduğunu notarat orqanının əməkdaşlarına bildirmiş və həmin orqanın əməkdaşları sonuncunun fiziki vəziyyətini nəzərə alaraq birinci mərtəbəyə düşməklə imza etdiyi ərizənin mahiyyətini, eləcə də hüquq və vəzifələrini ona izah etmiş və ərizəyə imza olunmasını təklif etmişlər. İşin göstərilən bu halını Cavabdeh6 nümayəndəsi X30 xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Saday Osmanlı həm də izahatında notariat kontorunun əməkdaşının belə bir səlahiyyətə malik olduğunu da göstərmişdir. Məhkəmə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsi ilə Şahin Məsimovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə münasibət bildirərək qeyd edir ki, həmin qətnamə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və həmin tarixdən bir ay sonra qanuni qüvvəyə minmişdir.qeyd edilən qətnamə məhkəmə baxışı iclasında tərəflərin iştirakı ilə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahin Məsimovun 2017-ci ilin 13 noyabr tarixində fəaliyyət qabiliyyətli olmaması barədə hər hansı bir müddəa yoxdur və o, həmin tarixdə tam fəaliyyət qabiliyyətli şəxs olmuşdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-33/2020 saylı qətnaməsindən göründüyü kimi, həmin qətnamə ilə Şahin Məsimovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Adı çəkilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və yalnız bundan sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2020-ci il tarixli 35 saylı sərancamı ilə Xatirə X5 qəyyum təyin edilmişdir. Şahin Məsimovun miras payından imtinasına dair notarait kontorunda imzaladığı ərizə isə xx.xx.2017-ci il tarixində 7E-15051 reyestr nömrəsi ilə qeydə alınmışdır. Ərizə qeydə alınan tarixdən Şahin Məsimova qəyyum təyin olunması tarixinədək xeyli vaxt keçsə də, ötən dövr ərzində ərizə mübahisələndirilməmiş, ərizənin etibarsızlığına dair tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. İşin qeyd olunan halı, yəni iddiaçının susması onun ərizəni könüllü razılığı ilə imza etməsinə, qəyyum təyin olunanadək ərizəni mübahisələndirməsi üçün istinad etməsinə heç bir qanuni əsas və məhkəməyə müraciət etməsi üçün əsaslı sübutların olmadığına dəlalət edir. Buna görə də Şahin Məsimovun ərizəyə imza edən zaman hərəkətlərinin mənasını dərk etməməsi barədə qəyyumun və vəkilinin fikirlərinə məhkəmə tənqidi yanaşır. Məhkəmə hesab edir ki, Şahin Məsimovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmənin yuxarıda adı çəkilən qətnaməsi miras paydan imtinası barədə onun noraita kontoruna verdiyi ərizəsinin etibarsız hesab edilməsi üçün əhəmiyyət kəsb edən, əsas sübut sayıla bilməz. Yuxarıda qeyd olunduğu kimi, xx xxxxxx 2016-cı il tarixli akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasından Şahin Məsimova verilən XT 1272 saylı epikrizlə onun insult keçirdiyi müəyyən edilir. Tibb dili ilə desək, insult - insan beynin qan dövranının kəskin pozulması, qan təchizatının çatışmazlığı və beynin ocaqlı zədələnməsindən əmələ gələn xəstəlikdir. İnsult keçirən xəstədə müəyyən müddətdə yuxarı və ya aşağı ətrafların hərəkət məhdudiyyətləri yaransa da, yaranmış fiziki hərəkət məhdudiyyətləri sonradan tam olmasa da müəyyən qədər nomallaşır və xəstə sağlamlığında yaranmış vəziyyətə uyğunlaşa bilir. Şəxsin ruhi xəstəliyi isə sırf onun psixoloji vəziyyəti ilə bağlı yaranan, depressiya, şizofreniya, biopolyar və ağıl xəstəliyi nəticəsində yaranan potologiya və sağlamlığının pozulmasıdır. Belə xəstələr yaşadıqları ərazi üzrə poliklinika şöbələrində fəaliyyət göstərən psixiatriya kabinetlərində qeydiyyata alınırlar. Şahin Məsimovun qəyyumu İddiaçı və onun vəkili onun ruhi xəstə olmasına, nitq və hərəkət qabiliyyətinin olmadığına dair heç bir sübutu (xx.xx.2017-ci il tarixdə Şahin Məsimovun torpaqdan payına dair notariat kontorunda ərizəyə imza etməsi zamanı sonuncunun hərəkətlərinin mənasını başa düşmək qabiliyyətində olmadığına, onun əqli və psixoloji vəziyyətinin buna imkan vermədiyinə dair və eləcə də onun ruhi xəstəliyi ilə əlaqədar psixiatriya kabinetində qeydiyatda olması barədə) onlarda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişlər. Bundan başqa, iddiaçının qəyyumu İddiaçı iddia ərizəsində Şahin Məsimovun hərəkət qabiliyyətinin olmadığını, yeriyə, fikrini ifadə edə və danışa bilmədiyini qeyd etmişdir. Lakin Cavabdeh1 xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında sübut olaraq məhkəməyə təqdim etdiyi SD diski ilə onun bu cürə iddiaları təkzib olunmuşdur. Belə ki, həmin tarixdə proses iştirakçılarının etirazlarının olmadığı nəzərə alınaraq təqdim olunmuş SD diskinə baxış keçirilmiş və mülki işin materiallarına əlavə olunmuşdur. SD diskindən görünür ki, Şahin Məsimov heç kimin köməyi olmadan sərbəst hərəkət edə və ayaqüstü yeriyə (gəzə) bilir. Cavabdehin məhkəməyə təqdim etdiyi həmin sübutdan sonra iddiaçının qəyyumu İddiaçı Şahin Məsimovun gəzə və danışa bildiyini etiraf etməklə sonuncunun hərəkətlərinin mahiyyətini dərk etmədiyini məhkəmə iclasındakı çıxışında qeyd etmişdir. Buna baxmayaraq Cavabdeh1 məhkəməyə təqdim etdiyi fotoşəkillərdən Şahin Məsimovun yaxın qohumları ilə ünsiyyətdə olması və müəyyən qədər aktiv həyat tərzi keçirməsi sübut olunur. İşin qeyd olunan və sadalanan hallarını, qanunvericiliyin tələblərinə görə sübutetmə vəzifəsinin tərəflərin üzərinə düşməsini nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və buna görə də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 qəyyumu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədiyə qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
X4 qəyyumu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədiyə qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlikedən: AbbasƏliyev