Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-981/2022 08.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı “AR ƏMDKY DƏDRX tərəfindən **********053- 10301 reyestr nömrəsi ilə qeydə alınmış Çıxarışla mülkiyyətində olan sahəsi 172.06 kv metr olan fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı “AR ƏMDKY DƏDRX tərəfindən **********053- 10301 reyestr nömrəsi ilə qeydə alınmış Çıxarışla mülkiyyətində olan sahəsi 172.06 kv metr olan fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış Çıxarışla iddiaçının mülkiyyəti olaraq tanınmış Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 172.06 kv metr sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna 3000 min (üç min) manat kompensasiya ödənilməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, iddiaçının eyni tərəflər arasında eyni predmet üzrə, yəni “fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mövcuddur, hazırda həmin qətnamədən apellyasiya şikayəti verilmiş, 2(107)-650/22 nömrəli işə Şəki Apellyasiya Məhkəməsində baxılmış və qətnamə qanuni qüvvəsini almamışdır. Göründüyü kimi iddiaçı hazırki tələblə Qəbələ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Qəbələ rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş və Şəki apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş, lakin qətnamə qanuni qüvvəsini almamışdır. Bu səbəbdən məhkəmə iddiaçıya hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yolverilmizdir və Şəki apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. X2 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən cəmi 40 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 40 manat məbləğində olmuş, yerdə qalan 1 manat məbləğində pul isə Kapital Bank tərəfindən xidmət haqqı kimi tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı “AR ƏMDKY DƏDRX tərəfindən **********053- 10301 reyestr nömrəsi ilə qeydə alınmış Çıxarışla mülkiyyətində olan sahəsi 172.06 kv metr olan fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilsin. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun İddiaçı geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-981/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-981/2022
08.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver