Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-945/2023 19.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1968-ci il tarixdə Qəbələ rayonu Bayramkoxa kəndində anadan olmuşdur. X1 və X11 olmuşlar. Onların birgə nikahından o və X15 iki övladları olmuşdur. Valideynlərinin hər ikisi vəfat etmişlər. X4 18 oktyabr 1977-ci ildə anadan olmuşdur. Bacısı X3 rayonu Bayramkoxalı kənd sakini olmaqla, uşaqlıqdan 2-ci qrup ömürlük əlildir. Bacısına Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var, anadangəlmə eşitmə və nitq qüsuru diaqnozu qoyulmuşdur. O, uşaqlıqdan valideynlərinin, onlar vəfat etdikdən sonra isə onun və ailə üzvlərinin himayəsində yaşayır. Psixi qüsurlu olan bacısı Səadət Ağayeva qızı anadangəlmə ömürlük əlil olduğundan hər cür qulluğa ehtiyacı vardır. Başqasının köməyi olmadan müstəqil hərəkətlər etmək və qərar vermək qabiliyyəti yoxdur, öz hərəkətlərini dərk etmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Ona görə də ona qəyyum və ya himayəçi təyin edilmədən onun hüquqlarını həyata keçirmək mümkün deyildir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bayramkoxalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 103 nömrəli arayışa əsasən X3 rayon Bayramkoxalı kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışa əsasən, Qəbələ rayonu Bayramkoxalı kənd sakini X15 İİ dərəcə ümumi səbəbdən əlil olmaqla hər ay 220 (iki yüz iyirmi) manat sosial müavinət alır. Eyni zamanda Şəki rayon Psixatriya Xəstəxanası tərəfindən verilmiş 567 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Bayramkoxalı kənd sakini, 1977-ci il təvəllüdlü X6 RPX-da HPK tərəfindən müayinə olunmuşdur. (diaqnoz: Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu F-72, İQ-əmsalı 25%. özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var, anadangəlmə eşitmə və nitq qüsuru) Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X17 müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 04noyabr 1997-ci il tarixli, İV-ЖГ seriyalı, 499178 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.1977-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1977-ci ildə 86№ ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, X15 İİ qrup əlilliyə görə 220 müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon X2 rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbə müdirinə ünvanlanmış 18 aprel 2023-cü il tarixli, 567 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ rayon Bayramkoxalı kəndində yaşayan 1977-ci il təvəllüdlü X15 xx.xx.2023-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu F-72.1 İQ-əmsalı 25%. Özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyac var. Anadangəlmə eşitmə və nitq qüsuru. İş materiallarında olan TSEK-in elektron arayışından məlum olur ki, X7 qrup əlilliyə görə müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Bayramkoxalı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 103 nömrəli arayışda göstərilmişdir ki, X15 həqiqətən Qəbələ rayonun Bayramkoxalı kəndində yaşayır. İş materiallarında olanAzərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Bayramkoxalı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 101 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi həqiqətən Qəbələ rayonun Bayramkoxalı kəndində yaşayır. Qəbələ Rayon Məhkəməsinin 22iyun 2023-cü il tarixli, 2(025)-945/2023 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X15 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X15 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 2144 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur.Yoxlanılan şəxs xx.xx.1977-ci ildə Qəbələ rayonunun Bayramkoxalı kəndində anadan olmuşdur. İrsiyyəti psixi xəstəliklə ağırlaşmayıb. Körpəlikdən kobud nevroloji əlamətlər qeyd olunub. Psixofiziki inkişafda geri qalıb. Əqli geriliklə əlaqədar təhsil ala bilməyib. X5 müalicədə olub. Mülki işdə olan Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 567 nömrəli arayışından məlum olur ki, X15 xx.xx.2023-cü il tarixdə Şəki RPX-də HPK tərəfindən müayinə olunmuş və ona " Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu. Özünəqulluq qabiliyyətinin olmaması ilə. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Anadangəlmə eçitmə və nitq qüsuru" diaqnozu təyin edilmişdir. Mülki işdə olan TSEK-in arayışından məlum olur ki, X7 qrup əlilliyə görə müavinət alır. Yoxlanılan şəxsin obyektiv müayinəsi. Yoxlanılan şəxsin obyektiv müayinəsi onun vəziyyətinin somatik, nevroloji və psixi cəhətdən qiymətləndirilməsindən ibarətdir. Şikayətləri: Səhhətindən şikayət təqdim etmir. Somatik vəziyyəti: Yoxlanılan şəxs alçaq boyludur. Mikrosefaliya müşahidə edilir. Nevroloji status: Bəbəklərin işığa reaksiyası normaldır. Mərkəzi sinir sistemi tərəfindən dağınıq nevroloji əlamətlər qeyd edilir. Psixi status: Zahirən narahatdır. Bir yerdə qərar tuta bilmir. Bələdliyi zamana və məkana görə pozulub. Ünsiyyətə bir qədər ləng daxil olur. Sualların əksəriyyətini başa düşmür. Nitqi qüsurludur. Söz ehtiyatı kasaddır. Təfəkkürü konkretdir. Abstraktlaşdırma və ümumiləşdirmə-ayırma funksiyaları inkişafetməmişdir. Yaddaş və intellekt funksiyaların aşağı olması müəyyən edilir. Elementar biliklərə malik deyil. Maraq dairəsi məhduddur. Emosiyaları şəraitə qeyri-adekvatdır. Bəzənsəbəbsiz narahat olur, qışqırmağa başlayır. Keçirilən ekspertizanın məqsədini dərk etmir. Öz vəziyyətinə qarşı tənqidi yoxdur. Nəticə hissəsi: Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlinir ki, X9 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixofiziki inkişafda geri qalması, əqli geriliklə əlaqədar heç bir təhsilala bilməməsi, Şəki Rayon Psixiatriya Xəstəxanasında müalicə olunması, xəstəliyi ilə əlaqədar İl dərəcə əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə qeyri-adekvat tərzdə daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, maraq dairəsinin məhdudluğu, emosiyalarının və davranışının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X15 hər hansı psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X9 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur 2-ci sual: X15 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X15 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.Buna görə də, X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 2144 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X8 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci ildə Qəbələ rayonu Bayramkoxa kəndində anadan olmuş, Qəbələ rayonu Bayramkoxa kəndində qeydiyyatda olan və yaşayan X15fəaliyyət qabiliyyəti olmayan şəxs hesabedilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci ildə Qəbələ rayonu Bayramkoxa kəndində anadan olmuş, Qəbələ rayonu Bayramkoxa kəndində qeydiyyatda olan və yaşayan X15fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-945/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-945/2023
19.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver