Məhkəmə qərarları › İş №2(025)-944/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-944/2022

17.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-944/2022 17.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Ağasıyeva Gülbənı̇ z Bəkı̇ r qızının cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X17 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Ağasıyeva Gülbənı̇ z Bəkı̇ r qızının və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ağasıyeva Gülbənı̇ z Bəkı̇ r qızının cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X17 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları İddiaçı Ağasıyeva Gülbənı̇ z Bəkı̇ r qızı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X17 və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-ııin X3 təhcizatı və satışı idarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli R 235116 nömrəli akt əsasında Qəbələ rayonu, Soltan Nuxa kəndində məhum həyat yoldaşı X5 adına olan **********00387 saylı abonent hesabına hesablanmış 785.05 manat elektrik enerjisi borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, X2 xx.xx.1976-cı il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Soltan Nuxa kəndində anadan olmuşdur. 1997-cı il tarixində X11 ilə nikaha daxil olaraq evlənmişdir. X11 xx.xx.2010-cu il tarixində vəfat etmişdir. xx.xx.2021-ci il tarixində "xxxx" ASC-nin X3 Təchizatı və Satışı İdarəsinin əməkdaşları fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacına baxış keçirərək, guya sayğacın giriş xəttini zədələyərək kənar xəttdən istifadə etməyi müəyyən olunduğunu bildirərək AKT R № 235116 tərtib etmişlər və AKT-a etiraz olaraq o onu imzalamaqdan imtina etmişdir. xx.xx.2021-ci il tarixində isə Qəbələ EŞ-nin əməkdaşları gələrək № 058010 protokol tərtib edərək sayğacı yenisi ilə əvəz etməkdən ötrü çıxarıb aparmış və yeni sayğac quraşdırılmışdır. Bir neçə gündən sonra tərtib edilmiş R №235116 AKT-a görə 2.661 kvt, 345.93 manat (EİQ pozulması 0.13), 3.992 kvt, 439.12 manat (EİQ pozulması 0.09) ümumilikdə 6653 kvt, 785.05 manat elektrik enerjisindən istifadəyə görə borc(cərimə) yazılmışdir. Qeyd olunan AKT hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmiş, sayğacın işləməməsi və birbaşa qoşulması barədə AKT-da göstərilənlər ilə əlaqədar isə hər hansı foto, videoçəkiliş aparılmamış, ümumiyyətlə göstərilən pozuntunun mövcudluğunu təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Onu da bildirmək istəyir ki, qeyd etdiyi elektrik enerjisindən istifadəyə görə əsassız yazılan AKT-ın və hesablanmış borcun ləğv edilməsinə dair Rayon Elektrik Şəbəkəsinə müraciət etmişdir. Lakin qeyd olunan AKT-ın ləğv edilməsi və AKT-a görə hesablanmış borcun məhkəmə qərarı əsasında ləğv edə və borcu silə biləcəklərini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Ağasıyeva Gülbənı̇ z Bəkı̇ r qızı oğlu iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, İddiaçı cavabdeh "xxxx" ASC və "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nə qarşı “akt əsasında əsassız hesablanmış 785.05 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu Soltannuxa kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında X7 adına olmaqla **********00387 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2021 -ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları A.Ömərov, S.Kazımov və T.Abdullabəyli tərəfindən Qəbələ rayonu Soltannuxa kəndində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin giriş xəttini zədələyərək kənar xətt vasitəsilə bir başa elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2021 -ci il tarixli, R235116 saylı akt tərtib olunmuş və iddiaçı tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2021 -ci il tarixli, 235116 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 90 gün üçün 0.11 manatla 3992 kvt.s (dəyəri 439.12 manat) və 0.13 manatla 2661 kvt.s (dəyəri 345.93 manat) toplamaa 785.05 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçının yaşadığı evə hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. “EEİQ”-nın 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7 11 -ci bəndinin tələbinə görə “Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”.Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixə qədər 193 gün üçün sərfiyyatın toplamda 271 kvts olduğu, lakin qüsur bərpa edildikdən sonrakı dövr üzrə 167 gün üçün artaraq xx.xx.2022-ci il tarixə 1952 kvts olduğu açıq aydın görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (1681 kvt.s) olduqca böyükdür. Bu da onu göstərir ki, iddiaçı sayğacdan kənar xəttdən bir başa qoşularaq elektrik enerjisindən istifadə etmişdir. Bildirmək istəyirik ki, iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə xx.xx.2022-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 716.73 manat borcu vardır. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı Qəbələ rayonu Soltannuxa kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2021-ci il tarixli R235116 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir.Sonda isə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və Satışı İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və Satışı İdarəsi bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli R 235116 saylı aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu, Soltan Nuxa kəndində yerləşən iddiaçı X9 məxsus yaşayış evində yoxlama keçirən zaman sayağacın giriş xəttini zədələyərək kənar xəttən istifadə edilməsi məlum olmuşdur. "xxxx" ASC-nin X4 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2021-ci il tarixli R 235116 saylı akta əsasən tərtib edilmiş 27 dekabr 2021-ci il tarixli icra vərəqindən görünür ki, X7 çıxarılmış sayğacda olan oxunmamış 6653 kVt.s enerji üzrə 785.05 manat borcu vardır. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu, Böyük Pirəli kənd İƏN tərəfindən 11 aprel 1997-ci il tarixdə verilmiş İ-İE № 311282 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayeva Gülbənı̇ z Bəkı̇ r qızı ilə X12 arasında 11 aprel 1997-ci ildə nikah bağlanmış, nikahdan sonra ərə Ağasıyev, arvada Ağasıyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu, Böyük Pirəli kənd İƏN tərəfindən 27 avqust 2014-cü il tarixdə verilmiş AZ-İ № 693256 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 01 may 2010-cu il tarixdə ürək çatmamamzlığından vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ Rayon Məhkəməsinin 3(025)-154/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Qəbələ rayon Prokurorluğundan daxil olmuş materialda X8 müraciətinə dair toplanmış 10c-22 saylı materialda cinayət hadisəsi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, V.V.Lətifovun qulluq mövqeyindən sui-istifadə etməklə xırda talama əməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi il müəyyən edilmiş inzibati xətanı törətdiyindən məhkəmə məsuliyyətinə verilməsi qərara alınmışdır. Beləliklə, X13 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci və 53.0.10-cu maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilmiş, X13 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, özü tərəfindən qarmaq vasitəsilə kənar xəttən istifadə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə "xxxx" ASC-nin X4 və Satışı İdarəsinin əməkdaşları sayğaca nəzarət etmiş, istehlakçı-iddiaçı uzun müddət ərzində mütamadi olaraq hər ay enerji sərfiyyatının əvəzini ödəmiş və idarənin işçiləri tərəfindən ona quraşdırılmış elektrik sayğacdan kənar xətdən isifadə edildiyi barədə xəbərdarlıq edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli R 235116 saylı akt əsasında hesablanmış 785.05 (yeddi yüz səksən beş manat beş qəpik) manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Ağasıyeva Gülbənı̇ z Bəkı̇ r qızının adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X17 və Satışı İdarəsinin vəzifəli şəxsinin xx.xx.2021-ci il tarixli R235116 saylı akt əsasında hesablanmış 785.05 (yeddi yüz səksən beş manat beş qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar