Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-919/2020 30.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu X3 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarına əsasən X8, X5, X9 və X6 adına verilmiş JN-1095A nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona aid hissədə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu Qaradeyin kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu X3 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə JN-1095A saylı 40600048 kodlu şəhadətnamə əsasında 0,12 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv olaraq soyadı Qasımova yazılmışdır. Soyadının Mahmudova əvəzinə Qasımova yazılmasının səbəbi ona aydın deyil, bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Şəhadətnamədə səhv yazıldığına diqqət etməmişdir və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin şəhadətnaməni itirmişdir, bu barədə polisə və qəzetə ərizə vermişdir. Bundan sonra sənədlərini hazırlayıb Çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadı səhv yazıldığından müvafiq sənədləşdirməni aparması mümkün olmamışdır. Həmçinin ona məxsus bütün sənədlərdə soyadı Mahmudova və evləndikdən sonra isə İsmayılzadə yazılmışdır. Hesab edir ki, bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin ona məxsus olması müəyyən edilməlidir. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 1095A nömrəli (kod:40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X8, X5, X9 və X6 birgə mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonu Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxx 1987-ci il tarixli, Xİİ-ЖГ seriyalı, 351751 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, X7 xx.xx.1987-ci ildə Qutqaşen rayonu Vəndam kəndində doğulmuşdur. İşdə olan xx.xx.2005-ci il tarixli, AZ-İ seriyalı, 164054 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 ilə X2 xx xxxx 2005-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada İsmayılzadə soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********15 nömrəli məktubundan görünür ki, JN-1095A nömrəli “«Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi” qızı kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X8, X5, X9 və X6 birgə mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 1095A nömrəli (kod:40600048) şəhadətnamədə Ərizəçi soyadı səhvən «Qasımova» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi soyadının əvvəlcə Mahmudova, nikaha daxil olduğdan sonra İsmayılzadə olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının İsmayılzadə (Mahmudova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X8, X5, X9 və X6 birgə mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 1095A nömrəli (kod:40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin İsmayılzadə (Mahmudova) Sveta İlqar qızına aid hissədə İsmayılzadə (Mahmudova) Sveta İlqar qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-919/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-919/2020
30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver