Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-956/2023 13.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Qəribova (Aslanova) Vüsalə Abulfət qızının maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi2, ərizəçi və digər ərizəçi Qəribova (Aslanova) Vüsalə Abulfət qızının nümayəndəsi Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Qəribova (Aslanova) Vüsalə Abulfət qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Qəribova (Aslanova) Vüsalə Abulfət qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X15, ƏmirƏrizəçi1, X10, X13, X3 adma verilmiş JN-700F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin hi. hissəsədə bizə - Ərizəçi1 qızma, Ərizəçi2, Qəribova (Aslanova) Vüsalə Abulfət qızma və mərhum ailə üzvümüz X11 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-700F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən X8, ƏmirƏrizəçi1, X4, X6 və X3 mülkiyyətinə 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi3” qızı olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 20 may 1986-cı il tarixli Xİ-ЖГ № 450410 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X12 3 may 1986cı ildə Qutqaşen rayonunda anadan olmuşdur. Burada ərizəçi X5 tam adı “X12” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayonu Həmzəlli kənd İƏD tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ № 590691 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2010-cu il tarixdə X12 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Qəribov, arvada Qəribova soyadı verilmişdir. X1 tam adı “X12” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş 15 avqust 1987-ci il tarixli Xİİ-ЖГ № 427838 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1987-ci ildə Qutqaşen rayonunuda anadan olmuşdur. Burada Ərizəçi2 tam adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Böyükpirəli kənd soveti tərəfindən verilmiş 20 avqust 1979-cu il tarixli Vİ-ЖГ № 432687 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X16 xx xxxxxxxx 1964-cü ildə Qutqaşen rayonunuda anadan olmuşdur. Burada Ərizəçi1 tam adı “X16” olaraq qeyd olunmuşdur. İşdə olan Qəmərvan kənd soveti tərəfindən verilmiş 02 oktyabr 1959-cu il tarixli İ-НЕ № 815053 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 10 sentyabr 1959-cu ildə Qutqaşen rayonu Qəmərvan kəndində anadan olmuşdur. X2 tam adı “X17” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 avqust 2013-cü il tarixli AZ-İ № 849627 saylı nikah haqqında şəhadatnamənin surətindən görünür ki, Ərizəçi2 13 avqust 2013cü il tarixdə X7 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Aslanov, arvada Aslanova soyadı verilmişdir. Burada Ərizəçi2 tam adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu Böyük Pirəli kənd soveti tərəfindən verilmiş 10 iyul 1985-ci il tarixli İİİ-ЖГ № 432938 saylı nikah haqqında şəhadatnamənin surətindən görünür ki, ərizəçi X17 10 iyul 1985-cı il tarixdə X16 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Aslanov, arvada Aslanova soyadı verilmişdir. Burada Ərizəçi1 tam adı “X16” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” oğlu olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli 1033 №-li arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayonu Soltannuxa kəndində qeydiyyatda olmaqla hal-hazırda ünvan 1 ünvanda yaşayır. Burada Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli 1035 №-li arayışdan görünür ki, Ərizəçi2 ünvan 1 ünvanda yaşayır. Burada Ərizəçi2 tam adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli 1034 №-li arayışdan görünür ki, Qəbələ Rayon Aqrar İslahatı Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-700F, KOD_40601004 saylı şəhadatnamədə adı “Ərizəçi2” oğlu əvəzinə səhvən “X24” oğlu, anasının adı “Ərizəçi1” qızı əvəzinə səhvən “ƏmirƏrizəçi1” qızı yazılmışdır. . İşdə materiallarına əlavə olunmuş Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 may 2023-cü il tarixli AZ-İİ № 344776 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 adı “Abulfət” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvilərinin mülkiyyətinə 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-700F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “X17” əvəzinə “X15” kimi, “Ərizəçi1” əvəzinə “ƏmirƏrizəçi1” kimi, “Qəribova (Aslanova) Vüsalə Abulfət qızı” əvəzinə “X10” kimi, və “Ərizəçi2“ əvəzinə “X13” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-700F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Qəribova (Aslanova) Vüsalə Abulfət qızına, mərhum - X11 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-956/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-956/2023
13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver