Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-918/2020 15.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktının, miras qalmış torpaq sahəsi və evə vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktının, miras qalmış torpaq sahəsi və evə vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixində Qəbələ şəhəri, 28 May küçəsi, ev 38-də yerləşən 78.5 kv.m. fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsinə X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 adına ümumi birgə mülkiyyət əsasında verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışda olan X7 və X2 ölümündən sonra birgə mülkiyyət əsasında onlara çatası miras daşınmaz əmlak (yaşayış evi, torpaq sahəsi) üzrə mirası qəbul etməsi faktının müəyyən olunması, həmin torpağa və yaşayış evinə vəsiyyətnamə üzrə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun 2008-ci il tarixində X7 ilə toyları olmuş, ailə qurmuş və nikahları xx.xx.2008-ci il tarixində Qəbələ rayon Qeydiyyat şöbəsində 72 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. Həyat yoldaşı X7 xx.xx.2009-cu ildə qara ciyərin serrozu koması xəstəliyindən vəfat etmişdir. O, X7 ilə ailə qurduqdan sonra el adəti üzrə mərhum ərinin yaşadığı evə gəlin köçmüş və həyat yoldaşı vəfat etdikdən sonra, təxminən 7 aya qədər həmin evdə yaşadıqdan sonra qarşı tərəfin təzyiqlərinə görə məcburiyyət qarşısında qalaraq qızı ilə birlikdə valideynlərinə məxsus evə köçmüşlər. O, cavabdehlərin də yaşadığı Qəbələ şəhəri, 28 May küçəsi, ev 59-a gəlin köçərkən yaşayış evi 05.11 .2019-cu ildə vəfat etmiş X4 ilə birlikdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum həyat yoldaşı X5 adına olmuşdur. Həmçinin yaşayış evinin yerləşdiyi 0,07 ha torpaq sahəsi də X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 adına qeydə alınmışdır. Qeyd olunan daşınmaz əmlaklara dair Qəbələ rayonu X6 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə torpağa dair JN-1018F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və sonradan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixində həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan Çıxarış və həmin torpaq üzərində olan fərdi yaşayış dair Daşınmaz Əmlakın Texniki pasportu əldə olunmuşdur. O, hal-hazırda qızı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır, həmçinin digər ailə üzvləri ilə birgə yaşadığından mübahisələr yaranır. Ona görə də ona və qızına mərhum həyat yoldaşı X3 vərəsə kimi onlara çatası miras payının və mərhum qaynatası X1 vərəsə kimi qızına çatası miras payı müəyyənləşdirildikdən sonra orada yaşamaq istəyirlər. Notariat orqanında mirasın açılmasına dair müraciət olunmuş vərəsəlik üzrə mirası paylarını qəbul etmək istəsələr də, məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuş, ona görə məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin, o və qızı həmin evdə qeydiyyatdadırlar və onun cehiz əşyalarının bir hissəsi hal-hazıradək həmin fərdi yaşayış evindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, ona hər hansı bir vəsiyyətnamə verilməmişdir. İddia ərizəsində bunun yazılmasından xəbəri olmamış, eləcə də onun həmin torpaq və yaşayış sahəsinin qəbul edilməsi faktının müəyyən olunması tələbi də vəkil tərəfindən yazılmışdır. O həmin torpaqda və evdə yaşamır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia tələbi qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, hazırki iş üzrə iddia tələbinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddəsinin tələbləri pozulmaqla verildiyini nəzərə alaraq hazırkı iddia tələbi üzrə mülki işin baxılmamış saxlanılmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən isə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ümumiyyətlə sözügedən torpaq sahəsində və yaşayış evində yaşamır və belə olan halda mirasın qəbulu faktından söhbət gedə bilməz. Həmçinin iddiaçı yaşayış evinə vəsiyyətnamə üzrə vərəsəlik paylarının müəyyən edilməsini göstərsə də, iddia ərizəsinə vəsiyyətnamənin olması barədə hər hansı sübut əlavə etməmiş, eyni zamanda məhkəmə prosesi zamanı bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Eləcə də məhkəmə tərəfindən edilmiş sorğuya əsasən Qəbələ Regional “ASAN XİDMƏT” mərkəzi, Notariat ofisindən daxil olan sənədlərdən də müəyyən olunmuşdur ki, hazırkı iş üzrə hər hansı bir vəsiyyət olmamış, notarat ofisinə bununla bağlı, həmçinin mirasın qəbul edilməsi ilə bağlı müraciət olunmamışdır. Gördündüyü kimi, iddia ərizəsi MPM-nin 149 və 150-ci maddələrinin tələbləri pozulmaqla verilmiş, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilməmiş və məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ilk növbədə mərhum əri X5 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixində Qəbələ şəhəri, 28 May küçəsi, ev 38-də yerləşən 78.5 kv.m. fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsinə X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 adına ümumi birgə mülkiyyət əsasında verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışdan payını müəyyən etməli, mərhum əri Ceyhun Tahirovun payı müəyyən olunduqdan sonra isə qanun üzrə vərəsəliyə əsasən özünün və yetkinlik yaşına çatmayan uşağının vərəsəlik payının müəyyən edilməsi üçün notariat ofisinə, orada imtina olunduqda isə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcədə bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Eyni zamanda iddiaçıya izah edilsin ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12, 263- 264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktının, miras qalmış torpaq sahəsi və evə vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-918/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-918/2020
15.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver