Məhkəmə qərarları › İş №2(025)-969/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-969/2023

14.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-969/2023 14.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Vələmməd oğlunun maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Vələmməd oğlu məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 25 iyul 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X6, X4, X9, X7 və X10 adına verilmiş JN - 265 nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin onlara aid hissəsədə onlara-Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 25 iyul 1998-ci il tarixli 11 nömrəli qərarına, əsasən, onlara, yəni Ərizəçi1, Ərizəçi2, eyni zamanda ailə üzvləri X8, X12 və X13 Qəbələ rayonu Əmirvan kəndində JN - 265 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 2,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin dövlət aktında o-Ərizəçi1 soyadı "Yusifov", ata adı səhvən "Şmsəddin" kimi, o-Ərizəçi2 soyadının səhvən "Yusifova", ata adı səhvən "Vələmməd", cinsiyyəti isə səhvən "qızı" kimi göstərilmişdir. Onlara məxsus digər sənədlərdə ad, soyad və ata adları "Ərizəçi1" və "Ərizəçi2" kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə ad, soyad və ata adları Ərizəçi1 və Ərizəçi2 kimi qeyd edilmişdir. Həmçinin onların ailə üzvləri və digər qohumlarında "Ərizəçi1" və "X14" adlı qohumları yoxdur. Dövlət aktında ad, soyad və ata adlarında səhvlərin olması Qəbələ Rayon İcra Hakimiyyəti Əmirvan Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndiliyindən verilmiş arayışlarla da təsdiq olunur. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Dövlət aktında səhvlər olduğundan bu mümkün deyildir. Torpağa mülkiyyət hüququna X32nı verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o, Ərizəçi1 aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir, müvafiq 13 aprel 2023-cü il tarixli məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdılar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-265 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X6, X5, X9, X7 və X10 ümumi birgə mülkiyyətinə 2.35 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon ZAQS bürosu tərəfindən verilmiş 05 iyun 1961-ci il tarixli İİ-НE № 090805 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 soyadı, adı və ata adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Məlikli kənd soveti tərəfindən verilmiş 30 oktyabr 1984-cü il tarixli X-ЖГ № 327621 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 soyadı, adı və ata adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Məlikli kənd soveti tərəfindən verilmiş 19 oktyabr 1979-cu il tarixli İİ- ЖГ № 277971 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19 oktyabr 1979-cu il tarixdə X11 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Yusibov, arvada Yusibova soyadı verilmişdir. Burada Ərizəçi1 soyadı, adı ata adl “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayonu Əmirvan kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 13 oktyabr 2008-ci il tarixli AZ-İ № 446850 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 13 oktyabr 2008-ci il tarixdə X21 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Yusibov, arvada Yusibova soyadı verilmişdir. Burada Ərizəçi2 soyadı, adı ata adl “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Əmirvan kənd İ.Ə.N-yi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli arayışdan görünür ki, X1 Rayon Əmirvan kənd İ.Ə.N-də qeydiyyatdadır və hal-hazırda Əmirvan kəndində yaşayır. İşdə olan Əmirvan kənd İ.Ə.N-yi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli arayışdan görünür ki, Qəbələ Rayonu Əmirvan kənd sakini Ərizəçi1 Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11 saylı qərarı ilə X6 adına verilmiş JN-265, KOD 40600018 olan “Torpağın Mülkiyyətə Verilməsinə X32”nda onun soyadı və ata adı səhv olaraq X15 əvəzinə X2 getmişdir. İşdə olan Əmirvan kənd İ.Ə.N-yi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli arayışdan görünür ki, Qəbələ Rayonu Əmirvan kənd sakini Yusibov X20 Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11 saylı qərarı ilə X6 adına verilmiş JN-265, KOD 40600018 olan “Torpağın Mülkiyyətə Verilməsinə X32”nda onun soyadı və cinsiyyəti səhv olaraq Ərizəçi2 Vələmməd oğlu əvəzinə X3 getmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə JN-265 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnamədə, 2.35 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq Dövlət aktında yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “X16” kimi, “Ərizəçi2 Vələmməd oğlu” əvəzinə “X17” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-265 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar