Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-92/2021 18.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (eyni zamanda Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu X9 xx xxxxxx 1999-cu il tarixli 03 saylı qərarına əsasən, X3, X11, X6, X7 və X2 adına verilmiş JN-0079 nömrəli 40600068 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının onlara aid hissədə, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayonu Nic kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu X9 xx xxxxxx 1999-cu il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə JN-0079 saylı 40600068 kodlu dövlət aktı əsasında 1,90 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında səhv olaraq onların soyadları Mirzəfərov yazılmışdır. Soyadlarının Müzəffərli, Mürzəfərov əvəzinə Mirzəfərov yazılmasının səbəbi onlara aid deyil və bunun sadəcə olaraq texniki səhv olduğunu düşünər. Dövlət aktında səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin o, sənədləri hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında onların soyadlarının səhv yazıldığından müvafiq sənədləşdirməni aparmaqları mümkün olmamışdır. Həmçinin onlara məxsus bütün sənədlərdə soyadları Müzəffərli və Mürzəfərov yazılmışdır. Hesab edirlər ki, bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin onlara məxsus olması müəyyən edilməlidir. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (eyni zamanda Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi) ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0079 (Kod: 40600068) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X3, X11, X6, X7 və X2 birgə mülkiyyətinə JN-0079 (Kod: 40600068) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Nic qəsəbəsi İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, AZ-T seriyalı, 078354 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxxx 1994-cü ildə Qəbələ rayonu Nic kəndində doğulmuşdur. X1, anası X8r. İş materiallarında olan xx xxx 1966-ci il tarixli, АЭ seriyalı, ******* nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxx 1966-ci ildə Qutqaşen rayonu Nic kəndində doğulmuşdur. İş materiallarında olan Qəbələ rayonu İHB-nin Nic inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxx 1993-cü il tarixli, XVİİİ-ЖГ seriyalı, 305670 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 xx xxx 1993-cü ildə Qəbələ rayonu Nic kəndində doğulmuşdur. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 328429 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 ilə X5 xx xxxx 2019-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 868 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Müzəffərli soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********79 nömrəli məktubundan görünür ki, JN-0079 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X3, X11, X6, X7 və X2 birgə mülkiyyətinə 1,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN-0079 (Kod: 40600068) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 soyadı səhvən «Mirzəfərov», ərizəçilər Ərizəçi3 və Ərizəçi2 isə soyadları səhvən «Mirzəfərov» kimi qeyd olunmuşdur. Lakin ərizəçilərə aid şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrində soyadları düzgün olaraq göstərilmişdir. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X3, X11, X6, X7 və X2 birgə mülkiyyətinə verilmiş JN-0079 (Kod: 40600068) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 aid hissədə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-92/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-92/2021
18.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver