Məhkəmə qərarları › İş №2(025)-975/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-975/2020

30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-975/2020 30.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi1 Qüdrət oğlu, ərizəçi Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızının etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə2 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə1 iştirakları ilə Ərizəçilər Ərizəçi2, Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızı və Ərizəçi1 Qüdrət oğlunun maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızı və Ərizəçi1 Qüdrət oğlu məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarı ilə ümumi paylı mülkiyyətlərinə verilmiş JN-516F saylı, kodu 40800038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara, yəni Ərizəçi2, Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızına və Ərizəçi1 Qüdrət oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi2, Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızı və Ərizəçi1 Qüdrət oğlu ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-nın xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarı ilə ümumi paylı mülkiyyətlərinə verilmiş JN-516F saylı, kodu 40800038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında texniki səhv olaraq 1-ci sırada ad və ata adı X3, 2-ci sırada ad, soyad və ata adı X13 və 5-ci sırada ad X1 qeyd edilmişdir. Qeyd olunan yanlışlığın düzəldilməsi üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etsələr də, xx xxxx 2020-ci il tarixli, **********95 saylı məktubla onlara JN-516F saylı, kodu 40800038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilməsinin mümkün olmadığı və aidiyyatı üzrə məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. JN- 516F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan texniki səhvlərə görə gələcəkdə əməliyyat aparmaqları mümkün olmayacaqdır. JN-516F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında ad, soyad və ata adlarının texniki səhv olaraq 1-ci Ərizəçi2 əvəzinə X3, 2-ci sırada Ərizəçi1 Qüdrət oğlu əvəzinə X13 və 5-ci sırada X9 əvəzinə X1 qeyd olunması texniki səhvdir. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində düzgün olaraq Ərizəçi2 kimi qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində düzgün olaraq Cəbiyeva (Babayeva) Gülarə Qüdsi qızı kimi qeyd edilmişdir. Cəbiyeva soyadı ərə getdikdən sonra qəbul edilən soyaddır. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində düzgün olaraq Ərizəçi1 Qüdrət oğlu kimi qeyd edilmişdir. AЗ № ******* saylı doğum haqqında şəhadətnamədə düzgün olaraq Yaqubova (Babayeva) Mahizər Dosəmməd qızı kimi qeyd edilmişdir. XX-ЖГ № 266213 saylı doğum haqqında şəhadətnamədə düzgün olaraq X2 qeyd edilmişdir. İ-ЖГ № 431554 saylı doğum haqqında şəhadətnamədə düzgün olaraq Ərizəçi1 Qüdrət oğlu kimi qeyd edilmişdir. Qəbələ rayonu, Bum qəsəbəsi İnzibati Ərazi Nümayəndəliyindən verilmiş xx xxxx 2020-ci il tarixli, 308 nömrəli arayışda da ümumi birgə mülkiyyətlərinə verilmiş JN-516F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 1-ci, 2-ci və 5-ci sırada qeyd edilmiş X3, X13 və X7 adlarının Ərizəçi2, Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızına və Ərizəçi1 Qüdrət oğluna məxsus olması qeyd edilmişdir. JN-516F saylı, kodu 40800038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd etdikləri texniki səhvlər məhkəmə qaydasında düzəliş edilərək JN-516F saylı şəhadətnamədə hüquq sahibləri adlarının siyahısında 1-ci, 2-ci və 5-ci sırada qeyd edilmiş X3, X13 və X7 adlarının Ərizəçi2, Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızı və Ərizəçi1 məxsus olması məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi1 Qüdrət oğlu, ərizəçi Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızının etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə2 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə1 qeyd olulanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri və onların etibarnamə üzrə nümayəndələrini dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN-516F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən dən görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X3, X13, X14, Nümayəndə2, X7 və X6 birgə mülkiyyətinə JN-516F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,57 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qutqaşen rayonu Bum kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1973-cü il tarixli, İ-ЖГ seriyalı, 431554 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1973-cü ildə Qutqaşen rayonu Bum kəndində doğulmuşdur. İş materiallarında olan Qutqaşen rayonu Bum kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1965-ci il tarixli, AЗ seriyalı, ******* nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxxxx 1949-cu ildə Qutqaşen rayonu Bum kəndində doğulmuşdur. İş materiallarında olan Qəbələ rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 1996ci il tarixli, XX-ЖГ seriyalı, 266213 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxxx 1996-ci ildə Qəbələ rayonu Bum kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********95 nömrəli məktubundan görünür ki, JN-516F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Bum qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 308 nömrəli arayışdan görünür ki, 1996-1998-ci illərdə X5 apardığı torpaq islahatı zamanı vətəndaşlara verilmiş JN-516F nömrəli şəhadətnamədə texniki səhv olaraq vətəndaşların adları X3, X13 və Babayeva (Cəbiyeva) Gülnarə Qüdsi qızı kimi yazılmışdır. Vətənaşların düzgün adı Ərizəçi2, Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızı və Ərizəçi1dur. Həmçinin X3, X13 və Babayeva (Cəbiyeva) Gülnarə Qüdsi qızı adında şəxslər heç vaxt Bum qəsəbəsində qeydiyyatda olmayıblar və hal-hazırda yaşamır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Bum qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 310 nömrəli arayışdan görünür ki, Cəbiyeva (Babayeva) Gülarə Qüdsi qızı 1996-cı ildən 2018-ci ilədək Bum qəsəbəsində qeydiyyatda olmuş və daimi yaşayış yeri Bum qəsəbəsi olmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Bum qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 309 nömrəli arayışdan görünür ki, Ərizəçi2 və Babayev X17 qəsəbəsində qeydiyyatdadırlar və daimi yaşayış yerləri Bum qəsəbəsidir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X3, X13, X14, Nümayəndə2, X7 və X6 birgə mülkiyyətinə 0,57 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN-516F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi2 adı səhvən «Mahuzər», ata adı səhvən «Dosəhməd», ərizəçi Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızının adı səhvən «Gülnarə», Ərizəçi1 Qüdrət oğlunun soyadı səhvən «Babayeva», adı səhvən «Sara», cinsiyyəti səhvən «qızı» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni qismən əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Lakin ərizədə JN-516F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə adları qeyd olunan hüquq sahiblərindən X14, Nümayəndə2 və X8 da məxsusluğu barədə tələb qoyulmadığından məhkəmə hesab edir ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarı ilə verilmiş JN-516F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi2, Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızı və Ərizəçi1 aid olan hissəsinin ərizəçilər Ərizəçi2, Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızı və Ərizəçi1 məxsus olmasına dair hüquqi faktı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə ərizəni həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Qalan hissədə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X3, X13, X14, Nümayəndə2, X7 və X6 birgə mülkiyyətinə verilmiş JN-516F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi2, Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızı və Ərizəçi1 aid hissədə Ərizəçi2, Babayeva (Cəbiyeva) Gülarə Qüdsi qızı və Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar