Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-925/2020 21.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-051D, KOD 40602038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, JN-0511, KOD 40602038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, JN-051F, KOD 40602038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-051D, KOD 40602038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum X11 və X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu X2 xx xxxxxx 1997-ci il tarixli, 27 saylı qərarı ilə valideynləri, atası – X11 və anası- X1 və həmçinin onun mülkiyyətinə Qəbələ rayonu, Soltannuxa kəndi ərazisində JN-051D, KOD 40602038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,12 ha torpaq sahəsi, JN-0511, KOD 40602038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,26 ha torpaq sahəsi, JN-051F, KOD 40602038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,17 ha torpaq sahəsi və JN-051D, KOD 40602038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,28 ha torpaq sahəsi verilmişdir. Anası - X6 xx xxxxxx 2006-cı il tarixdə, atası - X11 xx xxxxx 2020-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra vərəsəlik üzrə sənədləşmə işləri aparan zaman məlum olmuşdur ki, JN-051D, JN-0511, JN-051F və JN-051H saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə X5 ata adı səhvən “Bayram”, X1 ata adı səhvən “Ağali” kimi yazılmışdır. Bu səhv ona əvvəldən məlum olmadığı üçün bununla bağlı gec müraciət etmişdir. Şəhadətnamələri verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamələrdəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X12 ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq xx xxxxxx 2020-ci il tarixli, **********84 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-051D (Kod:40602038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 27 nömrəli qərarına əsasən X7, X8 və Ərizəçi ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Soltan Nuxa kəndində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0511 (Kod:40602038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 27 nömrəli qərarına əsasən X7, X8 və Ərizəçi ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Soltan Nuxa kəndində 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-051F (Kod:40602038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 27 nömrəli qərarına əsasən X7, X8 və Ərizəçi ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Soltan Nuxa kəndində 0,17 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-051H (Kod:40602038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 27 nömrəli qərarına əsasən X7, X8 və Ərizəçi ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Soltan Nuxa kəndində 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 101123 №-li «Ölüm haqqında şəhadətnamə»nin təkrarından görünür ki, X6 “Beyinə qansızma” xəstəliyindən xx.xx.2006-ci il tarixdə Qəbələ rayonu Soltan Nuxa kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı ildə 02 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 067130 №-li «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X11 “Dəqiqləşdirilməmiş beyin infarktı” xəstəliyindən xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Soltan Nuxa kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı ildə 90 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx xxxxxx 1986-ci il tarixli, Xİİ-ЖГ seriyalı, 316629 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1986-ci ildə Qəbələ rayonu Soltan Nuxa doğulmuşdur. Atası X11, anası X4r. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********84 nömrəli məktubundan görünür ki, JN-051D, JN-0511, JN-051F və JN- 051H nömrəli nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Soltan Nuxa kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 257 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Soltan Nuxa kəndində yaşayır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 27 saylı qərarına əsasən X7, X8 və Ərizəçi birgə mülkiyyətlərinə verilmiş JN-051D nömrəli (Kod:40602038), JN-0511 nömrəli (Kod:40602038), JN-051F nömrəli (Kod:40602038), JN-051H nömrəli (Kod:40602038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə ərizəçinin mərhum atası X5 ata adı səhvən “Bayram”, ərizəçinin mərhum anası X1 ata adı səhvən “Ağali” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 27 saylı qərarına əsasən X7, X8 və Ərizəçi birgə mülkiyyətlərinə verilmiş JN-051D nömrəli (Kod:40602038), JN-0511 nömrəli (Kod:40602038), JN-051F nömrəli (Kod:40602038), JN-051H nömrəli (Kod:40602038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin mərhum X11 və mərhum X3 aid hissədə mərhum X9 və mərhum X3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-925/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-925/2020
21.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver