Məhkəmə qərarları › İş №2(025)-96/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-96/2023

13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-96/2023 13.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə fərdi, kollektiv və kooperativ bağlar dövlət bağçılıq təsərrüfatının bağının mülkiyyətə verilməsi məqsədilə Qəbələ rayonu, Aydınqışlaq kənd sakinləri Ərizəçi3 Məhərrəm oğlu və onun ailə üzvləri X5, X6 və Ərizəçi1 qızının mülkiyyətinə verilmiş 0.32 ha torpaq sahəsinə dair JN - 361G və JN - 361F saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin əslində onlara, yeni Qafarov Ərizəçi3 Mehin Fizuli qızı və Ərizəçi1 və digərlərinə məxsus olması faktı müəyyən edilməsi, yəni xx.xx.1962 - ci il təvəllüdlü Ərizəçi3 (Şəxsiyyət vəsiqəsi: AZE №********/ vəsiqəni verən orqan: Qəbələ Rayon Polis Şöbəsi) məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, onlar - Ərizəçi3 ,Qafarova Mehin və X19 rayon Aydınqışlaq kəndində doğulmuşlar. Ərizəyə əlavə edilən JN - 36 1F, KOD 40608038, saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədən görünür ki, Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar dövlət bağçılıq təsərrüfatının bağı Qəbələ rayonu, Aydınqışlaq kənd sakini Ərizəçi3 və onun ailə üzvüləri X5, X8 və X2 mülkiyyətinə 0,32 ha torpaq sahəsi verilmişdir. JN - 36 1G və JN - 36 1F saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə onun, X1nın və oğlu X2 adlarında səhvlər qeyd olunmuşdur. Belə ki, onun atanın adı Məhərrəm yox, Məmmədəlidir. X1 “X13” kimi qeyd olunmuşdur. Ərizəyə əlavə etdiyi nikah haqqında şəhadətnamədən görünür ki , X8 xx.xx.2014 - cü ildə nikaha daxil olaraq X9 olmuşdur.Oğlum Ərizəçi1 isə torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə “X10” kimi qeyd olunmuşdur. Hamıya məlum olan haldır ki, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yanında Dövlət Yerquruluşu Layihə İnstitutu ləğv olunduqdan sonra həmin dövlət orqanının bütün səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Belə olan halda bu uyğunsuzluğun aradan qaldırılması da onların səlahiyyətləri daxilində olduğundan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək Aqrar İslahat Komissiyasının xx.xx.1997 -ci il tarixli qərarı ilə fərdi yaşayış evi, həyətyani sahə, fərdi kollektiv və kooperativ bağlar dövlət bağçılıq təsərrüfatının bağınını mülkiyyətə verilməsi məqsədilə Qəbələ rayonu, Aydınqışlaq kənd sakini Ərizəçi3 və onun ailə üzvüləri X5, X7 və Ərizəçi1 mülkiyyətinə verilmiş 0.32 ha torpaq sahəsinə dair JN - 36 1 G və JN - 361F saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə uyğunsuzluğu aradan qaldırılmasını və həmin şəhadətnamədə düzəliş edərək “Ərizəçi3 Məhərrəm oğlu” sözlərinin “Ərizəçi3 Məhəmmədəli oğlu”, “X13” sözlərinin “ X12, “ X10” sözlərinin “X8”, “X10” sözlərinin “Ərizəçi1” sözləri kimi qeyd olunmasını xahiş etmişdi. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi **********30 saylı, xx.xx.2022 - ci il tarixli məktubla cavab vermiçdir ki, torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5 - ci maddəsinə uyğun olaraq, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədləri ( həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktına məhkəmə tərəflərindən baxılır. Bununla bağlı Azərbaycan Respublikası qanunvericiliyindən nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət verilə bilər. Ərizəçi olaraq iddia ərizəsində göstərdikləri və iddia ərizəsinə əlavə olunmuş sənədlər bir - birini tamamlayır. Təsdiq olunur ki, Ərizəçi3 ilə şəhadətnamədə qeyd olunan Ərizəçi3 Məhərrəm oğlu, X8 ilə şəhadətnamədə qeyd olunan X11 və Ərizəçi1 ilə şəhadətnamədə qeyd olunan X10 eyni şəxslərdir və onların mülkiyyətinə verilmiş 0.32 ha torpaq sahəsinə dair JN - 361G və JN - 361F saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə texniki səhv olaraq Ərizəçi3 - Ərizəçi3 Məhərrəm oğlu kimi göstərilmişdir. Göstərilən sənəddə yaranmış uyğunsuzluğun aradan qaldırılmasından isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən imtina olunaraq, məhkəməyə müraciət etməsinin tövsiyə olunması ilə nəticələnmişdir. İddia ərizəsinə əlavə etdiyi Qəbələ Rayon Polis Şöbəsi tərəfindən verilən AZE № ******** saylı şəxsiyyət vəsiqəmin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, onun adı Fizuli, soyadı Qafarov, atasının adı isə Məmmədəlidir. Qeyd olunan sənəd şəxsiyyəti təsdiq edən əsas sənəd sayıldığından və bütün digər sənədlər də onun əsasında verildiyindən, mötəbər sübut hesab olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-361F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən, Ərizəçi3 Məhərrəm oğlu, X5, X14 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Aydınqışlaq kəndində 0.32 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-361G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən, Ərizəçi3 Məhərrəm oğlu, X5, X14 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Aydınqışlaq kəndində 0.34 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Zarağan kənd İ.Ə.N tərəfindən verilmiş 20 avqust 2014-cü il tarixli AZ-İ 966684 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki X8 ilə X15 arasında 20 avqust 2014-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Şəfiyev, arvada Şəfiyeva soyadı verilmişdir. Burada ərizəçi Şəfiyeva (Qafarova) Mehin Füzuli qızının tam adı “X8” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş ASAN - Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Qafarov” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № 13879038 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Məmmədəli” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə müvafiq olaraq 0.32 ha və 0.34 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-361F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və JN-361G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “Ərizəçi3” əvəzinə “Ərizəçi3 Məhərrəm oğlu”, “Ərizəçi1” əvəzinə “X10” kimi və “X8” əvəzinə “X14” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-361F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-361G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Şəfiyeva (Qafarova) Mehin Füzuli qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar