Məhkəmə qərarları › İş №2(025)-905/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-905/2020

12.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-905/2020 12.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlaka vərəsəlik hüqunun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlaka vərəsəlik hüqunun müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində notariat orqanında mirasın açılmasına dair müraciət olunmuş vərəsəlik üzrə miras paylarını qəbul etmək istəsələr də, bundan notariat orqanının imtina etdiyini, cavabdehlər ilə mübahisə olduğundan məhkəmə müraciət etməklərinin tövsiyyə olunduğunu göstərmişdir. Lakin iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “Asan Xidmət” X5 İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 781 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ Regional “ASAN xidmət” X6 mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 adına vərəsəlik işi açılmışdır. X1 qalmış mirasa dair xx.xx.2009-cu il təvəllüdlü, X3 xx.xx.2009-cu il tarixdə vəfat etmiş atası X4 çatası miras payına dair vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd (vətəndaşlıq aktlarını dövlət qeydiyyatını aparan orqanın şəhadətnaməsi), miras əmlaka sahiblik və ya əmlakı idarə edilməsinə dair müvafiq sənədləri təqdim etməklə öz iradə ifadələrini bildirmək üçün notariat ofisinə müraciət etməkləri xahiş olunmuşdur. Göründüyü kimi, Qəbələ Regional “ASAN xidmət” X7 məktubunda iddiaçının ərizəsindən imtina olunmamış, idarəyə hansı qaydada müraciət etməli olduğu izah edilmişdir. Göründüyü kimi iddiaçı Qəbələ Regional “ASAN xidmət” X8 həmin məktubda göstərilən şərtlər daxilində müraciət etməmişdir. İddiaçıya izah edilsin ki, “miras əmlaka vərəsəlik hüqunun müəyyən edilməsi” ilə əlaqədar Qəbələ Regional “ASAN xidmət” X7 xx xxxx 2020-ci il tarixli, 781 nömrəli məktubunda göstərilmiş şərtlər daxilində müraciət etməli, bundan sonra müraciətinə imtina olunduqda isə aidiyatı üzrə məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlaka vərəsəlik hüqunun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar