Məhkəmə qərarları › İş №2(025)-992/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-992/2023

17.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-992/2023 17.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X21 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Yenikənd kənd sakini X3 psixi durumuna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Qəbələ rayonunun Yenikənd kəndində doğulmuşdur. Qəbələ rayonunun Yenikənd kəndində xx.xx.1983-cü il tarixdə X9 adlı qardaşı doğulmuşdur. Qardaşı Zaməddin anadan qüsurlu doğulmuşdur. Bu səbəbdən məktəb yaşına çatanda məktəbə göndərilməmişdir, savadsızdır. Hərbi xidmət yaşına çatdıqdan sonra isə hərbi xidmətə çağrılmamışdır. X14 Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu F -72,1 İQ - əmsalı 24% - də özünə qulluq qabiliyyətinin olmaması səbəbindən kənar şəxslərin qulluğuna ehtiyacı var. Nitq artikulyasiyasımn spesifik pozuntusu F -80.0. X1 Ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkməklə müalicə və qulluq tələb edən davranış pozuntusuna malik olmaqla kənar şəxslərin qulluğuna ehtiyacı olmaqla, nitq qabiliyyətinin 80% - den məhrum olunmuşdur. Şəki Psixiatriya xəstəxanasının xx.xx.2023 - cü il tarixli məktubundan, xx.xx.2023 - cü il tarixli sosial müavinət və təqaüd barədə məlumat arayışlarından aydın olur ki, xx.xx.1983 cü il təvəllüdlü X7 xx.xx.1999 - cu il tarixdən 1 -ci qrup əlilliyə görə ömürlük müavinət təyin olunub. Qeyd olunan xəstəlik səbəbindən ərtafa laqeyd almaqla, sərbəst qərar vermək münasibət bildirmək, qabiliyyətinə malik deyil, nəzarət altında fəaliyyət göstərir. Hazırda ailələrinin paylı mülkiyyətində torpaq sahəsi vardır. Hərnin torpaq sahəsinin bir hissəsini özgəninkiləşdirmək istəyirlər. X8 qeyd olunan xəstəlik səbəbindən fəaliyyət qabiliyyətli olmadığından müvafiq orqanlarda onun iştirakı ilə əməliyyat aparmaq mümkünsüzdür. Qeyd olunan səbəblərə görə X4 psixi qüsuruna görə məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X23 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qutqaşen rayon, Zalam kənd Soveti tərəfindən 29 dekabr 1963-cü il tarixdə verilmiş АЗ № 588221 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü ildə Qutqaşen rayonu, Yenikənd kəndində anadan olmuşdur. X6 (miliyəti ləzgi), anası X10r (miliyəti ləzgi). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 464 saylı məktubdan görünür ki, Qəbələ rayonu Yenikənd kəndində yaşayan 1983-cü il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu F-72.1 İQ-əmsalı 24%. Özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var, nitq artikulyasiyasının spesifik pozuntusu F-80.0. İşdə olan Sosial arayışdan görünür ki, X9 İ qrup əlilliyə görə 270 manat Azərbaycan Respublikası Prezidentini təqaüdünü alır. İşdə olan Qutqaşen rayon, Zalam kənd Soveti tərəfindən 28 iyul 1983-cü il tarixdə verilmiş İX-ЖГ № 363626 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 04 iyul 1983-cü ildə Qutqaşen rayonu, Yenikənd kəndində anadan olmuşdur. X6 (miliyəti ləzgi), anası X15r (miliyyəti ləzgi). İşdə olan 10 aprel 2023-ü il tarixli № 5-59-29/2-142-2023 saylı arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi hal-hazırda Qəbələ rayon Yenikənd kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 xx.xx.2023-cü il tarixli, 2129 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X5 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar- erkən yaşlarından psixofiziki inkişafdan geri qalması, qıcolma tutmalarının müşahidə edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X16 müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 xx.xx.2023-cü il tarixli, 2129 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1983-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar