Məhkəmə qərarları › İş №2(025)-957/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-957/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-957/2023 18.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli 27 nömrəli qərarına əsasən X4 adına verilmiş JN - 543F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin mərhum anası X7 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli 27 nömrəli qərarına əsasən, X5 Qəbələ rayonu, Nohurqışlaq kəndində JN - 543F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə mərhum anası X6 adı səhvən “Gülnarə” kimi göstərilmişdir. Lakin mərhum anasına məxsus digər sənədlərdə, yəni doğum haqqında arayışda, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə ad, soyad və ata adı X3 qeyd edilmişdir. Hazırda mərhum anasının mülkiyyətinə verilmiş torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq və vərəsəlik açdırmaq istəyirlər. Şəhadətnamədə səhv olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi idarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılmasın* xahiş etmişdir, müvafiq 24 oktyabr 2022-ci il tarixli, **********55 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdılar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-543F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarına əsasən X4 mülkiyyətinə 0.15 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli 5-59-40/2-82-2023 №-li arayışdan görünür ki, mərhum X6 adına verilmiş JN- 543F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadatnamədə mərhumun soyadı, adı, atasının adı X10 əvəzinə texniki səhv olaraq X9 yazılmışdır. İşdə olan Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli 5-59-40/2-81-2023 №-li arayışdan görünür ki, Ərizəçi həqiqətən Qəbələ rayonunun Nohurqışlaq kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli 05/Q- 40/69 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 21 yanvar 2015-ci ildə vəfat etmiş ölümü 26 yanvar 2015-ci il tarixdə 03 №-li akt qeydi ilə Qəbələ rayon Nohurqışlaq kənd İ.Ə.N tərəfindən dövlət qeydiyyatına alınmışdır. Burada mərhumun soyadı, adı və ata adı tam olaraq “X10” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu Tüntül kənd soveti tərəfindən verilmiş xx.xx.1953-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1953-cü il tarixdə X2 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. X1 tam adı “X10” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu Tüntül kənd soveti tərəfindən verilmiş 23 mart 1962-cı il tarixli АЗ 090158 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1962-ci ildə Qutqaşen rayonu Nohurqışlaq kəndində anadan olmuşdur. Burada Ərizəçi tam adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvilərinin mülkiyyətinə 0.15 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-543F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “X10” əvəzinə “X9” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-543F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi mərhum anası – X7 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar