Məhkəmə qərarları › İş №2(025)-904/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-904/2020

12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-904/2020 12.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu Ərizəçi Abdullayeva (Bayramova) Rahilə Əyyub qızının nümayəndəsi Nümayəndə maraqlı şəxs DƏDRX-nin 9 saylı X1rşı “hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Ərizəçi Abdullayeva (Bayramova) Rahilə Əyyub qızının nümayəndəsi Nümayəndə maraqlı şəxs DƏDRX-nin 9 saylı X1rşı “hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Abdullayeva (Bayramova) Rahilə Əyyub qızının nümayəndəsi Nümayəndə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, “hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, iddia ərizəsi ərizəçi Abdullayeva (Bayramova) Rahilə Əyyub qızının nümayəndəsi Nümayəndə tərəfindən imzalansa da, onun həmin ərizəni imzalamağa hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınmasıilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli etibarnamədən görünür ki, iş üzrə ərizəçi Abdullayeva (Bayramova) Rahilə Əyyub qızı müəyyən hərəkətləri həyata keçirməyi Nümayəndə etibar etmiş, lakin, Azərbacan Respublikası MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulan iddia ərizəsinin imzalanması etibarnamədə xüsusi göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, ərizəçi Abdullayeva (Bayramova) Rahilə Əyyub qızının nümayəndəsi Nümayəndə maraqlı şəxs DƏDRX-nin 9 saylı X1rşı “hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi” tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi Abdullayeva (Bayramova) Rahilə Əyyub qızının nümayəndəsi Nümayəndə maraqlı şəxs DƏDRX-nin 9 saylı X1rşı “hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar