Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-97/2023 18.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X7, X4, X5 və X3 adına verilmiş JN-0060 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X7, X4, X5, X6 və X2 adına verilmiş JN-060A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ona aid hissədə ona, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş. Ərizə onunla əsaslandırılmışdır ki, ölkədə aparılan torpaq islahatı zamanı, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-0060 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında hüquq sahiblərinin adı siyahısında 4-cü sırada Ərizəçi adı texniki səhv olaraq Müşviq əvəzinə “ Lütvi” kimi qeyd edilmişdir. Bundan əlavə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-060A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamdə göstərilmiş hüquq sahiblərinin adı siyahısında 4-cü sırada Ərizəçi texniki səhv olaraq Müşviq əvəzinə “Müşfiq” kimi qeyd edilmişdir. Mülkiyyətə verilmiş 1.50 ha və 0.83 ha torpaq sahələrinə yeni mülkiyyət sənədlərinin (çıxarışın) alınması məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, JN-0060 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında adı Müşviq əvəzinə texniki səhv oiaraq “Lütvi” kimi, JN-060A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə isə adı texniki səhv olaraq Müşviq əvəzinə “Müşfiq” kimi qeyd edilmişdir. Qeyd edilən sənədlərdəki texniki səhvlərin düzəldilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsində Ərizəçi adı düzgün olaraq Müşviq kimi qeyd edilmişdir. XVİ ЖГ 267607 saylı doğum haqqında şəhadətnamədə adı düzgün olaraq Müşviq kimi qeyd edilmişdir. Qəbələ rayonu Mollaşıxalı kənd İnzibati ərazi dairəsinin xx.xx.2022-ci il tarixli 91 saylı arayışında da qeyd edilmişdir ki, JN-0060 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında Ərizəçi adı səhvən “Lütvi” kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0060 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən X7, X4, X5 və X14 ümumi birgə mülkiyyətinə 1.50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-060A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X7, X4, X5, X6 və X2 ümumi birgə mülkiyyətinə 0.83 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Zalam kənd soveti tərəfindən verilmiş 03 may 1991-ci il tarixli XVİ ЖГ 267607 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 16 aprel 1971-ci ildə Qəbələ rayon, Mollaşıxalı kəndində anadan olmuşdur. burada Ərizəçi tam adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Asan-Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Mollaşıxalı kənd İ Ə N-yi tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş 91 saylı arayışdan görünür ki, JN-0060 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında Ərizəçi adı səhv olaraq “X1 göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 1.50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0060 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında və həmçinin 0.83 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-060A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi” əvəzinə “X6” və “X1 səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-060A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-0060 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-97/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-97/2023
18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver