Məhkəmə qərarları › İş №2(025)-946/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-946/2022

25.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-946/2022 25.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi və digər Ərizəçi3 nümayəndəsi Ərizəçi2, Ərizəçi1 və onun vəkili Vəkil iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, JN- 074İ, kod 40615018, JN-074F, kod 40615018, JN-074G, kod 40615018, JN-074H, kod 40615018 və JN-074H, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin onlara Ərizəçi1, Ərizəçi4, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998ci il tarixli 11 saylı qərarları ilə bizə Ərizəçi1 qızma, X3, X4 və Ərizəçi2 Qəbələ rayonu,Tikanlı kəndi ərazisindən 0.16 ha fərdi yaşayış evi tikmək ücün torpaq sahəsi verilmiş və bu baradə bizə JN- 074İ, kod 40615018, JN-074F, kod 40615018, JN-074G, kod 40615018, JN-074H, kod 40615018 və JN-074H, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilmişdir. Şəhadətnamələrdə sonradan onlara məlum olmuşdur ki, soyadları “Məmmədsaadova”, “Məmmədsadov”, əvəzinə “Məmmədsatova”, “Məmmədsatov”, adları “Tilşad”, “Siyarə” əvəzinə “Dilşad”, “Sürayə”, ata adı “Mansur” əvəzinə “Mənsur” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1, Məmmədsatova (Ağakərimova) Siyarə Mansur qızı, Məmmədsatova (Səlimova) Cəmalə Mansur qızı və Ərizəçi2 kimi qeyd edilmişdir. Onlar, X7 xx.xx.2003-cü ildə X16 ilə nikaha daxil olaraq soyadını “Ağakərimova”, X8 xx.xx.2004-cü il ildə X28 ilə nikaha daxil olaraq soyadını “Səlimova” kimi qeyd etdirmişlər. Hazırda onlara məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Lakin Şəhadətnamələrdə soyadlar, adlar və ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq 27 mart 2022-ci il tarixli **********11 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi və digər Ərizəçi3 nümayəndəsi Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 vəkili Vəkil ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-074İ (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X5, X1, X2 və X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayon, Tikanlı kəndində 0.41 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-074F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X5, X1, X2 və X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayon, Tikanlı kəndində 0.25 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-074H (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X5, X1, X2 və X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayon, Tikanlı kəndində 0.10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-074G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X5, X1, X2 və X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayon, Tikanlı kəndində 0.14 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-074H (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X5, X1, X2 və X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayon, Tikanlı kəndində 0.29 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən verilmiş 12 iyul 1083-cü il tarixli İİİ- JQ 319338 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X13 arasında 12 avqust 1983-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Məmmədsaadov, arvada Məmmədsaadova soyadı verilmişdir. Burada Ərizəçi1 adı “Tilşad” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE № ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Məmmədsaadova”, adı “Tilşad” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli Xİ-JQ 433927 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 soyadı “Məmmədsadov”, ata adı “Mansur” olaraq qeyd olunmuşdur. Həmçinin burada Ərizəçi1 soyadı “Məmmədsaadova”, adı “Tilşad” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 şəxsiyyəti təsdiq edən sənəddə soyadı “Məmmədsadov”, ata adı “Mansur” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən verilmiş xx.xx.1985-cı il tarixli X-JQ 417167 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Səlimova (Məmmədsadova) Cəmalə Mansur qızının ata adı “Mansur”, soyadı “Məmmədsadova” olaraq qeyd olunmuşdur. Həmçinin burada Ərizəçi1 soyadı “Məmmədsaadova”, adı “Tilşad” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Tikanlı kənd İ.Ə.N tərəfindən verilmiş 22 noyabr 2004-cü il tarixli AZ-İ 135493 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki X8 ilə X28 arasında 22 noyabr 2004-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Səlimov, arvada Səlimova soyadı verilmişdir. Burada ərizəçi Səlimova (Məmmədsatova) Cəmalə Mansur qızının soyadı “Məmmədsatova”, ata adı “Mansur” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Mansur” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli İX-JQ 418966 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Ağakərimova (Məmmədsadova) Siyarə Mansur qızının ata adı “Mansur”, adı “Siyarə”, soyadı “Məmmədsadova” olaraq qeyd olunmuşdur. Həmçinin burada Ərizəçi1 soyadı “Məmmədsaadova”, adı “Tilşad” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Tikanlı kənd İ.Ə.N tərəfindən verilmiş 15 yanvar 2003-cü il tarixli İİ-AZ 051753 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X16 arasında 15 yanvar 2203-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Ağakərimov, arvada Ağakərimova soyadı verilmişdir. Burada ərizəçi Ağakərimova (Məmmədsatova) Siyarə Mansur qızının ata adı “Mansur” , adı “Siyarə” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Mansur” , adı “Siyarə” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə müvafiq olaraq 0.41 ha, 0.25 ha, 0.10 ha, 0.14 ha və 0.29 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-074İ (Kod: ********) nömrəli, JN-074F (Kod: ********) nömrəli, JN-074H (Kod: ********) nömrəli, JN- 074G (Kod: ********) və JN- 074H (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrdə yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “X14”, “Ərizəçi2” əvəzinə “X15” kimi və “X9” əvəzinə “X10” kimi, “X11” əvəzinə “X12” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-074İ (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN- 074F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-074H (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-074G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-074H (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar