Məhkəmə qərarları › İş №2(025)-955/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-955/2020

29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-955/2020 29.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-440A, KOD 40614018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-0398, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının ona yəni-Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuşdur. xx.xx.1988-ci ildə X4 ilə nikaha daxil olaraq soyadını “’Qafarova” kimi qeyd etdirmişdir. Qəbələ rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarı ilə ona, mərhum həyat yoldaşı X4, övladları X10 və X7 Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə onlara JN-440A, KOD 40614018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmçinin, Qəbələ rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarları ilə ona, məhum həyat yoldaşı X4, övladları X10 və X1 təsərrüfatı məhsulları istehsalı üçün 0.82 ha və 0,52 ha torpaq sahələri verilmiş və bu baradə onlara JN-0398, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Dövlət Aktlarında sonradan ona məlum olmuşdur ki, atasının adı səhvən “Əli” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında Şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi kimi yazılır. Hazırda onlara məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyir, lakin Şəhadətnamədə və Dövlət Aktlarında mənim ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni və Dövlət Aktlarını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamə və aktlardakı yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən mən aidiyyatı üzrə xidmətin 9 saylı X13 ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq xx xxxxxx 2020-ci il tarixli **********76 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-398 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X4, Ərizəçi Əli qızı, X10 və X5 ümumi birgə mülkiyyətinə 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0398 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X4, Ərizəçi Əli qızı, X10 və X5 ümumi birgə mülkiyyətinə 0.82 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-440A (Kod: 40614018) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X4, Ərizəçi Əli qızı, X10 və X5 ümumi birgə mülkiyyətinə 0,11 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonu Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1966-cı il tarixli АЗ № ******* saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1966-cı ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuşdur. Atası X8, anası X2r. İşdə olan Qutqaşen rayonu Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1988-ci il tarixli İV-ЖГ № 423001 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1988-ci ildə X4 ilə nikah bağlamışdır. Nikah bağlandıqdan sonra ərə Qafarov, arvada Qafarova soyadı verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Qəbələ rayon Mıxlıqovaq kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 0.52 ha və 0.82 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-398 (Kod: 40614018) nömrəli və JN-0398 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktlarında, həmçinin 0,11 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-440A (Kod:40614018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “Ərizəçi Əli qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-440A (Kod:40614018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-398 nömrəli və JN-0398 nömrəli (Kod:40614018) «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktlarının Ərizəçi aid olan hissədə ona məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar