Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-991/2023 12.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Yenikənd kənd sakini X3 psixi durumuna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Qəbələ rayonunun Yenikənd kəndində doğulmuşdur. xx.xx.1994-cü il tarixdə Allahverdiyev Əlisoltanla rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1996 -cı il tarixdə Mahirə adlı uşaqları doğulmuşdur. Qızı Mahirə anadan qüsurlu doğulmuşdur. Bu səbəbdən təhsil yaşına çatanda məktəbə göndərilməmişdir, savadsızdır. Xəstəliyi “uşaq serebral iflici, spastik tetraparez - “Psixi - fiziki inkişafdan geri qalmaqdır. X2 anadangəlmə Psixi – fiziki inkişafdan geri qaima xəstəsi olduğuna görə ətrafa laqeyd olmaqla sərbəst qərar vermək, münasibət bildirmək qabiliyyətinə malik deyil, ancaq nəzarət altında fəaliyyət göstərir (yeyir, içir, yatır, durur). Birgə mülkiyyətlərində olan pay torpaq sahəsinin bir hissəsini özkəninkiləşdirmək istəyirlər. Ancaq X2 qeyd etdiyi xəstəliyin anadangəlmə daşıyıcı olmaqla ağıl zəifliyi qıcolma səbəbindən psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmadığından müvafiq orqanlarda onun iştirakı ilə əməliyyat aparmaq mümkünsüzdür. Qəbələ rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli p/ş-6-52/3-1068/2023 saylı arayışından və digər tibbi və sosial sənədlərdən aydın olur ki, X8ma “Uşaq serebral ifflici, spastik tetraparez yəni Psixi -fiziki inkişafdan geri qalma” xəstəliyinə düçar olduğundan ona birinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd olunan səbəblərə görə X3 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qəbələ rayon, Yenikənd kənd İ.Ə.N-yi tərəfindən 01 fevral 1996cı il tarixdə verilmiş ХİХ-ЖГ № 364648 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 15 yanvar 1996-cı ildə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə məlumatından görünür ki, X5 ümumi xəstəliyə görə 1-ci dərəcəli əlillik verilmişdir. Əlillik müddətsiz müəyyən olmuşdur. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik-Hüquqi şəxs “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli P-Ş-6-52/3-1068/2023-cü il tarixli arayışın sürətindən görünür ki, Qəbələ rayon, Yenikənd kənd sakini 1996-cı il təvəllüdlü, X7 “Qəbələ ryon Mərkəzi Xəstəxanası” X14 Poliklinika şöbəsinin nevroloji kabinetində qeydiyyatdadır. Diaqnoz: “Uşaq serebral iflici, spastik tetraparez. Psixi-fiziki inkişafdan geri qalma”. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 3363 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X4 “uşaq serebral iflici ilə əlaqədar yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları aşkar edilmiş, psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarına malik deyil. X7 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 3363 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1996-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-991/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-991/2023
12.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver