Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-919/2021 03.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın 15.04.1998-ci tarixli 07 saylı qərarı ilə X4, X1, X6, X3, X7, X5 və X8 adlarına verilmiş İN-0009 saylı kodu 40612028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın 15.04.1998-ci il tarixli 07 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyət hüququna dair” İN-0009 saylı kodu 40612028 olan Dövlət aktında göstərilmiş hüquq sahiblərinin adları siyahısında 3-cü sırada Ərizəçi adı texniki səhv olaraq Dövran əvəzinə “Rəval” kimi qeyd edilmişdir. Qeyd edilən İN-0009 saylı kodu 40612028 olan “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı üzrə mülkiyyətə verilmiş 4,74 ha torpaq sahəsini özəlləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edərkəh məlum olmuşdur ki, göstərilən İN-0009 saylı kodu 40612028 saylı Dövlət aktında göstərilmiş hüquq sahiblərinin adının siyahısında 3-cü sırada Ərizəçi əvəzinə “Rəval” kimi qeyd edilmişdir. İN-0009 saylı kodu 40612028 olan Dövlət aktında qeyd edilən texniki səhvdə düzəliş etmədən əməliyyat aparılması mümkün deyildir. Hesab edir ki, qeyd edilən texniki səhvlərə ancaq məhkəmə vasitəsilə düzəliş edilə bilər. AA ******* saylı şəxsiyyət vəsiqəsində adı düzgün olaraq Dövran kimi qeyd edilmişdir. Xİİ № 351021 saylı doğum haqqında şəhadətnamədə də adı düzgün olaraq Dövran kimi qeyd edilmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0009 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 15 aprel 1998-ci tarixli 07 nömrəli qərarına əsasən, X4, X1, X6, X3, X7, X5 və X8 ümumi birgə mülkiyyətinə 4.74 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonu Məlikli kənd soveti tərəfindən verilmiş 06 iyul 1987-ci il tarixli Xİİ- ГЖ № 351021 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Qəbələ rayonu Bılıx kəndində doğulmuşdur, bu sənəddə ərizəçinin adı “Dövran” kimi qeyd olunmuşdur. İşdə olan AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Dövran” kimi qeyd olunmuşdur. Şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, Ərizəçi onun oğludur. Torpaq islahatları keçirilən zaman Qəbələ rayon AİK-nın 15.04.1998-ci il tarixli 07 saylı qərarı ilə “Torpağın mülkiyyət hüququna dair” İN-0009 saylı kodu 40612028 olan Dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə ümumilikdə 4.47 ha torpaq sahəsi verilmişdir. Həmin sənədə digər övladları kimi Ərizəçi da adı salınmış, lakin onlara məlum olmayan səbəblərdən oğlunun adı Rəval olaraq qeyd edilmişdir. Şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, Ərizəçi onun oğludur. İslahatlar keçirilən zaman 1998-ci ildə onların mülkiyyətinə Qəbələ rayonu Bılıx kəndində torpaq sahəsi verilmiş. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin o cümlədən oğlu Ərizəçi ümumi birgə mülkiyyətinə verilmişdir. Oğlunun adı Dövrandır, lakin “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktında oğlunun adı səhvən Rəval olaraq qeyd edilmişdir. Onun Rəval adlı oğlu yoxdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və digər şəxslərin birgə mülkiyyətinə 4.74 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0009 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X11” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-0009 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-919/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-919/2021
03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver