Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-961/2020 29.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X9, X2 və X11 adına verilmiş JN-1465F nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona və Raiza aid hissədə, yəni Ərizəçi və X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ şəhərində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu X8 xx xxxxxx 2001-ci il tarixli 03 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə JN-1465F nömrəli 40601004 kodlu şəhadətnamə əsasında, 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv olaraq soyadı Axundov, ata adı Ağa və mərhum nənəsinin adı Raziyə, ata adı Ağamməd yazılmışdır. Soyadının Ağabəyli əvəzinə Axundov, ata adının Əkbər əvəzinə Ağa yazılmasının və mərhum nənəsinin adı Raiza əvəzinə Raziyə, ata adının Ağammed əvəzinə Ağamməd yazılmasının səbəbi ona aydın deyil və bunun sadəcə texniki səhv olduğunu düşünür. Şəhadətnamədə soyadının, ata adının və mərhum nənəsinin adının və ata adının səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin sənədlərini hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhvlər olduğundan müvafiq sənədləşdirməni aparması mümkün olmamışdır. Həmçinin ona məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində soyadı Ağabəyli, ata adı Əkbər kimi və mərhum nənəsinin ölüm haqqında şəhadətnaməsində adı Raiza, ata adı Ağammed kimi yazılmışdır. Bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin ona və Raizaya məxsus olması müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1465F (Kod:40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X9, X2 və X11 ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 1994-cü il tarixli, VXİİİ-ЖГ seriyalı, 425131 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1993-cü ildə Qəbələ rayonunda doğulmuşdur. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AZ-İ seriyalı, 041026 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2003-cü il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü ildə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, «Doğum haqqında» Arayışın surətindən görünür ki, X16 xx.xx.1964-cü ildə Qəbələ rayonunda anadan olmuşdur. Atası X17, anası X6r. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********35 nömrəli məktubundan görünür ki, JN-1465F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 211 nömrəli arayışdan görünür ki, JN-1465F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X18 sözləri “Ərizəçi” kimi oxunmalıdır. İşdə olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1251 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu X4 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1465F, kod 40601004 saylı şəhadətnamədə Ərizəçi nənəsinin adı və soyadı X10 əvəzinə səhvən X1 yazılmışdır. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 214 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ şəhəri, H.Əliyev prospekti bina 29, mənzil 39-da yaşayır. İşdə olan Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan mərhum X5 məxsus P1030622 nömrəli “Xarici Pasport”un surətindən görünür ki, onun adı, soyadı və atasının adı düzgün olaraq “X10” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X9, X2 və X11 birgə mülkiyyətlərinə verilmiş JN-1465F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi soyadı səhvən «Axundov», ata adı səhvən «Ağa», Ərizəçi mərhum nənəsi X3 adı səhvən «Raziyə», ata adı səhvən «Ağamməd» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X9, X2 və X11 birgə mülkiyyətlərinə verilmiş JN-1465F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi və mərhum X5 aid hissədə Ərizəçi və mərhum X5 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-961/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-961/2020
29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver