Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-963/2020 30.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 saylı qərarına əsasən, X9, X10, X11, X5, X12 və X3 adına verilmiş JN - 059A nömrəli (kod:40614018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin, həmçinin Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 saylı qərarına əsasən, X9, X10, X11, X5, X13 və X3 adına verilmiş JN - 493 nömrəli (kod:40614018) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının ona aid hissədə ona, yəni X6 məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon X2 xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarına əsasən ona həmçinin digər ailə üzvləri X9. X10, X11, X5 və X7 Qəbələ şəhərində JN - 059A nömrəli (kod:40614018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə onun - Ərizəçi adı səhvən “Qadir” kimi göstərilmişdir. Həmçinin Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 saylı qərarına əsasən, ona, digər ailə üzvləri X9, X10, X11, X5 və X7 Qəbələ şəhərində JN - 493 nömrəli (kod:40614018) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin həmin Dövlət Aktında da onun - Ərizəçi adı səhvən “Qalib” kimi göstərilmişdir. Hazırda torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydə aldırmaq istəyirlər, ancaq dövlət aktında adı səhv qeyd olunduğundan bu mümkün deyildir. O, uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********90 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağı tövsiyyə olunmuşdur. Şəxsiyyətini təsdiq edən Asan-Qəbələ tərəfindən 21.02 2018-ci il İ tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsində, AZ-İ № 192487 seriya nömrəli “Nikah haqqında şəhadətnamə”də, “doğum haqqında şəhadətnamə'də də adı düzgün olaraq “Qadil” kimi qeyd edilmişdir. Yol verilmiş yalnışlığı o, başqa cür aradan qaldırmaq iqtidarında deyil, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0493 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X9, X10, X11, X5, X13 və X3 ümumi birgə mülkiyyətinə 1,23 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-059A (Kod: 40614018) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X9, X10, X11, X5, X12 və X3 ümumi birgə mülkiyyətinə 0,10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonu Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş xx xxxxx 1983-cü il tarixli İX-ГЖ № 324240 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1983-cü ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuşdur. Atası X9, anası X4r. İşdə olan Qəbələ rayon Mıxlıqovaq kənd İ.Ə.D tərəfindən verilmiş xx xxxxxxxx 2005-ci il tarixli AZ-İ № 192487 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 2005-ci ildə X1 ilə nikah bağlamışdır. Nikah bağlandıqdan sonra ərə Həbibov, arvada Həbibova soyadı verilmişdir. İşdə olan ASAN-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1983-cü il tarixdə Qəbələ rayon Mıxlıqovaq kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 1,23 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0493 (Kod: 40614018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktındayalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X13”, həmçinin ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 0,10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-059A (Kod: 40614018) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X12” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-059A (Kod:40614018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-0493 (Kod:40614018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi aid olan hissədə ona məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-963/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-963/2020
30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver