Məhkəmə qərarları › İş №2(025)-938/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-938/2022

09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-938/2022 09.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, JN-0062, kod 40602028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara dair hissəsində onlara Ərizəçi1, Ərizəçi2 və Səmidli (Qurbanova) Birlyant Qnyaz qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998ci il tarixli 11 saylı qərarı ilə Ərizəçi1, Ağayeva Hicran Cavad qızına, Ərizəçi2 və X1 Qəbələ rayonu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.76 ha torpaq sahəsinə görə JN-0062, kod 40602028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktında sonradan onlara məlum olmuşdur ki, adı ’’Qinyaz” əvəzinə ’’Qnyaz”, “Birlyant” əvəzinə “Bünyad”, ata adı isə “Səmid” əvəzinə “Səmit”, “Qinyaz” əvəzinə “Qnyaz” kimi səhvən yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrimizdə, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1, Ərizəçi2 və Səmidli(Qurbanova) Birlyant Qnyaz qızı kimi qeyd edilmişdir. O, X2 xx.xx.2021-ci ildə nikaha daxil olaraq soyadını “Qurbanova” kimi qeyd etdimişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Dövlət Aktında ad və ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, Dövlət Aktındakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən biz aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlıqların aradan qaldırılmasını xahiş etmişilər, müvafiq olaraq 02 mart 2022-ci il tarixli **********3 nömrəli məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0062 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X4, Ağayeva Hicran Cavad qızına, Ərizəçi2 Qnyaz oğluna və X3 ümumi birgə mülkiyyətinə 1.76 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Böyük Pirəli kənd soveti tərəfindən verilmiş 09 may 1961-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 adı “Qinyaz” olaraq, ata adı “Səmid” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı şəxsiyyəti təsdiq edən sənəddə “Qinyaz” olaraq, ata adı “Səmid” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1959-cu il tarixli XVİİİ-JQ 381984 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Səmidli (Qurbanova) Birlyant Qnyaz qızının ata adı “Qnyaz qızı” olaraq, adı “Birlyant” olaraq qeyd olunmuşdur. İşdə olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-cı il tarixli AZ-İİ 459232 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X5 arasında xx.xx.2021-cı il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. Burada Ərizəçi3 ata adı “Qnyaz qızı” olaraq, adı “Birlyant” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 adı şəxsiyyəti təsdiq edən sənəddə “Birlyant” olaraq, ata adı “Qnyaz qızı” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli XVİİİ-JQ 359929 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 ata adı “Qinyaz” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Qinyaz” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 1.76 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 0062 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında “Ərizəçi1” əvəzinə “X7”, “Ərizəçi2” əvəzinə “Ərizəçi2 Qnyaz oğlu” kimi və “X2” əvəzinə “X6” səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-0062 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Qurbanova (Səmidli) Birlyant Qnyaz qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar