Məhkəmə qərarları › İş №2(025)-940/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-940/2020

24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-940/2020 24.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı X2rşı "sənədin məxsusluğu faktının müəyyən edilməsi və miras qəbul edilməsi faktının müəyyən edilməsi" tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı X2rşı “sənədin məxsusluğu faktının müəyyən edilməsi və miras qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən göründüyü kimi, ərizəçilər iddia tələblərində bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmiş, həmçinin iddia tələbinin əsasları ilə bağlı ərizəçilərin əsaslandırdığı hallar ərizədə hər-hansı ardıcıllığa riayət edilmədən, qeyri müəyyən şəkildə yazılmış, nəticədə iddia ərizəsi tərtib edilərkən qeyri-müəyyənliyə yol verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş JN-1554 nömrəli (kod:40600048) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə Ərizəçi4 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə Qəbələ rayonu Vəndam kəndində 0,95 ha torpaq sahəsi verilmişdir. Ərizəçilər sözügedən «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında yol verilmiş səhvlərin aradan qaldırılması, həmin dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsini və JN-1554 nömrəli (kod:40600048) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı əsasında verilmiş 0.95 ha torpaq sahəsinin mərhum X1 payına düşən 1/6 hissəsinin Ərizəçi4 tərəfindən miras əmlakı olaraq qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişlər. Göründüyü kimi, ərizəçilər iddia tələbində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişlər. Belə ki, iddiaçılar sözügedən torpaq sahəsi üzrə mərhum X1 payına düşən hissənin Ərizəçi4 tərəfindən miras əmlak olaraq qəbul edilməsinin müəyyən edilməsi üçün ilk növbədə həmin torpaq sahəsinin verilməsinə dair JN-1554 nömrəli (kod:40600048) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının ərizəçilərə məxsusluğu faktı təsdiq edilməlidir. İkinci mərhələdə həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyətçilərin hər birinin paylarını müəyyən etməlidirlər. Bundan sonra paylarına uyğun olaraq müvafiq çıxarış almalıdırlar. Müvafiq şıxarış alındıqdan sonra isə Ərizəçi4 mərhum oğlu X1 payına düşən torpaq sahəsinin onun tərəfindən miras əmlakı olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəmədə iddia qaldırmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə hesab edirəm ki, iddia bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələblə birləşdirilərək verildiyinə, iddia bir neçə cavabdehə qarşı verilib, onların hər birinə qarşı yönələn tələb nədən ibarət olması ərizədə göstərilmədiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı X2rşı "sənədin məxsusluğu faktının müəyyən edilməsi və miras qəbul edilməsi faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçilərə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar